Jahr

das; -(e)s, -e 1. il; 2. (Lebensjahre) yaş; 40 ~e alt sein qırx yaşı olmaq; ein halbes ~ altı ay; einmal im ~ ildə bir dəfə; voriges ~ keçən il; jedes ~ hər il; das ganze ~ hindurch bütün il; ~ für ~ il bə il; dieses ~ bu il; im laufenden ~ bu ildə, bu ilin içində; im Laufe der ~e illər boyu, illər ərzində; in e-m Jahr (nach e-m Jahr) ilaşırı; von ~ zu ~ ildən ilə
jagen
jahraus
OBASTAN VİKİ
Jahrbuch Aserbaidschanforschung
"Jahrbuch Aserbaidschanforschung" ("Azərbaycan Tədqiqatları") — Almaniyada nəşr edilən illik elmi məcmuə '"Jahrbuch Aserbaidschanforschung" 2007-ci ildən, ildə 1 dəfə çap olunan elmi-tədqiqat jurnalıdır. Jurnalın çap olunmasında əsas məqsəd Azərbaycanla bağlı tədqiqat aparan yerli və xarici alimləri bir araya gətirməkdir. "Azərbaycan Tədqiqatları" adlı elmi məcmuənin yaranma ideyası 2005-ci ilin sentyabr ayında bu məcmuənin naşirləri ilə bir alman azərbaycanşünas alimin arasında getmiş söhbətdən irəli gəlmişdir. Bu alman tədqiqatçısı söhbət əsnasında Azərbaycan alimlərinin öz vətənləri haqqında yazdıqları elmi əsərlərin Almaniyada heç tanınmadığını dilə gətirmiş və bunu bir irad kimi bildirmişdi. Bununla da, Azərbaycan haqqında aparılan elmi məlumatlarda elə bir boşluq yaranmışdır ki, bu boşluq ölkəyə dərindən bələd olan şəxslər tərəfindən deyil, "yalançı alimlərin" tədqiqatları tərəfindən doldurulur. Bu iradı nəzərə alaraq, biz belə bir fikrə gəldik ki, elə bir illik məcmuə yaradaq ki, burada nəinki Azərbaycan alimlərinin, habelə alman tədqiqatçılarının Azərbaycanla bağlı elmi əsərlərini toplayaraq nəşr etdirək. Təqdim olunan məcmuə Azərbaycanla bağlı olan müxtəlif sahələri əhatə edir: siyasət, iqtisadiyyat, tarix, dil və ədəbiyyat. Məqalələrin müəllifləri təkcə Azərbaycanda deyil, Avropanın başqa ölkələrində də, məsələn, Almaniya, Fransa, Niderlandda yaşayırlar. Azərbaycan dilində yazılmış məqalələrin qısa məzmunu alman və ingilis dilində də təqdim olunur. Bu, ilk növbədə Azərbaycan dilini bilməyən əcnəbi mütəxəssislərə həmin məqalədə nədən söhbət getdiyini bildirmək üçündür.