Kərimarx
Kərimarx — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad (Oktemberyan) rayonunda kənd.
== Tarixi ==
Rayon mərkəzindən 8 km cənub-şərqdə yerləşir.
== Toponimi ==
Toponim Kərim şəxs adı ilə arx sözünün əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3. I.1935-ci il fərmanı ilə adı dəyişdirilib Sovetakan qoyulmuşdur.
== Əhalisi ==
Kənddə 1831-ci ildə 311 nəfər, 1873-cü ildə 1215 nəfər, 1886-cı ildə 1357 nəfər, 1897-ci ildə 1474 nəfər, 1904-cü ildə 1700 nəfər, 1914-cü ildə 1802 nəfər, 1918-ci ildə kənddə Türkiyədən gəlmə ermənilər də yerləşdirilmişdir. Bundan sonra kəndin əhalisi qarışıq yaşamışdır. 1919-cu ildə 1840 nəfər yalnız azərbaycanlı yaşamışdır.