Kader Kamara
Kader Kamara (18 mart 1982, Konakri) — Qvineya futbolçusu.
Abdul Kader Kamara 18 mart 1982-ci ildə Qvineyanın Konakri şəhərində anadan olmuşdur.
Əvvəlki klubları: Vasko de Konakri , Atletiko K. Qvineya, Vitess, Zuyd-Vest, Serkle Brügge, Beringen, Dessel Sport. 2007-ci ildən Qəbələdə çıxış edir.
Qvineya milli futbol komandasının daimi üzvlərindən biri olub.
Belçika çempionatının ikinci divizionunun qalibi (2003 — Serkle Brügge)
Serkle Brügge (2003) və Dessel Sport (2007) klublarının mövsüm ərzində ən yaxşı oyunçusu.