KÜRDİ

is. mus. Əsasən kamançada ifa olunan lirik musiqi.
KÜRDCƏ
KÜRDOĞLU
OBASTAN VİKİ
Alan Kürdi
Aylan Kürdinin ölümü — 3 yaşlı, kürd əsilli suriyalı bir uşağın Suriya böhranı ilə əlaqədar olaraq Türkiyədən Yunanıstana gedərkən Aralıq dənizində anası və qardaşı ilə birlikdə ölümü. Aylan Kürdi 2 sentyabr 2012-ci il tarixində ailəsi ilə birlikdə botla Türkiyənin Bodrum şəhərindən Yunan adalarından olan Kos adasına sadəcə 2.5 dəniz mili məsafəli bir yolda olarkən bot çevrilmişdir. Qayıqda olanlardan heç birinin əynində təhlükəsizlik jileti olmamışdır. Kürdi Suriyanın şimalında yerləşən Kobani şəhərində dünyaya gəlmişdir. Ailəsi əvvəlcə Kanadanın Vankover şəhərinə getməyi planlaşdırmışdır. Lakin Kanada dövləti tərəfindən onların müraciəti rədd edilmişdir. Aylanın sahilə çıxmış cəsədinin şəklini DHA müxbiri, türk jurnalist Nilufər Dəmir çəkmişdir. Ailənin hər üç üzvü; ana Rihan, uşaqları; Aylan və Qalib kürdi 4 sentyabr 2015-ci il tarixində Türkiyədən Kobaniyə aparılaraq orada dəfn edilib. == Aylan Kürdinin ölüsünün şəkilləri == Şəkil bir çox dünya saytlarının və qəzetlərinin gündəminə gəlmişdir. == Şəklə reksiyalar == Şəkil yayımlandıqdan sonra 24 saat ərzində Qaçqın və Köçkünlərə Yardım Fonduna yardımda dalğalanma olmuş və yardımların sayı 15 dəfə artmışdır.
Aylan Kürdi

Kürdi (şair)
Mustafa bəy Sahibqıran (kürd. مستەفا بەگ ساحێبقران), təxəllüsü Kürdi (kürd. کوردی، Kurdî) — XIX əsr kürd şairi. O, Nali və Səlim ilə birlikdə sorani dilində olan Babani şeir məktəbinin yaradıcılarındandır. Odur ki, Kürdi Nali və Səlim ilə eyni vaxtda yaşamış və əslən Süleymaniyyədən olmuşdur. O, 1806 və ya 1812-ci ildə anadan olmuş, 1850-ci ildə vəfat etmişdir. Onun poeziyasının forma və məzmunu Nali və Səliminkinə bənzəyir, daha çox sevgi, fəlsəfə, mistisizm, tarix kimi mövzulardan ibarət idi. Şeirlərinin çoxu qəzəl və qəsidə formasındadır. Şeirləri kürd, fars və ərəb dillərindədir.
Abbasabad-Kürdi (Savə)
Abbasabad-Kürdi — İranın Mərkəzi ostanında kənd.. == Coğrafi yerləşməsi == Savə şəhristanının Xərəqan bölgəsinin ətrafında, Savə şəhərindən 42 km cənubdadır.
Aylan Kürdinin ölümü
Aylan Kürdinin ölümü — 3 yaşlı, kürd əsilli suriyalı bir uşağın Suriya böhranı ilə əlaqədar olaraq Türkiyədən Yunanıstana gedərkən Aralıq dənizində anası və qardaşı ilə birlikdə ölümü. Aylan Kürdi 2 sentyabr 2012-ci il tarixində ailəsi ilə birlikdə botla Türkiyənin Bodrum şəhərindən Yunan adalarından olan Kos adasına sadəcə 2.5 dəniz mili məsafəli bir yolda olarkən bot çevrilmişdir. Qayıqda olanlardan heç birinin əynində təhlükəsizlik jileti olmamışdır. Kürdi Suriyanın şimalında yerləşən Kobani şəhərində dünyaya gəlmişdir. Ailəsi əvvəlcə Kanadanın Vankover şəhərinə getməyi planlaşdırmışdır. Lakin Kanada dövləti tərəfindən onların müraciəti rədd edilmişdir. Aylanın sahilə çıxmış cəsədinin şəklini DHA müxbiri, türk jurnalist Nilufər Dəmir çəkmişdir. Ailənin hər üç üzvü; ana Rihan, uşaqları; Aylan və Qalib kürdi 4 sentyabr 2015-ci il tarixində Türkiyədən Kobaniyə aparılaraq orada dəfn edilib. == Aylan Kürdinin ölüsünün şəkilləri == Şəkil bir çox dünya saytlarının və qəzetlərinin gündəminə gəlmişdir. == Şəklə reksiyalar == Şəkil yayımlandıqdan sonra 24 saat ərzində Qaçqın və Köçkünlərə Yardım Fonduna yardımda dalğalanma olmuş və yardımların sayı 15 dəfə artmışdır.
Kürdili
Kür dili adası — Xəzər dənizində Azərbaycana məxsus ada. Aran iqtisadi-coğrafi rayonunun şərqində yerləşir. İnzibati cəhətdən isə adanın şərqi Neftçala, qərbi isə Lənkəran inzibati rayonlarına məxsusdur. Neftçala şəhərindən 33 km, Bakıdan isə 150 km cənubda yerləşir. Ada Azərbaycanın sahəsinə görə ən böyük adasıdır. Adada mövcud olmuş Kürdili kəndinin adı adanın adından götürülmüşdür. == Coğrafiyası == Ada Kürün tarixi deltasında yerləşir. Belə ki, gətirmə suxurların mənsəbə yığılması nəticəsində əmələ gəlmişdir. Hazırda isə Kürün deltası yarımadadan 35–40 km şimalda yerləşir. Xəzər dənizinin qalxıb enməsi ilə əlaqədar yarımada və ada arasında tərəddüd edir.
Kürdili (dəqiqləşdirmə)
Kür dili — Xəzər dənizində, Bakı arxipelaqında Azərbaycana məxsus ada Kürdili — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində mövcud olmuş kənd.
Kürdili (kənd)
Kürdili — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində mövcud olmuş kənd. == Tarixi == Kürdili oyk., sadə. Neftçala rayonunun Şirvanlı inzibati ərazi vahidində kənd. Xəzər dənizi sahilindədir. Kəndin adı Kür Dili adasının adından götürülmüşdür. Yaşayış məntəqəsi haqqında "Əriyən ada", Sonuncu və Daxildəki ada adlı filmlər çəkilmişdir.
Kürdistan
Kürdüstan və ya Kürdistan (tələffüzü: kyɾd'y'stɑn; kürd. Kurdistan/کوردستان, translit. Kurdıstan, ; mənası – "Kürdlərin ölkəsi") və ya Böyük Kürdüstan — Qərbi Asiyada, əsasən kürdlərin məskunlaşdığı dağlıq vilayət. Kürdüstan kürd mədəniyyətinin, dillərinin və milli kimliyinin tarixən əsaslandığı bir ərazidir. Vilayət təxminən Zaqros dağlarının şimal-qərbini və Tavr dağlarının şərqini əhatə edir. Ərazi kürd irredentist iddialarına uyğun gəlir. Bölgənin kürd diyarı kimi ilk dəfə Mahmud Kaşğarinin dünya xəritəsini hazırladığı və əl-İraq və Əş-Şam arasındakı bölgəni "Ərz-əl-Əkrad" kimi qeyd etdiyi "Divanü Lüğat-it-Türk" əsərində xatırladıb. Ərz-əl-Əkrad, ərəb dilində "kürdlərin ölkəsi" deməkdir. Kürdüstan adı ilk dəfə 1150-ci ildə Böyük Səlcuq hökmdarı Sultan Səncər tərəfindən qərbi İranı təsvir etmək üçün istifadə edilmişdir. Bu ad daha əvvəllər istifadə olunan Kurdiya və qədim Korduena toponimləri ilə əlaqədardır.
Kürdistan ostanı
Kürdüstan ostanı — İranın qərbində ostan. Mərkəzi Sənəndəc (və ya Sənnə) şəhəridir. == Ərazi == Ostanın ərazisi 29.151 km² — dir . Ostan şimaldan Qərbi Azərbaycan, şərqdən Zəncan, cənub-şərqdən Həmədan və cənubdan Kirmanşah ostanları ilə həmsərhəddir. == Əhali == 2006-cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən ostanda 1.440.156 nəfər əhali yaşayır . Ostan əhalisinin çoxunu etnik kürdlər təşkil etməklə yanaşı, burada azərbaycan türkləri (əsasən Qürvə və Bicar şəhristanında), lurlar, assuriyalılar və farslar da yaşayırlar . == Azərbaycan-Kürdüstan sərhəddi == Hal hazırda Kürdüstan ostanının sınırlarında yerləşən Bicar və Qürvə bölgələri tarixən Azərbaycan sınırlarında yerləşiblər. Bu ərazi miladdan öncə Manna — Midiya dövləti, Sasanilər zamanı və… zamanlarda Azərbaycan sınırlarında yerləşibdir. Qacar sülasəsinin ikinci padişahi Fətəlişah zamanı (1176–1213 şəmsi, 1797–1834 miladi və 1212–1250 qəməri illərində) hələ Həmdan, Zəncan və indiki Kürdüstan əylətinə tabe olan Bicar, Gərus və Qürvə Azərbaycan sınırlarında yerləşirdilər. Əfzəl-əltarix də yazılan kimi Fətəli şah zamanı rəsm belə idi ki, şahzadələrin hər birisi bir vilayətin başçılığına təyin olurdular, ancaq o zaman şahzadə Dara hökumətsiz qalır, sədriəzəm Şəfi sədr belə qərara gəlir ki, Qəzvin, Gərüs, Həmədan və Fəlan buluki(?) ni Azərbaycandan ayırıb Zəncanla birlikdə Xəmsə vilayəti yaratsın ta şahzadə oraya hökumət edə bilsin.
Kürdistan qəzası
Kürdüstan qəzası (rus. Курдистанский уезд) və ya Qızıl Kürdüstan (rus. Красный Курдистан, kürd. Кöрдьстана Сор) — 1923–1929-cu illərdə Azərbaycan Sovet Sosialist Respublikasının ərazisində mövcud olmuş qəza. Qəza Sergey Kirovun təklifi ilə 1923-cü il 21 iyun Azərbaycan SSR Xalq Komissarları Sovetinin iclasında yaradılmışdır. Kürdüstan qəzasının ilk mərkəzi Pircahan kəndi idi. Daha sonralar mərkəz Laçın şəhərinə köçürülmüşdür. Qəzanın ilk katibi Şuşada dünyaya gəlmiş, azərbaycanlı bolşevik Hüsü Hacıyev idi. 1926-cı ildəki siyahıya alınmada Kürdüstan qəzasında əhalinin etnik tərkibi 72,3% kürd, 26,7% türklər olsa da, əhalinin 92,5%-nin ana dili türk dili və yalnız 6,1%-nin ana dili kürd dili olmuşdur. SSRİ daxilində inzibati ərazi vahidlərinin dəyişdirilməsi sahəsindəki islahatlar zamanı ASSR-in 1929-cu il 8 aprel tarixli qərarı ilə Kürdüstan qəzası da ləğv edilmişdir.
Kürdistan silsiləsi
Kürdüstan silsiləsi — İrannın qərbində, İraq və Türkiyə sərhədi boyunca uzanan dağ silsiləsi. Silsilə 240 km uzunluğa malikdir. Orta hündürlük 3000 m təşkil edir. Kristalik və metomorfik suxurlardan ibarətdir. Silsilələr arasında ensiz ancaq dərin dərələrə sahibdir. Silsilənin şərqi quru dağ çölləri, qərb ətəklərində isə nadir palıq meşələrimə rast gəlinir. Yüksəklik artdıqca alp çəmənlər geniş sahələr tutur.
Suriya Kürdistanı
Suriya Kürdüstanı və ya Rojava — Suriyanın şimal-şərq hissəsində ərəblərin, çərkəzlərin, kürdlərin, suriyalıların və türkmənlərin yaşadığı bölgədir. Yaxın Şərq coğrafiyasında, Suriya sərhədləri daxilində, kürdlərin sıx yaşadığı bölgənin hissəsini müəyyənləşdirir. PYD tərəfindən bölgədə muxtar kantonlar və daha sonra federasiya elan edildi, lakin bunların heç biri Suriya hökuməti tərəfindən tanınmamışdır.
Türkiyə Kürdistanı
Türkiyə Kürdüstanı (kürd. Kurdistana Tirkiyê) və ya Şimali Kürdüstan (kürd. کوردستانا باکورئ/Bakurê Kurdistanê) — Türkiyənin Cənub-şərqi Anadolu regionunda, əsasən kürdlərin yaşadığı əraziyə verilən ad. Paris Kürd İnstitutunun təxminlərinə görə, Türkiyədə 20.000.000-a yaxın kürd yaşayır. Kürdlər Türkiyənin cənub-şərqi ərazilərini Kürdüstanın dörd hissəsindən biri hesab edir. Digərlərinə Rojava və ya Qərbi Kürdüstan (Suriya), Cənubi Kürdüstan (İraq) və Şərqi Kürdüstan (İran) aiddir. Vilayətin idarəedici bir kimliyi yoxdur və Türkiyə dövləti onu izah edərkən "Kürdüstan" sözünü istifadə edilməsini qınayır, rədd edir. Türkiyə Kürdüstanı termini kürd millətçiliyi ilə əlaqəlidir. Bu isə onu Türkiyə daxilində mübahisəli bir termin edir. Buna görə də, termin birmənalı deyil və mühitindən asılı olaraq, fərqli mənalar verir.
İran Kürdistanı
İran Kürdüstanı və ya Şərqi Kürdüstan (kürd. Rojhilatê Kurdistanê/ڕۆژھەڵاتی کوردستان‎) — İranın İraq ilə sərhədlərində yerləşən şimal-qərbi ərazilərində, əsasən kürdlərin yaşadığı əraziyə verilən ad. İran Kürdüstanı Qərbi Azərbaycan ostanı, Kürdüstan ostanı və Kirmanşah ostanını əhatə edir. Kürdlər İranın şimal-qərbi ərazilərini Kürdüstanın dörd hissəsindən biri hesab edir. Digərlərinə Rojava və ya Qərbi Kürdüstan (Suriya) Şimali Kürdüstan (Türkiyə) və Cənubi Kürdüstan (İraq) aiddir. 2006-cı ildə keçirilən sonuncu əhalinin siyahıyaalmasında əldə edilən məlumatlara görə, kürd əhaliyə malik üç ostanı – Kürdüstan, Kirmanşah və İlam ostanlarında ümumilikdə və habelə Qərbi Azərbaycan ostanı'nın cənubi şəhərlərində ümumilikdə 6.730.000 nəfər yaşayır. İlam ostanının cənubunda əsasən lurlar yaşayır. İran kürdləri İran əhalisinin təxminən 7–10 %-ni təşkil edir. Bir sıra mənbəyə görə, İran kürdlərinin əksəriyyəti şiədir, lakin başqa mənbələr əksinə, onların əksəriyyətinin sünni olduğunu iddia edir. İran İslam İnqilabı zamanı kürd siyasi partiyaları muxtariyyət ilə maraqlanmayan şiə kürdləri öz tərəflərinə çəkməkdə uğursuz olmuşdurlar.
İraq Kürdistanı
Kürdüstan Bölgəsi (ərəb. حكومة إقليم كردستان‎) — İraqın şimalında muxtar vilayət. İnzibati cəhətdən ərazisinə İraqın 3 mühafazası - Süleymaniyə, Ərbil və Dohuk mühafazaları daxildir. Əhalisi 2022-cü il etibari ilə 7,800,300 ərazisi 41.047 km², inzibati mərkəzi Ərbil şəhəridir. Birinci Dünya müharibəsi zamanı Birləşmiş Krallıq və Fransa Qərbi Asiyanı Says–Piko sazişinə əsasən bölmüşdür. Sevr müqaviləsi və Lozanna müqaviləsi onu əvəz etmiş, müasir bir Qərbi Asiya və Türkiyə Respublikası qurmuşdur. Millətlər Liqası Fransaya Suriya və Livanda, Birləşmiş Krallığa isə Fələstin və İraqda mandatlar bağışlamışdır. Osmanlı imperiyasının Ərəbistan yarımadasındakı hissələri axırda, Səudiyyə Ərəbistanı və Yəmən tərəfindən alınmışdı. 1 dekabr 1918-ci il tarixində Süleymaniyyə şəhərində keçirilən yığıncaqda ingilis polkovnik Arnold Vilson ilə kürd tayfa başçıları Birləşmiş Krallığa təklif verdilər, hansı ki, Birləşmiş Krallıq protektoratı olacaq birləşmiş və müstəqil bir kürd dövlətinin təsis edilməsi ilə bağlı idi. 1919-cu ildən 1922-ci ilə qədər nüfuzlu kürd öndəri Şeyx Mahmud Bərzənci kürd hökuməti qurmuş və Böyük Britaniya hakimiyyətinə qarşı iki dənə üsyan qaldırmışdır.
Kürdistan Milli Hökuməti
Məhabad Cümhuriyyəti (kürd. Komarî Mehabad) və ya Kürdüstan Milli Hökuməti — 1946–1947-ci illərdə mövcud olmuş kürd dövləti. Məhabad Cümhuriyyəti 1946-cı ilin 22 yanvarında SSRİ-nin dəstəyi nəticəsində yaradılmışdır. BMT tərəfindən tanınmayan Məhabad Cümhuriyyəti, 1947-ci ilin 30 mart tarixində dağılmışdır. Cümhuriyyət 13 nazirdən təşkil olunmuş komitə tərəfindən idarə olunurdu. Qazı Məhəmməd Məhabad Cümhuriyyətini ilk və tək dövlət başçısı olmuşdur. Məhabad Cümhuriyyətinin paytaxtı Məhabad şəhəri olmuşdur. Cümhuriyyətin adı da elə bu şəhərdən götürülmüşdür. == Dövlətin yaradılması və süqutu == 1945-ci ilin noyabr ayında SSRİ-nin yardımı ilə İranda birinci Azərbaycan Demokrat Firqəsi yaradıldı. Bundan sonra İranda yaşayan kürdlərin silahlandırılması başlandı.

Значение слова в других словарях