Diferensial skaner kalorimetriyası
Diferensial skaner kalorimetriyasi – temperaturun funksiyası kimi endo- və ekzotermik keçidlərin ölçülməsi üçün termiki analizin ən populyar üsuludur.
Kalorimetriya – istiliyi ölçülən müxtəlif proseslərin fiziki - kimyəvi analiz metodları qrupudur:
kimyəvi reaksiyaların;
faza keçidlərinin;
istilik tutumu (cismin temperaturunun dəyişilməsi üçün tələb olunan istilik).
İstilik – daxili enerjinin məkanda yenidən bölüşdürülməsi prosesini xarakterizə edən funksiyadır; onu istilik köçürmə prosesi olmadıqda ölçmək mümkün deyil. Buna görə hər hansı bir kalorimetrin dizaynında ölçmə sisteminin müxtəlif hissələri arasında istilik mübadiləsinin mümkün olması nəzərə alınır və istilik koçürmələri ilə bağlı hadisələri anlama, kalorimetriyada prinsipial əhəmiyyətə malikdir.
İstilik köçürülməsi fiziki təbiətinə görə müxtəlif yollarla həyata keçirilə bilər:
maddələrin istilik keçiriciliyi səbəbindən;
konveksiya yolu ilə;
istilik şüalanma yolu ilə.
İstilik keçiriciliyi – molekullarin və ya atomların titrədici vəziyyətlərini dəyişdirərək enerji transfer metodudur (enerjinin ötürülməsi metodu). İstilik keçiriciliyi kütləvi ötürülmə ilə müşayiət edilmir və yalnız qatı maddələrdə mümkündür.
Konveksiya – enerjinin maye və ya qaz axını ilə ötürülməsi. Sistemin bir nöqtəsindən digərinə konveksiya ilə ötürülən enerjinin miqdarı bu iki nöqtə arasındakı temperatur fərqi ilə mütənasibdir (birbaşa nisbətdədir).
Bütün cisimlər elektromaqnit şüalanmanı aramsız yayırlar və udurlar.