Könbə
Çörək adının etimologiyası da maraqlıdır. M.Kaşğari qeyd edir ki, könbə külə və ya külə bənzər şeylərə bir nəsnə basdırıldığında işlədilən kömdi feilindəndir. “Gömdi” deməkdir. Çörək mənasına gələn “köməc” sözü də belə yaranmışdır (8, 62)
S. Altaylının Azərbaycan türkcəsində “kömbə” sözünün 3 mənada işləndiyini göstərir: 1. İri, yuvarlaq, qalın çörək; 2. Təndirdə çörək bişirərkən təndirin divarına yapışdırılan, lakin axıb kül üzərinə düşən xamırın bişməsindən alınan çörək; 3. Çirkin, yaraşıqsız, gombul, şiş (21, 791)