Kiçik kənd
Kiçikkənd - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Əştərək rayonunda kənd.
== Tarixi ==
Abaran çayının sağ sahilində, Karbi kəndinin yaxınlığında yerləşirdi. «İrəvan əyalətinin icmal
dəftəri»ndə qeyd edilir və kəndin başqa adının Uş olduğu göstərilir.
XIX əsrin rus mənbələrində qeydə alınmışdır.
Toponim Azərbaycan dilində «balaca, sahəsi az olan, xırda» mənasında işlənən kiçik sözü ilə
«yaşayış məntəqəsi» mənasında işlənən kənd sözünün birləşməsindən əmələ gəlmişdir. Relyef
əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.
== Əhalisi ==
Kənddə 1831-ci ildə 77 nəfər, 1873 - cü ildə 166 nəfər, 1886-cı ildə 235 nəfər, 1897-ci ildə 296
nəfər, 1908-ci ildə 366 nəfər, 1914 - cü ildə 292 nəfər, 1916-cı ildə 249 nəfər, 1918-ci ildə 370 nəfər, 1919 - cu ildə 233 nəfər yalnız azərbaycanlı yaşamışdır.
1919 - cu ildə kənd sakinləri erməni təcavüzünə mərauz qalaraq deportasiya olunmuşdur.
Azərbaycanlılar (sağ qalanlar) ata-baba yurdlarına indiki Ermənistanda sovet hökuməti qurulandan sonra qayıda bilmişlər. Burada 1922-ci ildə 56 nəfər, 1931-ci ildə 55 nəfər yalnız azərbaycanlı əhali yaşamışdır.