Kamille

die; -, -n çobanyastığı, molla başı
Kamikaze
Kamillentee
OBASTAN VİKİ
Kamille süsəni
Kamille süsəni (lat. Iris camillae Grossh.). Süsənkimilər – (İridaceae Juss.) fəsiləsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir –VU D2. Azərbaycanın dar arellı, nadir endemik növüdür. Regional IUCN Status: VU D2 Çoxillik bitkisidir, kökümsovu qısa, sürünəndir, gövdə 10–25 (35) sm hündürlükdə, bir ədəd təpə çiçəyi var; yarpaqlar boz-göyümtül, dar – xətvaridir, 3–4 (5) mm enində, bəzən oraqvari əyilmiş, təpə yarpaqları otvari, pərdəli, lansetvari, itidir. Çiçəkyanlığının borucuğu yumurtalıqdan bir az uzundur, xaricdən 4–6 sm uzunluğunda, yuxarıya dartılmış, yumurtavari və ya enli – ellipsvaridir, ağımtıl-sarı, mavitəhər bənövşəyidir, sütuncuğun kənarı dartılmış, çiçəkyanlığının xarici tərəfindən qısadır, kürək hissəsi küt, xaricdən dişciklidir. Çiçəkləmə, meyvə əmələ gətirmə dövrü aprel-may aylarına təsadüf edir. Mezokserofit, işıqsevəndir. Kökümsovlarla və toxumla çoxalır.