Kərəyağı
Bu qida məhsulunun adı mürəkkəb quruluşa malik olub “kərə” və “yağ” sözləri əsasında formalaşmışdır. Müasir Azərbaycan dilində “kərəyağ” şəklində işlənən bu sözə bəzi türk dillərində “karaki”, “kerek yağı”, “tereyağ” formalarında rast gəlirik. “Kərəyağ” sözünü karapapaqlar və dağıstanlılar “kere// kereğ” formalarında işlədirlər.
Bu söz Türkiyə türkcəsində side yağ, başqırd türkcəsində ak (harı) may, qazax türkcəsində sarı may, qırğız türkcəsində kaymak may, özbək türkcəsində sariyağ, tatar türkcəsində atlanmay, ak (sarı) may, türkmən türkcəsində mesğe, uyğur türkcəsində serik yağ, maşka (33, 730-731) formalarında işlənir.