KARYERİZM
(fransız carriére qaçış, həyat yolu, ictimai mövqe sözündən)
əsas məqsədi şəxsi uğura, xidməti iyerarxiya pilləsi ilə yüksəlişə nail olmaqdan ibarət olan davranış prinsipi. K. özüözlüyündə qüsur deyil, çünki o, insanları öz üzərində çalışmağa, əlavə bilgilərə can atmağa, davranışına diqqət yetirməyə vadar edir, lakin bəzi hallarda karyera naminə ifratçılığa yol verilir, o cümlədən: eqoizmə, prinsipsizliyə, rəhbərlik qarşısında məttahlığa və, hətta korrupsiyaya gətirib çıxardır. Təsadüfi insanların müəyyən vəzifələrə gəlibçıxmasını qarşısının alınması məqsədi ilə müəyyən tədbirlərə əl atılır, o cümlədən: test, attestasiya, seçkilər və yaxud müəyyən təhsilin, iş stajının tələb olunması və s.