KÖLGƏLİ

sif.
1. Kölgə salan, kölgəsi olan. Kölgəli qarağac. Kölgəli ağac.
– Eldar ətrafa yaxşı bələd olduğundan, yaxında iri, sərin kölgəli bir söyüd ağacını göstərərək: – Gedək, bir az dincələk, – dedi. M.Rzaquluzadə.
Odlu mizrabına qurban olum, yar! Çal, səni dinləyir kölgəli dağlar. N.Rəfibəyli.

2. Kölgə düşmüş, kölgə altında olan; kölgə. Kölgəli yer. Kölgəli eyvan.
– Kölgəli gen küçə ilə bir qədər gedəndən sonra hambal girdi birinci mehmanxananın dalanına. C.Məmmədquluzadə.
Doldu şirin səslərlə; Kölgəli bağ, boz güney. Ə.Cavad.

3. məc. Şübhəli, qaranlıq.
Yarməmməd kölgəli keçmişdən uzaqlaşa bilməyən adamlardan idi. M.İbrahimov.

4. məc. Qəm, kədər ifadə edən; məyus, kədərli, qəmli, qəmgin. Kölgəli üz.

Синонимы

  • KÖLGƏLİ sərin
KÖLGƏLƏYİCİ
KÖLGƏLİK
OBASTAN VİKİ
Kölgəlik kəpənəkçiçəyi
Kölgəlik kəpənəkçiçəyi (lat. Aconitum umbrosum) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin kəpənəkçiçək cinsinə aid bitki növü.

Значение слова в других словарях