kess

(kesser, kessest-) adj. 1. (e-e Ant-wort) kobud, ədəbsiz; 2. (e-e Frisur) qə-şəng
Kescher
Kessel
OBASTAN VİKİ
Albert Kesselrinq
Albert Kesselrinq (alm. Albert Kesselring‎; 30 noyabr 1885[…] – 16 iyul 1960[…], Bad-Nauhaym[d], Qərbi Almaniya) — alman hərb xadimi, lüftvaffe general-feldmarşalı. Hər iki dünya müharibəsində iştirak edən Kesselrinq Üçüncü Reyxin ən uğurlu komandirlərindən biri olmuşdur, Palıd yarpaqları, qılınclar və almazları olan Cəngavər xaçı ilə mükafatlandırılan 27 nəfərdən biridir. İkinci Dünya Müharibəsinin ən populyar alman generallarından biri olduğu üçün müttəfiqlərdən Gülərüz Albert (ing. Smiling Albert), öz əsgərlərindən isə "Albert dayı" (alm. Onkel Albert‎) ləqəbini aldı. Kesselrinq hərbi karyerasına 1904-cü ildə fanen-yunker kimi başlamış, artilleriya silahlı qüvvələrin qolu olmuşdur. 1912-ci ildə kəşfiyyat aerostatına müşahidəçi kimi məzun oldu. Kesselrinq Birinci Dünya Müharibəsinin həm Qərb, həm də Şərq cəbhələrində xidmət etdi, bundan sonra Baş Qərargahda işləmək üçün köçürüldü. Müharibədən sonrakı ordunun azalması Kesselrinqə təsir etmədi, 1933-cü ilə qədər Aviasiya Reyxnazirliyinin inzibati şöbəsinə köçürüldü.
Alosa kessleri
Alosa kessleri (lat. Alosa kessleri) — siyənəklər fəsiləsinin alosa cinsinə aid balıq növü. Qarabel siyənək Xəzərin hər yerində yayılmışdır. Yazda dənizin hər yerində təsadüf edilir (Şimali Xəzərin ən şərq hissəsindən başqa). Qışı Cənubi Xəzərdə, İran sahillərində keçirib, yazda dənizin qərb sahilləri ilə şimala doğru hərəkət edir. D III–IV 12–16 (14,2), ümumi sayı 16–20 (18,2), A III 16–20 (18,1), ümumi sayı 19–23 (21,1)-dir. Qəlsəmə dişicikləri iri fərdlərdə yoğun və kobud, ucları qırıq və bəzən tamamilə qırıq olur. Kiçik fərdlərdə qəlsəmə dişicikləri nazik və nisbətən uzun olur. Dişləri yaxşı inkişaf etmişdir. Çənələri bərabər uzunluqda olur, bəzən alt çənə bir qədər önə çıxır və ön tərəfdə altda çıxıntı olur.
Benthophilus kessleri
Kessler çömçəxulu (lat. Benthophilus kessleri) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xulkimilər dəstəsinin xullar fəsiləsinin çömçəxul cinsinə aid heyvan növü. == Yayılması == Xəzərin endemik növü olub qərb sahilləri boyunca, Manqışlaq yarımadasından Türkmənbaşıya qədər ərazidə yayılmışdır. Dərinliyi 65-75 m olan sularda yayılırlar. Növ adı rus-alman zooloqu Karl Kesslerin (1815-1881) şərəfinə adlandırılmışdır.
Frank Kessye
Frank Yannik Kessye (fr. Franck Yannick Kessié; 19 dekabr 1996) — Fildişi Sahilili peşəkar futbolçu. "Barselona" klubunun və Fildişi Sahili milli komandasının yarımmüdafiəçisi . Frank 2010-cu ildə yerli "Stella d Adjame" klubunun uşaq komandasında futbola başlayır. Klubun əsas komandasına 2014-cü ildə qoşulur. 2015-ci ildə İtaliyaya yollanaraq "Atalanta" klubu ilə müqavilə imzalayır. Gənc Frank 26 Avqustda "Çezena"ya bir mövsümluk icarəyə verilir. "Çezena"nın heyətində 26 sentyabrda B Seriyasında "Peruca"ya qarşı oyunda debut edir. . 2016/17 mövsümündən əvvəl "Atalanta"ya qayıdır. 21 avqust 2016-cı ildə A Seriyasında "Latsio" klubuna qarşı oyunda debut edir.
Kessi Bernall
Kessi Bernall, 6 noyabr 1981-ci ildə anadan olmuşdur. 1999-cu ilin, aprel ayının 20si Kolumbiya məktəbində baş vermiş qətliamda həlak olmuşdur. Kessi Bernall 1981-ci ilin 6 noyabrında anadan olmuşdur. Kessi, qısa həyatının bir dönəmini narkomaniyaya, cadu və qəddar fantaziyalara ayırmışdı. Kessi Bernall 1999-cu ildə baş vermiş dəhşətli qətliamda həlak olmuşdur. Öldürüldüyü gündən əvvəlki gecə Kessinin yazdığı və növbəti gün rəfiqəsi Amandaya ötürdüyü qeydində yazılıb: "Səmimi qəlbdən mən tamamilə Tanrı üçün yaşamaq istəyirəm. Bu çətin və dəhşətlidir amma buna dəyər." "O "bəli" dedi" kitabı, ailəsi tərəfindən Kessi üçün yazılmışdır. 1999-cu ildə baş vermiş qətliamda, qatillərdən biri Kessiyə yaxınlaşaraq silahı onun başına dayayır və ona "Tanrıya inanırsan?" sualını verir. Kessi, cavabında "Bəli." demişdi və bundan sonra qatil Kessinin həyatına son qoymuşdu.
Kessler çömçəxulu
Kessler çömçəxulu (lat. Benthophilus kessleri) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xulkimilər dəstəsinin xullar fəsiləsinin çömçəxul cinsinə aid heyvan növü. Xəzərin endemik növü olub qərb sahilləri boyunca, Manqışlaq yarımadasından Türkmənbaşıya qədər ərazidə yayılmışdır. Dərinliyi 65-75 m olan sularda yayılırlar. Növ adı rus-alman zooloqu Karl Kesslerin (1815-1881) şərəfinə adlandırılmışdır.
Turdus kessleri
Turdus kessleri (lat. Turdus kessleri) — qaratoyuqlar fəsiləsinin qaratoyuq cinsinə aid heyvan növü.