Kardioməşq
Kardioməşq — ürək döyüntüsünü artıran istənilən fiziki hərəkətlərin həyata keçirilməsidir. Ənənəvi olaraq kardioməşqlər deyərkən aerobika, sürətli yerimə, qaçış, velosiped sürmə, üzgüçülük, avarçəkmə, ip atlama və s. başa düşülür. Güç məşqləri də kardio rejimdə keçirilə bilər.