katolikos

is. catholicos [[t]-ɔs[/t]] m

katoliklik
katolisizm
OBASTAN VİKİ
Katolikos
Katolikos — Qədim yunan sözüdür və kilsə başçısının tituludur. Əsasən Şərq kilsə ənənələrində mövcud olmuşdur. Şərq Kilsəsi, bəzi Şərq Ortodoks, Şərqi Pravoslav və Şərqi Katolik kilsələri tarixən bu addan istifadə edirlər.
Katolikos Abas
Katolikos Abas (erm. Աբաս, bilinmir, Mets-İrank, Arsak – 596) — Alban katolikoslarından biri. Katolikoslar siyahısında adı 13-cü yerdə çəkilir. == Həyatı == Onun dövründə Alban Həvari Kilsəsinin mərkəzi Çoladan Bərdəyə köçürülmüşdür. Onun haqqında Moisey Kalankatlı yazır: O, erməni təqviminin başlanğıcında katolikos kürsüsünü Çoladan Bərdəyə köçürmüşdür.O, Böyük Arran yepiskopluğundan çağırılıb, 44 il katolikos olmuşdur. Onun vaxtında adəti üzrə məktublar üzərində "Albaniyanın, Lpinanın və Çolanın katolikosu" yazırdılar. Dəbil Kilsə Qurultayından ona yazdılar ki, o, gərək İsanın ilahi və insani təbiətinin birliyini qəbul edib "Müqəddəs Allah" sözlərinə "Ölməz və Çarmıxa çəkilmiş" sözlərini əlavə etsin. Çünki bunu onlar Konstantinopol patriarxı Prokldan öyrəniblər. Axı müqəddəs Üç Uqnum Efes Kilsə Qurultayında iki yüz müqəddəs keşişlərə təyin edilmiş, sonra Mesopotomiya yepiskopu Yaqubun vasitəçiliyi ilə imperator Anastasinin hüzuruna gəlmiş,İskəndəriyyə patriarxı Timofey və Antikiyalı Pytor onu təsdiq etmişlər. Onların hamısı şərtləşdilər ki, provaslav dindarlar da "Çarmıxa çəkilmiş ölməz" deməlidirlər.
Katolikos Abbas
Katolikos Abas (erm. Աբաս, bilinmir, Mets-İrank, Arsak – 596) — Alban katolikoslarından biri. Katolikoslar siyahısında adı 13-cü yerdə çəkilir. == Həyatı == Onun dövründə Alban Həvari Kilsəsinin mərkəzi Çoladan Bərdəyə köçürülmüşdür. Onun haqqında Moisey Kalankatlı yazır: O, erməni təqviminin başlanğıcında katolikos kürsüsünü Çoladan Bərdəyə köçürmüşdür.O, Böyük Arran yepiskopluğundan çağırılıb, 44 il katolikos olmuşdur. Onun vaxtında adəti üzrə məktublar üzərində "Albaniyanın, Lpinanın və Çolanın katolikosu" yazırdılar. Dəbil Kilsə Qurultayından ona yazdılar ki, o, gərək İsanın ilahi və insani təbiətinin birliyini qəbul edib "Müqəddəs Allah" sözlərinə "Ölməz və Çarmıxa çəkilmiş" sözlərini əlavə etsin. Çünki bunu onlar Konstantinopol patriarxı Prokldan öyrəniblər. Axı müqəddəs Üç Uqnum Efes Kilsə Qurultayında iki yüz müqəddəs keşişlərə təyin edilmiş, sonra Mesopotomiya yepiskopu Yaqubun vasitəçiliyi ilə imperator Anastasinin hüzuruna gəlmiş,İskəndəriyyə patriarxı Timofey və Antikiyalı Pytor onu təsdiq etmişlər. Onların hamısı şərtləşdilər ki, provaslav dindarlar da "Çarmıxa çəkilmiş ölməz" deməlidirlər.
Katolikos Anastas
Katolikos Anastas — Albaniyanın XXII katolikosu.
Katolikos Karapet
Katolikos Karapet - Albanların LXII katolikosu. == Katolikosluğu == 1402-ci ildə kürsüyə çıxmışdır. Gəncəsər monastırında katolikos siyahısında göstərilir.
Katolikos Lazar
Katolikos Lazar (Qafqaz albanlarının dili:𐔾𐔰𐔰𐔵𐔰𐕙) və ya Ğazar (erm. Ղազար) - Alban katolikoslarından biri. Mxitar Qoşun katolikoslar siyahısında adı 7-ci yerdə çəkilir. Alban salnaməsində göstərilir ki, o Beqamej adlanan bir yerdə (Kirakos Qandzaketsinin məlumatına görə, Bərdə və Beyləqanın arasında, müasir Ağcabədidə) Ğazarabadı və Müqəddəs Pantaleon kilsəsini tikdirmişdir. Kirakosa görə 8 il hakimiyyətdə olmuşdur.
Katolikos Melkiset
Katolikos Melkiset Araşetsi - Albanların LXXXII katolikosu. == Katolikosluğu == Haqqında çox məlumat yoxdur. Gəncəsər monastırında katolikos siyahısında göstərilir.
Katolikos Mikayıl
Katolikos Mikayıl — Albaniyanın XXI katolikosu. Katolikos I Simeonu əvəz etmişdi. == Katolikosluğu == Şəkidə bir kilsədə keşiş idi. Moisey Kalankatlının çatdırdığı məlumata əsasən 711-ci ildə imperator Bardanes Filippikos tərəfindən Şahzadə Qaqikə verilən xaç hissəciyi daha sonra ona verilmişdi. Makenos monastırının keşişi Solomonu dəvət edib, baba-nənələri bir olan qohumları ilə evlənən Albaniya əyanlarını lənətləmişdi. Bunlarla birlikdə qohumları ilə evlənməyə icazə verən gürcü katolikosu Talila da lənətlənmişdi.
Katolikos Nerses
Katolikos Nerses Bakur (bilinmir – 706) — Albaniyanın XIX katolikosu. Qafqaz Albaniyasında xalkedonçuluğu yaymağa çalışıb. Varaz Trdatın hakimiyyəti dövründə kürsüdə oturub. Onun bu hərəkəti ortodoks aləmində səs-küy yaymışdı. == Katolikosluğu == Katolikosluğa çar Varaz Trdatın həyat yoldaşı çariça Sparamanın köməyi ilə gəlmişdi. Böyük Arran yepiskopu İoveli vəzifəsindən çıxararaq yerinə Vəng keşişi Zəkəriyyanı gətirmişdi. Şimal Qafqaz hunlarını xristianlaşdırmış yepiskop İsraili və Girdiman yepiskopu Yeliazarı qovdurdu. Onun bu hərəkətinə Qəbələ yepiskopu İohann və Amaras yepiskopu Simeon etiraz etdi. Onlar məclis çağırıb Nersesi lənətlədilər və Ermənistan katolikosu I İlyadan (703-717) kömək istədilər. İlya da öz növbəsində Xəlifə Əbdülmalikdən kömək istədi.
Katolikos Pand
Pand və ya Pant (erm. Պանտ) - Mxitar Qoşun katolikoslar siyahısında adı 6-cı yerdə çəkilən katolikos. Kirakos Qandzaketsiyə görə 7 il hakimiyyətdə olmuşdur. Tədqiqatçı Mürtəzalı Hacıyev Fransa Milli Kitabxanasında yerləşən bir möhürün ona aid olduğunu təyin etmişdir. Paleoqrafik hesablamalara görə möhürün 6-cı əsrə aid olması, Mürtəzalı Hacıyevin fikrincə Pandın 6-cı əsrdə yaşadığını deməyə əsas verir. Hacıyev həmçinin bu möhürün Katolikos II Zəkəriyyəyə də aid ola biləcəyini güman edir.
Katolikos Petros
Katolikos Petros — Albanların XXXXIV katolikosu. == Katolikosluğu == Katolikos VI Davuddan sonra taxta çıxıb və altı il taxtda oturub. Katolikos VII Davuddan sonra kürsüyə çıxıb və on səkkiz il kürsüdə oturub. Moisey Kalankatlı və Mxitar Qoş onun Girdiman yepiskopluğundan seçildiyini qeyd edir.
Katolikos Qagik
Katolikos Qagik — Albanların XXXXI katolikosu. == Katolikosluğu == Katolikos Sahaqdan sonra taxta çıxıb və on dörd il taxtda oturub. Katolikos Qagik Girdiman yepiskopluğundan seçilmişdi. Sünik mitropoliti Yaqubu dəstəkləməyə davam edirdi və Erməni Qriqorian Kilsəsindən ayrılmaq siyasəti aparırdı. 958-ci ildə katolikos I Ananiyanı Bərdəkürə dəvət etdi. Qaqik Albaniyanın müstəqil kilsəyə sahib olması fikrini dəstəkləmək üçün Movses Kalankatlının Albaniya tarixi kitabını sitat gətirərək Albaniya katolikosluğuna adından seçildiyini dedi. Ananiya isə buna etiraz edərək özünün katolikos, Qagikin isə baş yepiskop olduğunu xatırlatdı. Daha sonra Ananiya albanlarla barışdı.
Katolikos Qriqoris
Katolikos II Qriqoris — Albanların LII katolikosu. Əsl adı Gagik idi. Atasının adı Georgi babasının adı isə Karapet idi. Onun katolikosluğu dövründə Albaniya ardıcıl müharibələrə qərq olmuşdu. Onun dövründə kilsə mərkəzi artıq Bərdə yox Gəncə idi. == Katolikosluğu == 1131–1139-cu illərdə Alban Həvari Kilsəsi katolikossuz qaldıqdan sonra o, 1139-cu il 11 iyunda kürsüyə qalxıb və 1155-ci ilə kimi 16 il müddətində kürsüdə oturub. == Hakimiyyətə gəlməsi == Mxitar Qoş isə onun katolikosluq kürsüsünə çıxması ilə bağlı maraqlı faktlar qeyd edir. O, yazır: …8 il keçdikdən sonra, daha doğrusu erməni təqviminin 588-ci ilində (15 fevral 1139 – 14 fevral 1140) Ərməniyyə katolikosu olan müqəddəs ata patriarx Qriqorisin nəslindən olan Ərzurum yepiskopu Sahak — məşhur David vardapetin (Alavik Gəncəlinin oğlu Davud — "Nəsihətverici Qaydalar" əsərinin müəllifi. Erməni tarixçisi N. Emin həmin əsəri "diqqətə layiq olmayan", "dəyərsiz" adlandırır.) şagirdi, ölkəmizin vardapeti Qriqorun təşəbbüsü ilə və onun xahişinə əməl edərək öz adamları ilə birlikdə Ərməniyyədən Albaniya ölkəsinə gəldi. İndi müqəddəs ata Sahak bu Albaniya ölkəsinə gəldikdə hamını Tovuz adlanan qalada topladı.
Katolikos Sahak
Sahak (erm. Սահակ, Qafqaz albanlarının dili𐔼𐕚𐔰𐕄) - Mxitar Qoşun katolikoslar siyahısında adı 4-cü yerdə çəkilən katolikos. Həyatı və katolikosluq illəri bəlli olmasa da Kirakos Gəncəlinin verdiyi məlumata əsasən ondan öncə gəlmiş Matteosla birlikdə hesablandıqda 5 il hakimiyyətdə olmuşdur.
Katolikos Sahaq
Katolikos Sahaq — Albanların XXXX katolikosu. == Katolikosluğu == Katolikos V Davuddan sonra taxta çıxıb və on səkkiz il taxtda oturub. Böyük Kolmank yepiskopluğundan seçilib. Onun dövründə xalkedonçuluğa meyl başlamışdı. Sünik mitropoliti Yaqub tərəfindən başladılan Erməni Qriqorian Kilsəsindən ayrılma hərəkatını Sahaq da dəstəkləyirdi.
Katolikos Samuel
Katolikos Samuel — Albanların XXXVI katolikosu. == Katolikosluğu == Katolikos I Yovsepdən sonra kürsüyə qalxmış və on yeddi il kürsüdə oturmuşdur. Katolikos Samuel də sələfi kimi Böyük Kolmank yepiskopluğundan seçilmişdir. Moisey Kalankatlı qeyd edir: O, katolikosluğu özü mənimsəmişdi, sonra erməni katolikosu Qeorqinin (Katolikos II Georgi) köməyi ilə devrilmiş, sonra isə Dvində yenidən təyin edilmişdi. Onun dövründə erməni Katolikos II Georgi Məhəmməd ibn Əbil-Sac tərəfindən həbs olunmuş və Paytakaranda buraxılmışdı.
Katolikos Sukias
Katolikos Sukias — Albanların LVIII katolikosu. == Katolikosluğu == Kürsüyə çıxma tarixi bəlli deyil. Gəncəsər monastırında katolikos siyahısında göstərilir.
Katolikos Tomas
Katolikos Tomas - Albanların LXX (70-ci) katolikosu. == Katolikosluğu == Haqqında heç bir məlumat yoxdur. Gəncəsər monastırında katolikos siyahısında göstərilir.
Katolikos Uxtanes
Katolikos Uxtanes — Albaniyanın XVII katolikosu. Moisey Kalankatlı qeyd edir ki, "Katolikos Uxtanes yaxın qohumları ilə evlənən alban knyazlarını lənətlədi və onlar ölümə məhkum olundular".
Katolikos Viro
Katolikos Viro və ya Viroy (erm. Վիրոյ, pəhl. 𐭥𐭩𐭥𐭥𐭩, v. 630) — VII əsrdə Alban Həvari Kilsəsinə rəhbərlik etmiş katolikos. == Sasani sarayında fəaliyyəti == Həyatının ilkin dövrləri haqqında məlumat yoxdur. O, 596-cı ildə Abasdan sonra Alban Həvari Kilsəsinin başçısı olub. Stepanos Asoqikin dediyinə görə, o, II Xosrovun erkən dövründə Paytakaranda yaşayırdı. “Albaniya ölkəsinin tarixi”nə görə 603-cü ildə alban əhalisi Sasani hakimiyyətinə qarşı üsyan qaldıranda Sasani sarayına qaçmışdı. Mari Brosset bunu 602-628-ci illər Bizans-Sasani müharibəsi zamanı Xosrovun Bizans İmperiyasına hücumu ilə əlaqələndirsə də, Çarlz Dousett bunu inandırıcı hesab etmir. O, mənbələrdə pəhləvi dilini öyrənməyə müvəffəq olan və şahənşahın arvadı Şirinin himayəsindən istifadə edən alim ilahiyyatçı və bacarıqlı diplomat kimi təsvir edilmişdir.
Katolikos Yeliazar
Katolikos Yeliazar — Albaniyanın XVIII katolikosu. == Katolikosluğu == Bu kürsüdə 6 il olmuşdur. Mxitar Qoş onun haqqında "bu kürsüyə Allah tərəfindən seçilmişdi" yazır.
Katolikos Yezariya
Katolikos Yezariya - Albanların LXVIII katolikosu. == Katolikosluğu == 1441-ci ildə Erməni katolikosu I Kirakos Virapetsinin kürsüyə çıxma mərasimində iştirak edən 12 yepiskopdan biri idi.. Gəncəsər monastırında katolikos siyahısında göstərilir.
Katolikos Yusif
Katolikos I Yovsep — Albaniyanın XXIII katolikosu. Katolikos Anastasdan sonra kürsüyə çıxmış və on yeddi il kürsüdə oturmuşdur. Katolikos Yusif Amaras yepiskopluğundan seçilmişdir. Moisey Kalankatlı qeyd edir ki, onun beşinci taxt ilində erməni təqviminin iki yüzüncü ili tamam olmuşdur.
Katolikos İsrail
Katolikos İsrail — Albanların LXXXXI yaxud LXXXXII katolikosu. == Katolikosluğu == Katolikos V Nersesin qardaşı nəvəsi idi.Gəncəsər monastırında katolikos siyahısında göstərilmir. Katolikos XI İohannesin seperatçı və ruspərəst meylinə görə İbrahim xan İsraili katolikos kimi təsdiqlədi və Gəncə yepiskopluğunu ona verdi. İsrail 1806-cı ilədək İbrahim xan tərəfindən katolikos kimi dəstəkləndi və Amaras monastırı ona verildi. Bir tərəfdən də Katolikos VII Simeonun yurisdiksiyasını tanıdığını elan edən xan bununla məliklərin gücünü azaltmağı özünə məqsəd qoymuşdu.
Katolikos İyeremiya
Katolikos İyeremiya — alban katolikoslarndan biri. Katolikoslar siyahısında adı 12-ci yerdə Moisey Kalankatlı və Kirakos Gəncəli onun həm də hunların yepiskopu olduğunu qeyd edir. Alban çarı Yesuagenin hakimiyyəti dövründə katolikosluq edib.
Katolikos II Moisey
Katolikos II Moisey — Albaniyanın XXVII katolikosu.
Katolikos II Nerses
Katolikos II Nerses — Albanların LVI katolikosu. == Katolikosluğu == Katolikos III İohannesdən sonra kürsüyə gəlmişdi, onun qardaşı idi. 1235-ci ildə bu kürsüyə gəlmişdi. Təvazökar və mehriban xasiyyəti vardı. 22 iyul, 1240-cı ildə Həsən Cəlalın tikdirdiyi Gəncəsər monastırının açılışında 400 keşişlə birlikdə iştirak etmişdir.Nersesin haqqında eşidən Çormoqun noyonun rəiyyətindən olan Rabban bar Şayma bu barədə noyonun xanımı Eltinaya xəbər vermişdi. Çormoqunun çadırına çağrılan katolikos noyonun oğlu Bora noyonun toyunda iştirak etdi və hədiyyələr verilərək geri göndərildi.
Katolikos II Petros
Katolikos II Petros - Albanların LIX katolikosu. == Katolikosluğu == Kürsüyə çıxma tarixi bəlli deyil. Gəncəsər monastırında katolikos siyahısında göstərilir. Katolikosluğunun son dönəmi II Həsən Cəlalın dövrünə düşür.
Katolikos II Qriqoris
Katolikos II Qriqoris — Albanların LII katolikosu. Əsl adı Gagik idi. Atasının adı Georgi babasının adı isə Karapet idi. Onun katolikosluğu dövründə Albaniya ardıcıl müharibələrə qərq olmuşdu. Onun dövründə kilsə mərkəzi artıq Bərdə yox Gəncə idi. == Katolikosluğu == 1131–1139-cu illərdə Alban Həvari Kilsəsi katolikossuz qaldıqdan sonra o, 1139-cu il 11 iyunda kürsüyə qalxıb və 1155-ci ilə kimi 16 il müddətində kürsüdə oturub. == Hakimiyyətə gəlməsi == Mxitar Qoş isə onun katolikosluq kürsüsünə çıxması ilə bağlı maraqlı faktlar qeyd edir. O, yazır: …8 il keçdikdən sonra, daha doğrusu erməni təqviminin 588-ci ilində (15 fevral 1139 – 14 fevral 1140) Ərməniyyə katolikosu olan müqəddəs ata patriarx Qriqorisin nəslindən olan Ərzurum yepiskopu Sahak — məşhur David vardapetin (Alavik Gəncəlinin oğlu Davud — "Nəsihətverici Qaydalar" əsərinin müəllifi. Erməni tarixçisi N. Emin həmin əsəri "diqqətə layiq olmayan", "dəyərsiz" adlandırır.) şagirdi, ölkəmizin vardapeti Qriqorun təşəbbüsü ilə və onun xahişinə əməl edərək öz adamları ilə birlikdə Ərməniyyədən Albaniya ölkəsinə gəldi. İndi müqəddəs ata Sahak bu Albaniya ölkəsinə gəldikdə hamını Tovuz adlanan qalada topladı.
Katolikos II Salomon
Katolikos II Salomon — Albaniyanın XXXI katolikosu.
Katolikos II Sargis
Katolikos II Sargis (bilinmir – 19 dekabr 1828, Tiflis, Gürcüstan quberniyası) — Albanların 95-ci və son katolikosu. == Katolikosluqdan öncə == Katolikos XI İohannesin qardaşı idi.Gəncəsər monastırında katolikos siyahısında göstərilir. Katolikos XI İohannesin seperatçı və ruspərəst meylinə görə həbs edən İbrahim xan Sargisi də əsir saxlamışdı. Katolikos İsrail onların qaçmağına imkan verməmiş, Sargis yenidən həbs olunmuş, qardaşları Cəlalbəy və Danyalbəy həbs olunmuşdu. Cəlalbəy daha sonra xəyanətə görə edam olunmuşdu. == Katolikosluğu == 1794-cü ildə keşişlər tərəfindən katolikos seçilsə də Gəncəsər monastırı və Amaras monastırı Katolikos İsrailin əlində olduğu üçün bu ancaq nominal titul xarakteri daşıyırdı və Ağbatda mərkəzlənmişdi. Gülüstan müqaviləsindən sonra Gəncəsərə qayıdan Sargis qardaşıoğlu Bağdasarla birlikdə fəaliyyətə davam edirdi. 1815-ci ildə Rusiya sinodunun qərarı ilə Alban Həvari Kilsəsinin katolikosluğu ləğv edildi və Sargisin dərəcəsi endirildi. == Son illəri == 1815–1828-ci illər arasında mitropolit kimi fəaliyyətini davam etdirən II Sargis, 19 dekabr 1828-ci ildə vəfat etdi. Onunla Müqəddəs Yeliseydən bəri davam edən Alban katolikosları sırası kəsildi.
Katolikos II Simeon
Katolikos II Simeon — Albanların XXXVIII katolikosu. == Katolikosluğu == Katolikos III İohanndan sonra kürsüyə çıxmış və iyirmi bir il kürsüdə oturmuşdur. Mənbələrdə Ərməniyyədən olan Katolikos II Simeonun saray keşişi olduğu qeyd edilir.
Katolikos II Stepannos
Katolikos II Stepannos — Albanların LI katolikosu. == Katolikosluğu == Katolikos II İohannesdən sonra taxta çıxmış və 1129–1131 illərdə il yarım müddətində taxtda oturmuşdur. Mxitar Qoş onun haqqında yazır: O gənclik illərində katolikosluğa cəlb olunmuş, və katolikos kimi il yarım çalışmışdır. Onun ölümündən sonra Albaniya ölkəsi səkkiz il katolikossuz qalmış (1131–1139 11 iyun) və bu müddət ərzində orada katolikos olmamışdır. Həmin müddətdə Albaniyada başqa ölkələrdə ruhanilik etməli olan adamları katolikos seçirdilər. Bu dövrdə Müqəddəs Yağın miqdarı o qədər azalmışdı ki, uşaqları adı su ilə xaç suyuna çəkirdilər və üstün cüzi miqdarda sirkə yaxırdılar.
Katolikos II Yovsep
Katolikos II Yovsep — Albanların XXXV katolikosu. == Katolikosluğu == Katolikos IV Davuddan sonra kürsüyə çıxmış və iyirmi beş il kürsüdə oturmuşdur. Katolikos I Yovsep Böyük Kolmank yepiskopluğundan seçilmişdi. Moisey Kalankatlı və Kirakos Gəncəli qeyd edir ki, onun katolikosluq dövrünün üçüncü ilində erməni təqviminin üç yüzüncü ili tamam olmuşdur.
Katolikos II Zəkəriyya
Katolikos II Zəkəriyyə — Albaniyanın XV katolikosu. Onun dövründə Sünik (Zəngəzur) kilsəsi erməni kilsəsinə tabe olmaqdan qurtulub və Alban kilsəsinə birləşdirilmişdir. Moisey Kalankatlı II Zəkəriyyə haqqında yazır: "Bu müqəddəs insan on yeddi il kürsüdə oturub. O, böyük şəhər Bərdə üçün zəmanət verdi və öz duaları ilə çoxunu əsirlikdən qurtardı. Ermənilərin razılığı olmadan o, Vartanes adlı keşişi Sünikin yepiskopu təyin etdi" Mxitar Qoş isə onu "müqəddəs və nöqsansız ər" kimi təqdim edir.
Katolikos II Zəkəriyyə
Katolikos II Zəkəriyyə — Albaniyanın XV katolikosu. Onun dövründə Sünik (Zəngəzur) kilsəsi erməni kilsəsinə tabe olmaqdan qurtulub və Alban kilsəsinə birləşdirilmişdir. Moisey Kalankatlı II Zəkəriyyə haqqında yazır: "Bu müqəddəs insan on yeddi il kürsüdə oturub. O, böyük şəhər Bərdə üçün zəmanət verdi və öz duaları ilə çoxunu əsirlikdən qurtardı. Ermənilərin razılığı olmadan o, Vartanes adlı keşişi Sünikin yepiskopu təyin etdi" Mxitar Qoş isə onu "müqəddəs və nöqsansız ər" kimi təqdim edir.
Katolikos II İohann
Katolikos II İohann — Albaniyanın XVI katolikosu. Amaras monastırında yepiskop idi.
Katolikos II İohannes
Katolikos II İohann — Albaniyanın XVI katolikosu. Amaras monastırında yepiskop idi.
Katolikos II İyeremiya
Katolikos II İyeremiya - Albanların LXXXVII yaxud LXXXVIII katolikosu. == Katolikosluğu == Xaçın məliyi Baltazarın oğlu idi. Gəncəsər monastırında katolikos siyahısında göstərilir. 1676-cı ildə Katolikos IV Yakob Juğayetsi tərəfindən təsdiqlənmişdi. Lakin bu qərar Səfəvi sarayı tərəfindən diqqətə alınmayaraq yerinə Katolikos VI Simeon təyin olundu. Onun vaxtında İsrail Orinin bəzi gizli görüşləri Gəncəsər monastırında keçirilmişdi.
Katolikos IV Davud
Katolikos IV Davud — Albaniyanın XXXIV katolikosu. == Katolikosluğu == Katolikos III Moiseydən sonra kürsüyə çıxmış və iyirmi səkkiz il kürsüdə oturmuşdur. Katolikos IV Davud Qəbələ yepiskopluğundan seçilmişdir. Aluen kilsə məclisinin kanonlarından biri olan yaxın qohumla evlənməyə etiraz etməmişdi. Moisey Kalankatlı bu hadisə haqqında yazır: O, Şəki hakiminin qanunsuz nikahına xeyir-dua vermişdi. Hakimin qardaşı ondan soruşmuşdu: "Ağam, haradan gəlirsən?" O, cavab vermişdi: "Qardaşının evindən". Onda knyaz Katolikos Davuda belə demişdi: "Qoy sənin xeyir-dua verən dilin qurusun və heç vaxt dillənməsin! Qoy sənin sağ əlin qurusun!" Bunu deyən kimi, diliylə əli qurudu və o, ölənə kimi sağalmadı.
Katolikos IV Matteos
Katolikos IV Matteos - Albanların LXXIII katolikosu. == Katolikosluğu == Haqqında tam məlumat yoxdur. Gəncəsər monastırında katolikos siyahısında göstərilir.
Katolikos IV Moisey
Katolikos IV Moisey — Albanların XXXXV katolikosu. == Katolikosluğu == Katolikos Petrosdan sonra katolikos seçilib və altı il bu vəzifəni daşıyıb. Moisey Kalankatlı qeyd edir ki, katolikos seçilməzdən əvvəl o, Parisos vənginin baş keşişi olub.
Katolikos IV Nerses
Katolikos IV Nerses - Albanların LXX katolikosu. == Katolikosluğu == Haqqında tam məlumat yoxdur. Gəncəsər monastırında katolikos siyahısında göstərilir.
Katolikos IV Petros
Katolikos IV Petros Xançketsi - Albanların LXXXVI katolikosu. == Katolikosluğu == Katolikos V Qriqorisin oğulluğu idi. Gəncəsər monastırında katolikos siyahısında göstərilir. 1663-cü ildə Şah II Abbas tərəfindən təsdiqlənmişdi. Şah Süleyman Səfəvinin əmrinə görə isə bundan sonra Alban kilsəsi vergidən azad edilirdi. 2 dekabr, 1672-ci ildə Çar I Alekseyə məktub yazaraq ondan Səfəvilər dövlətindəki xristianların qorunması üçün bir iş görməsini xahiş etmişdi. Petrosdan sonra katolikosluqda ikitirəlik yarandı. Katolikos IV Petrosun sifarişi ilə Zavadıq kəndində Müqəddəs Qriqoris kilsəsi inşa edilmişdir.
Katolikos IV Qriqoris
Katolikos IV Qriqoris - Albanların LXXVI katolikosu. == Katolikosluğu == Həsən Cəlalın nəslindən idi. Xaçın məliyi Mehrabın oğlu, Katolikos I Sargisin qardaşı oğlu. idi. Gəncəsər monastırında katolikos siyahısında göstərilir.
Katolikos IV Simeon
Katolikos IV Simeon - Albanların LXXX katolikosu. == Katolikosluğu == Haqqında çox məlumat yoxdur. Gəncəsər monastırında katolikos siyahısında göstərilir.
Katolikos IV Stepannos
Katolikos IV Stepannos — Albanların LVII katolikosu. == Katolikosluğu == Katolikos II Nersesdən sonra kürsüyə gəlmişdi. Bu vəzifəyə gələndə hələ gənc idi. O Kirakos Gəncəlinin siyahısında adı çəkilən son katolikosdur.
Katolikos IV İohann
Katolikos IV İohannes — Albanların XXXVII katolikosu. == Katolikosluğu == O, Katolikos Samueldən sonra taxta çıxmış və səkkiz il yarım taxtda oturmuşdur. Qriqor Hammamın dövründə yaşamışdır. Dvin keşişliyindən gəlmişdi. Katolikos II Georgidən icazəsiz katolikos seçilib, daha sonra yenidən təyin edilmişdi. Hakimiyyətinin 4-cü ilində II Georgi ölmüşdü.
Katolikos IV İohannes
Katolikos IV İohannes — Albanların XXXVII katolikosu. == Katolikosluğu == O, Katolikos Samueldən sonra taxta çıxmış və səkkiz il yarım taxtda oturmuşdur. Qriqor Hammamın dövründə yaşamışdır. Dvin keşişliyindən gəlmişdi. Katolikos II Georgidən icazəsiz katolikos seçilib, daha sonra yenidən təyin edilmişdi. Hakimiyyətinin 4-cü ilində II Georgi ölmüşdü.
Katolikos IX Davud
Katolikos IX Davud - Albanların LXXVIII katolikosu. == Katolikosluğu == Katolikos IV Qriqorisin qardaşı Bağdasarın oğlu. I Təhmasibin əmri ilə asılaraq edam edilmişdi. Gəncəsər monastırında katolikos siyahısında göstərilir.

Digər lüğətlərdə