Kappe

die; -, -n 1. papaq, beret, kepi, araqçın; 2. (Verschluss) qapaq; 3. (am Schuh) başmağın burnu; et. auf s-e eigene ~ nehmen bir şeyin məsuliyyətini (sorumluluğunu) öz üzərinə götürmək
kapitulieren
kappen
OBASTAN VİKİ
İkinci Kappel müharibəsi
İkinci Kappel müharibəsi (alm. Zweiter Kappelerkrieg‎) — 1531-ci ildə, İsveçrədə reformasiya zamanı İsveçrə İttifaqının protestant və katolik kantonları arasında baş vermiş silahlı münaqişə. Bu, Birinci Kappel müharibəsinin davamı idi 1529-cu ildə hərbi əməliyyatlar başlamadan başa çatan Birinci Kappel sülhü ümumi mənzərədə Sürixin başçılıq etdiyi protestantların xeyrinə idi. Eyni zamanda, Sürixin faktiki rəhbəri Ulrix Svinqli sülhdən narazı qalmış və reformasiyanı bütün İsveçrəyə yaymaq üçün hərbi əməliyyatları bərpa etməyi planlaşdırırdı. Beş katolik kantonu Habsburqların hakimiyyətlə olduğu Müqəddəs Roma imperiyası ilə ittifaq qurduqdan sonra Sürix və Bern bu kantonları iqtisadi blokadaya salmışdır. Buna cavab olaraq, katolik kantonları qoşunlarını səfərbər edərək Sürixə doğru yürüş etmişdir. Bern Sürixə dəstək göndərməmişdi, buna görə də onun qüvvələri katoliklərdən daha zəif idi. 11 oktyabr 1531-ci ildə Kappel yaxınlığında 7-8 min katolik ordusu ilə və 1,200–2,000 nəfərdən ibarət Sürix qüvvələri arasında döyüş baş tutmuşdur. Döyüşdə protestantlar məğlub olmuş, aralarında Ulrix Svinqli də olmaqla 500 nəfər həlak olmuşdur. Onun cəsədi ertəsi gün tapılmış, dörd hissəyə bölünmüş və yandırılmışdır.