KÖLGƏLİK

is.
1. Kölgə düşmüş yer, kölgə olan yer; kölgə, kölgəli yer. Kölgəlikdə oturmaq. Kölgəlikdə yatmaq.
– Gorus dağının qaşında Nəbini isti vurur, bir kölgəlik tapıb uzanır. Qaçaq Nəbi”.
Məxməri ormanlarda çiçək dərdiyin yerdə; Baxarsan, çiçəklər var, açar kölgəliklərdə. Ə.Cavad.
İnsan ayağı dəyməyən bu yerlərdə gündüzlər özünü kölgəliyə verən at, eşşək ağnamış, künclərdə toyuq-cücə eşələnib torpağı atım-atım eləmişdi. İ.Hüseynov.

2. Kölgə üçün düzəldilən hər şey. Kölgəlik düzəltmək.
// sif. mənasında. Kölgə üçün olan, kölgə salmaq üçün əkilən.
Qoca kişi kölgəlik ağacın dibindəki çarpayını göstərdi… S.Rəhimov.

// Talvar, alaçıq, dəyə və s. Kölgəlik düzəltmək.
3. bax günlük 3-cü mənada.
Ramazan şapkasının kölgəliyini qaldırdı, ətrafa baxabaxa müdirin otağını tapdı. Mir Cəlal.

Синонимы

  • KÖLGƏLİK kölgəlik bax kölgə 1
  • KÖLGƏLİK sərinlik
KÖLGƏLİ
KÖLGƏSEVƏN
OBASTAN VİKİ
Kölgəlik kəpənəkçiçəyi
Kölgəlik kəpənəkçiçəyi (lat. Aconitum umbrosum) - kəpənəkçiçək cinsinə aid bitki növü.

Значение слова в других словарях

диате́з музе́ум похрома́ть проста́иваться пятисотрубле́вый театра́л трелья́ж абракада́бра гоготу́н морда́стый регистрату́рный скороду́м arrect community physician leaflet pearl-coloured relax spear yarn-dyed втечь комитет литься рокот социально-культурный телефонировать