1. İşıq eləmək, işıq salıb aydın etmək, görünəcək hala salmaq.
Tapdıq axır Lizalartək necə cananələri; Çilçıraqlarla işıqlandırırıq xanələri.
Fərhad bəy qabaqda gedirdi. Kürəyinin ortasını ay işığı işıqlandırırdı.
Sahil boyu düzülmüş fənərlərin əksi dənizdə gəzən yelkənli qayıqları işıqlandırırdı.
// Bir şeyin işığını müəyyən səmtə, yerə və s.-yə yönəltmək. Evin küncünü işıqlandırmaq. Üzünü işıqlandırmaq.
// Elektrik işığı ilə təmin etmək, işıq çəkmək. Küçələri işıqlandırmaq. Parkı işıqlandırmaq.
2. məc. Canlandırmaq, isindirmək, hərarətləndirmək, ruhlandırmaq.
[Komandirin] qaradinməz sifətini xəfif bir gülüş işıqlandırırdı.
3. məc. İzah etmək, təsvir etmək, yazmaq, göstərmək, şərh etmək. Nömrədə əsas məsələləri işıqlandırmaq. Nitq mədəniyyəti məsələlərini qəzetdə geniş işıqlandırmaq lazımdır.
– “Kəşkül” hər məsələdən yazırdı, iqtisadi, ictimai, siyasi, ədəbi mövzuları işıqlandırırdı.