İşgil birləşməsi
İşgil birləşməsi – qasnaq, dişli çarx, mufta və s. hissələri ox və vallara bərkitmək üçün istifadə edilir.
Bu birləşmələr burucu momenti valdan çarxa və əksinə ötürə bilir. Konstryksiyasının sadəliyi tez yığılıb sökülə bilməsi, çox böyük momenti ötürə bilməsi birləşmənin əsas üstünlüyüdür. Mənfi cəhətləri isə val üzərində işgil və ya şlis yuvası açılması nəticəsində valın və çarxın topunun zəifləməsi, gərginlik konsentrasiyası mənbələrinin əmələ gəlməsi, çox böyük yüklərdə konstruksiyanın dağılmadan qorunmaması və s-dir.
İşgil birləşməsi gərginlikli və gərginliksiz olmaqla iki qrupa ayrılır. Yığma əməliyyatı nəticəsində işgildə gərginlik yaranmazsa, belə birləşməyə gərginliksiz işgil birləşməsi deyilir. Prizmatik və seqment şəkilli işgilləri bua misal göstərmək olar. Gərginlikli işgil birləşməsində yığma əməliyyatı zamanı hissələrdə başlanğıc gərginlik yaradılır. Bunlara pazvari işgil birləşməsi aiddir.