KABRİOLET-LİMUZİN

is. \[fr. cabriolet + fr. limousine\] avtom. Limuzin kimi birinci sıra oturacaqlarin arxasından şüşə arakəsməsi olan, lakin kabriolitə xas – üst hissənin açılıb-yığılması, yan şüşələrin endirilməsi, iki, dörd və ya altı yan qapılı ola bilməsi kimi xüsusiyyətləri daşıyan minik avtomobili növü.
KABRİOLET-HARDTOP
KABUKİ
OBASTAN VİKİ
Kabriolet
Kabriolet (fr. cabriolet) — ilk mənada biroxlu, üstü yığıla bilən qoşqulu at-araba, indiki mənada isə yerlərinin sayı 2 və daha çox olan üstü qatlanaraq açılan minik avtomobili nəzərdə tutulur. İlk kabrioletlər XIX əsrin əvvəlində Fransada yaranmışdır. Bundan sonra bu növ avtomobillər tez bir zamanda Paris, London və digər şəhərlərdə şöhrət tapmışdır.
Limuzin
Limuzin (ing. Limousine) — Sürücü ilə sərnişin arasında uzun bir bölmənin olduğu lyuks avtomobil növü. Limuzin sözü Fransanın bir regionu olan Limuzindən götürüldüyü və vaxtilə buradakı çobanlar tərəfindən istifadə olunan uzun paltarlardan gəldiyi güman olunur. Ancaq bu kəlimənin nəyə görə məhz qeyd olunan avtomobil üçün istifadə edilməsi qeyri-müəyyən olaraq qalır.
Kabriolet (mahnı)
"Kabriolét" — Lyubov Uspenskaya üçün bəstələnmiş mahnı. 1992-ci ildə yazılmış mahnı müğənninin vizit kartı hesab olunur. Musiqisi Qari Qolda, sözləri İlya Reznikə məxsusdur. "Kabriolet" mahnısını 1972-ci ildə, 25 yaşında SSRİ-dən ABŞ-yə mühacirət etmiş və Yuri Silantyevin rəhbərliyi ilə Mərkəzi Televiziya və Ümumittifaq Radiosunun Variety Simfonik Orkestrinin saksofonisti kimi fəaliyyət göstərmiş amerikalı caz musiqiçisi Qari Qold bəstələmişdir. "Kabriolet"in sözləri bir zamanlar Rusiyada öz mahnıları ilə məşhur olan İlya Reznik tərəfindən yazılmışdır. İlya Reznik teatrı ilə birlikdə ABŞ-a qastrol səfərinə gəldiyi zaman Qari Qoldla tanış olmuşdur. İlya Rezniki tanımayan və onun yazdığı əsərləri haqqında məlumatı olmayan Qold, Reznikin şeirlərini eşidir və müəllifini soruşur. Bu cəhalətdən təəccüblənən Reznik, şeirin ona məxsus olduğunu bildirir. Beləliklə, Qoldun təklifi ilə onlar əməkdaşlıq etməyə başlayırlar . Birgə əməkdaşlıq dövründə 35 mahnı yazmış, 2 albom çıxarmışlar.
Limuzin (dəqiqləşdirmə)
Limuzin — Sürücü ilə sərnişin arasında uzun bir bölmənin olduğu lyuks avtomobil növü. Limuzin (region) — Fransanın 26 regionundan biri.
Limuzin (region)
Limuzin (limuˈzɛ̃) (Oksitanca: Lemosin) — Fransanın 26 regionundan biridir. Fransanın mərkəzində yerləşir. Mərkəzi şəhəri Limogesdir. Bu region Fransanın Avropadakı regionlarının içərisində ən az məskunlaşılmış regionudur. Regiondakı Kröz departamenti Fransanın ən yaşlı əhalisinə malikdir. Korrez departmenti də Fransa prezidenti Jak Şirakın departamentidir. Siyasi baxımdan isə bu region solçuların qalası hesab olunur. Fransanın beş əsas həmkarlar ittifaqından biri olan CGT (Confédération Générale du Travail — Ümumi Əmək Konfederasiyası) 1895-ci ildə Limoges şəhərində yaradılmışdır.