İŞGÜZARLIQ

is. İşgüzar olma; zəhmətsevərlik, işcillik, təşəbbüskarlıq, bacarıqlılıq.
Bülənd zarafatyana otağa rişxənd etməklə bərabər, anasının belə işgüzarlığına təəccüb etmişdi. Ə.Əbülhəsən.
İşgüzarlıq mühüm iradi keyfiyyətlərdən biri olub, başlanan hər hansı bir işi … tədriclə, ardıcıl olaraq axıra qədər icra etməkdir. “Psixologiya oçerkləri”.

Синонимы

  • İŞGÜZARLIQ zəhmətsevərlik — işcillik — təşəbbüskarlıq — bacarıqlılıq

Антонимы

  • İŞGÜZARLIQ İŞGÜZARLIQ – BACARIQSIZLIQ O, Məşədibəyin işgüzarlığını, möhkəmliyini, Məşədibəy isə onun kəsərli yazı üsulunu bəyənirdi (M
İŞGÜZAR
İŞĞAL
OBASTAN VİKİ
İşgüzarlıq
İşgüzarlıq — insanın hərtərəfli inkişafında, formalaşmasında mühüm amil, onun ətraf mühitə, əşya və hadisələrə fəal münasibəti, məqsədə nail olmaq üçün mütəşəkkilliyi. İşgüzarlıq insanın cəmiyyət və Vətən qarşısında vəzifə borcunu, şəxsi tələbatını, maraq və arzusunu, niyyət və hissini yerinə yetirmək məqsədi gudür. İşgüzarlıq insani keyfiyyətlərin mahiyyət və xarakterindən asılı olaraq, müəyyən məqsədə nail olmasında şəxsiyyətə imkan və şərait yaradır, qarşıya çıxan çətinlik və maneələri aradan qaldırmağa kömək edir, həmişə konkret məqsəd daşıyır və müəyyən müsbət nətiçəyə gətirir, beyinin fəaliyyətini, insanın fiziki və zehni əməl marağını artırır. İşgüzarlıq insanın daxili və xarici aləminin vəhdət şəklində inkişafını təmin edir. Bu prosesdə gənclərdə zəngin həyat təcrübəsi toplanır, psixoloji xüsusiyyətlər inkişaf edir, nəhayət müstəqillik yaranır. İşgüzarlıq məktəbəqədər yaşlı uşaqlarda müxtəlif oyunlarla başlanır, məktəbə hazırlıq işinə xidmət edir, uşağın hərəkətlərini tənzimləyir. Müxtəlif oyunlar vasitəsilə uşaq bir qism əmək işlərinin yerinə yetirilməsinə qoşulur. Məktəb yaşlarında işgüzarlıq təlim-tərbiyə işlərinin getdikçə mürəkkəbləşməsi ilə ifadə olunur.

Значение слова в других словарях

авторулево́й виброболе́знь плени́тельно соблазни́тель сябёр эфирома́сличный клепа́льщик недопа́ивать поднадзо́рный проторча́ть расклёвывать сми́рный счи́тчик ищея слобода тинктура blue pencil episcopate explore peristome photovoltaics programing language torch singer полуголодный устареть