İŞVƏ

is. [ ər. ] Naz, qəmzə, işvə, cilvə; qəmzəli baxış.
Dağ başından yar aşar; Yar dolanar, yar aşar; İşvə, qəmzə, bir də naz; Tək bir sənə yaraşar. (Bayatı).
Belə işvə, belə qəmzə, belə naz; Belə qamət, belə gərdən olurmu? Q.Zakir.
Nazı çox, qəmzəsi bol, kibri də var dilbərimin; Baxmamaq işvəsidir aşiqə taci-sərimin. Ə.Nəzmi.

□ İşvə satmaq – naz-qəmzə eləmək.
Maralın, ceyranın min işvə satır; Su göndər bu yerdə yanana, dağlar! S.Vurğun.
Al-yaşıl geyinib seyrana çıxmış; İşvə satır güllü yaza gözəllər. Aşıq Ağalar.

Синонимы

  • İŞVƏ işvə bax naz
  • İŞVƏ naz — qəmzə — cilvə

Этимология

  • İŞVƏ Ərəbcə “naz” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
İŞTÜK
İŞVƏBAZ

Значение слова в других словарях