Kürdistan Milli Hökuməti


Məhabad Cümhuriyyəti (kürd. Komarî Mehabad) və ya Kürdüstan Milli Hökuməti[1] — 1946–1947-ci illərdə mövcud olmuş kürd dövləti. Məhabad Cümhuriyyəti 1946-cı ilin 22 yanvarında SSRİ-nin dəstəyi nəticəsində yaradılmışdır. BMT tərəfindən tanınmayan Məhabad Cümhuriyyəti, 1947-ci ilin 30 mart tarixində dağılmışdır. Cümhuriyyət 13 nazirdən təşkil olunmuş komitə tərəfindən idarə olunurdu. Qazı Məhəmməd Məhabad Cümhuriyyətini ilk və tək dövlət başçısı olmuşdur. Məhabad Cümhuriyyətinin paytaxtı Məhabad şəhəri olmuşdur. Cümhuriyyətin adı da elə bu şəhərdən götürülmüşdür.

Demokratik Respublika
Məhabad Cümhuriyyəti
كوماری مهاباد
Bayraq Gerb
Bayraq Gerb
Himn: Ey Reqîb
(Azərbaycanca: "Ey Düşmən")
 
 

Paytaxt Mahabad
Rəsmi dilləri Kürd dili
Ərazisi 37.437 km²
İdarəetmə forması təkpartiyalı sistem
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dövlətin yaradılması və süqutu

[redaktə | mənbəni redaktə et]

1945-ci ilin noyabr ayında SSRİ-nin yardımı ilə İranda birinci Azərbaycan Demokrat Firqəsi yaradıldı. Bundan sonra İranda yaşayan kürdlərin silahlandırılması başlandı. 1.200 tüfəng və digər hərbi ləvazımatlar peşmərgə birliklərinə göndərildi. Məqsəd İranda yaşayan kürdləri siyasi baxımdan oyandırmaq və burada yeni bir kürd dövləti qurmaq idi. 22 yanvar, 1946-cı ildə Məhabad şəhərinin meydanında yeni cümhuriyyətin qurulduğu rəsmən elan edildi. Bu münasibətlə SSRİ Məhabad Cümhuriyyətinə 5.000 tüfəng göndərmişdir.

1947-ci ilin 9 mayında SSRİ-nin İrandan çıxmasından sonra, İran ordusu Məhabad Cümhuriyyətinin üzərinə hücum etdi. 31 mart 1947-ci ildə dövlət başçısı Qazı Məhəmməd, başnazir Şeyx Hacı Baba və müdafiə naziri Məhəmməd Hüseyn xan Məhabad şəhərinin mərkəzi meydanında asılaraq edam edilmişdir. Dövlətin digər məmurlarından olan Mustafa Bərzani isə gizli yolla Bakıya qaçmışdır.

Məhabad Cümhuriyyət ilə ADF arasında olan münasibətlər

[redaktə | mənbəni redaktə et]

3 may, 1946-cı ildə Məhabad Cümhuriyyət ilə Azərbaycan Demokrat Firqəsi arasında müqavilə imzalanmışdır. Müqaviləyə əsasən:

  1. Hər iki tərəf bir-birlərinə nümayəndə göndərməli və münasibətlərin inkişaf etməsinə zəmin yaratmalı idilər.
  2. Hər iki hökumətin nümayəndələrinin iştirakı ilə iqtisadi şura yaradılmalı və iqtisadi məsələlər müzakirə etməli idi.
  3. Lazım olanda hər iki hökumət bir-birlərinə hərbi yardım göstərməli idilər.
  4. Azərbaycan Demokrat Firqəsində kürdlərin yaşadığı ərazilərdə kürd, Məhabad Cümhuriyyətində isə Azərbaycanlıların yaşadığı ərazilərdə Azərbaycanlı millət vəkili seçilməli və öz xalqını təmsil etməli idi.
  5. Azərbaycan Demokrat Firqəsi ərazilərində yaşayan kürd gənclər üçün təhsil almaq imkanı yaradılmalı idi. Həmin qərar Məhabad Cümhuriyyətində yaşayan Azərbaycanlılar üçündə qəbul edilmişdir.
  6. İranla aparılan danışıqlar zamanı hər iki hökumətin ümumi razılığı olmalı idi.
  7. Məhabad Cümhuriyyət və Azərbaycan Demokrat Firqəsinə digər bir dövlət tərəfindən hərbi və ya siyasi müdaxilə olardısa, hər iki dövlət eyni maraqları müdafiə edərək, düşmənə qarşı birləşməli idi.
  • Jr. Archie Roosevelt. The Kurdish Republic of Mahabad // Middle East Journal. Vol. 1, No. 3. Published by Middle East Institute. — July 1947, pp. 247–269.
  • Yassin, Burhaneddin A., Vision or Realty: The Kurds in the Policy of the Great Powers, 1941–1947, Lund/Sweden, 1995.
  • William Eagleton, Jr., The Kurdish Republic of 1946, Oxford University Press, London 1963.
  • David McDowall. A modern history of the Kurds. London: I.B. Tauris, 2007.
  • Susan Meiselas, Kurdistan In the Shadow of History, Random House, 1997.
  • M. Khoubrouy-Pak, Une république éphémère au Kurdistan, Paris, 2002.
  • Жигалина О. И., Национальное движение курдов в Иране (1918–1947), М. "Наука", 1988.
  • М. С. Лазарев, Курдистан и курдский вопрос (1923–1945), М. Издательская фирма "Восточная литература" РАН, 2005.
  • Archie Roosevelt, Jr., 'The Kurdish Republic of Mahabad' Middle East Journal, 1947,1 (July).
  • 'The Republic of Kurdistan. Fifty Years Later', International Journal of Kurdish Studies, 1997, C.1–2.
  • Moradi Golmorad, 'Ein Jahr autonome Regierung in Kurdistan, die Mahabad-Republik 1946–1947' Geschichte der kurdischen Aufstandsbewegungen von der arabisch-islamischen Invasion bis zur Mahabad-Republik, Bremen, 1992.
  • Necefkuli Pısyan (Çev: Evdila Piştderî), Kanlı Mahabad'dan Aras'ın Kıyılarına, Avesta, İstanbul, 2001, ISBN 975-7112-51-8

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Күрдүстан Милли Һөкумәти // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VI ҹилд: КубаМисир. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1982. С. 48.