Emilio de Kavalyeri
Emilio De Kavalyeri (it. Emilio de' Cavalieri; 1550[…], Roma – 11 mart 1602[…], Roma) — italyan bəstəkar, "Ruh və bədən haqqında təsəvvür" (it. La Rappresentazione di anima е di corpo; 1600) adlı ilk oratoriyanın müəllifi, bəziləri bu əsəri ilk opera da hesab edirlər.
== Həyatı ==
O, Roma şəhərində zadəgan və musiqi sevən ailədə anadan olmuşdur, onun atası Tommazo De Kavalyeri Mikelancelonun yaxın dostu idi. 1578–1584-cü illər dövründə orqan çalan işləyirdi və Roma kilsələrində konsertlər təşkil edirdi.
1580-ci illərdə Kavalyeri kardinal I Ferdinand Mediçi ilə işləməyə başladı, sonradan kardinal musiqiçinin çoxillik himayədarı və sponsoru oldu. 1587-ci ildə Mediçi "Böyük Toskana Hersoqu" titulunu əldə etdikdən sonra, Kavalyeri 1588-ci ildə müdiri ilə birlikdə Florensiyaya köçdü. Burada bəstəkar Covanni Bardi ilə tanış oldu (və yəqin ki, əməkdaşlıq etməyə başladı), Mediçi ailəsinin təntənəli mərasimləri və digər kütləvi tədbirləri üçün hazırlanan musiqi tərtibatına görə cavabdeh idi. 1590-cı illərdə Kavalyeri bir neçə pastoral və 1597-ci ildə Mərsiyələr Kitabına aid əsər yazdı.
Kavalyeri həmçinin siyasətlə də məşğul olurdu.