Kabrio

das; -s, -s üstü açıq avtomobil
Kabinettssitzung
Kabriolett
OBASTAN VİKİ
Kabriolet
Kabriolet (fr. cabriolet) — ilk mənada biroxlu, üstü yığıla bilən qoşqulu at-araba, indiki mənada isə yerlərinin sayı 2 və daha çox olan üstü qatlanaraq açılan minik avtomobili nəzərdə tutulur. İlk kabrioletlər XIX əsrin əvvəlində Fransada yaranmışdır. Bundan sonra bu növ avtomobillər tez bir zamanda Paris, London və digər şəhərlərdə şöhrət tapmışdır.
Kabriolet (mahnı)
"Kabriolét" — Lyubov Uspenskaya üçün bəstələnmiş mahnı. 1992-ci ildə yazılmış mahnı müğənninin vizit kartı hesab olunur. Musiqisi Qari Qolda, sözləri İlya Reznikə məxsusdur. "Kabriolet" mahnısını 1972-ci ildə, 25 yaşında SSRİ-dən ABŞ-yə mühacirət etmiş və Yuri Silantyevin rəhbərliyi ilə Mərkəzi Televiziya və Ümumittifaq Radiosunun Variety Simfonik Orkestrinin saksofonisti kimi fəaliyyət göstərmiş amerikalı caz musiqiçisi Qari Qold bəstələmişdir. "Kabriolet"in sözləri bir zamanlar Rusiyada öz mahnıları ilə məşhur olan İlya Reznik tərəfindən yazılmışdır. İlya Reznik teatrı ilə birlikdə ABŞ-a qastrol səfərinə gəldiyi zaman Qari Qoldla tanış olmuşdur. İlya Rezniki tanımayan və onun yazdığı əsərləri haqqında məlumatı olmayan Qold, Reznikin şeirlərini eşidir və müəllifini soruşur. Bu cəhalətdən təəccüblənən Reznik, şeirin ona məxsus olduğunu bildirir. Beləliklə, Qoldun təklifi ilə onlar əməkdaşlıq etməyə başlayırlar . Birgə əməkdaşlıq dövründə 35 mahnı yazmış, 2 albom çıxarmışlar.