Minçin göy insanları
Minçin göy adamları (ing. Blue men of the Minch), həmçinin fırtına kelpiləri (ing. Storm kelpies, şot.kelt Na fir ghorma) — Xarici Hebrid adalarının şimalında və materik Şotlandiya arasındakı su zolağında məskunlaşan, dənizçiləri və qayıqları batırmaq üçün axtarışa çıxan mifoloji varlıqlar. Onlar Nort-Minç boğazında və qonşu şimal ərazilərdə, eləcə də Vik şəhərinə qədər şərqdə, həmçinin Şotlandiyanın bilinməyən ərazilərində yaşayırdılar. Onların dünyanın qalan hissəsində analoqu yoxdur.
Bu mifoloji varlıqlar göy rəngdədirlər, lakin insanlara çox bənzəyirlər və təxminən eyni ölçüdədirlər. Fırtınalar törətmək gücünə malikdirlər, lakin yaxşı havalarda suyun səthində və ya onun altında yatırlar. Göy adamlar bədənlərini dənizdən yuxarı qaldıraraq üzür, dəniz donuzu kimi qıvrılır və suya dalırlar. Onlar danışa bilirlər və kollektiv şəkildə bir gəmiyə yaxınlaşdıqda, onların lideri gəminin kapitanına iki sətir misra qışqırıb onu misranı tamamlamağa dəvət edə bilər. Kapitan bunda uğursuz olarsa, göy adamlar onun gəmisini batırmağa çalışırlar.