Kərəməz

Bu yemək növü qatıqla südün qarışığından hazırlanır. Kərəməz sözünün omonimliyi müşahidə olunur. Belə ki, bu söz Qazax dialektində “qatıqla çiy südün qarışığından hazırlanan yemək”, Zaqatala və Qax şivələrində “anlamaz, qanmaz” mənalarında işlənir: - Kərəməzin də bir ləzzəti var (Qazax) (1, 269) Bu söz Qərbi Azərbaycanın Çənbərək və İrəvan şivələrində “körəməz” şəklində “südlə qatığın qarışığından hazırlanan yemək” anlamında işlənir.(10, 218) S. Altaylının lüğətində “körəməz” şəklində qeydə alınmış bu söz “çiy südlə qatığın qarışdırılmasıyla hazırlanan sərinləşdirici içki” mənasında izah edilmişdir (21, 794).
Kəngər xuruştu
Kərəyağı