Kamerun gerbi
Kamerun gerbi Afrika ölkəsi sayılan Kamerun tərəfindən istifadə edilən rəsmi dövlət gerbidir.
Gerbin mərkəzi hissəsində yerləşən qalxan Kamerun bayrağının rənglərini ehtiva edir. Qalxanın mərkəzində üçbucaq meydana gətirən və 4095 m hündürlüyü ilə Qərbi Afrikanın ən yüksək dağı olan Kamerun dağını ifadə edən hissə qırmızı fonda olarkən, üçbucağın ayırdığı hissələrdən sol tərəf yaşıl fona, sağ tərəf isə sarı fona malikdir. Qırmızı fonda mavi rəngdə Kamerunun xəritəsi göstərilmiş, xəritənin üstündə yerləşdirilmiş olan qılıncın ucundakı tərəzilər isə Roma mifologiyasında ədalət ilahəsi kimi qəbul edilən Justitianı işarə edir. Qılıncın ən uc hissəsində isə yenə qırmızı fonda sarı beşguşəli ulduz yerləşdirilmişdir. Qalxanın arxa tərəfində diaqonal olaraq yerləşdirilmiş iki ədəd Fasce isə dövlət hakimiyyətini və respublika idarəetmə formasını simvollaşdırır. Qalxanın yuxarı hissəsində isə ikisi Fasceslərin üstündə, biri isə qalxanın yuxarı hissəsində yerləşdirilmiş olan və həm fransız, həm də ingilis dillərində yazılmış Sülh, İş, Vətən (Fr: Paix, Travail, Patrie) (İng: Peace, Work, Fatherland) kəlmələri yazılmışdır. Qalxanın alt hissəsindəki şüar zolağında isə həm fransız, həm də ingilis dillərində bu ölkənin bu dillərdəki rəsmi adı olan Kamerun Respublikası (Fr: République du Cameroun) (İng: Republic of Cameroon) yazılmışdır.