Pirаmidаl küllücə
Piramidal küllücə — (lat. Filago pyramidata)
Birillik, gövdəsi düz və ya qalxan, haçavari ayrılan budaqlı, ağ keçəvari tüklü bitkidir. Yarpaqları oturaq, bütöv lansetvari, iti uclu, bəzən kütdür. Səbətləri 5 mm uzunluqda, 10–30 səbətdən ibarət oturaq başcıq əmələ gətirərək gövdə haçalarında və ya budaqların ucunda yerləşirlər. Sarğının yarpaqcıqları uzunsov-lansetvari, dikdayanan, tüklü, sarı, ucu çox vaxt biz və qırmızımtıldır. Çiçəkləri xırda, sarımtıldır. Toxumcaları 0,6 mm uzunluqda, nahamar, kəkilsizdir.
BQ qərbi, BQ şərqi, BQ Quba sahəsinin rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışdır. Quru yamaclarda bitir.