KÖZƏRMƏK

f.
1. Yanıb qızarmaq, alovsuz yanmaq, qıpqırmızı olmaq.
Samovarın qaynaması zəifləyib, əvvəlki gurultu sakit olmuş, ocağın alovu sönmüşdü, ancaq odlar közərirdi… H.Nəzərli.
Qoca fikirli bir halda ocaqda közərən oda baxaraq deyirdi… Ə.Məmmədxanlı.

2. Zəif işıq vermək; işarmaq, işıldamaq, parıldamaq. Uzaqdan lampa közərirdi.
– Tin başında bir fənər közərir. R.Rza.

// Az-az yanmaq, sönmək üzrə olmaq.
Gecə keçir, közərən lampa get-gedə öz işığını azaldırdı. S.Rəhimov.

3. məc. Qızışmaq, canlanmaq.

Синонимы

  • KÖZƏRMƏK alovlanmaq
KÖZƏRMƏ
KÖZƏRTİ

Значение слова в других словарях