Kette

die: -, -n 1. zəncir; 2. (Gebirgskette) dağlar silsiləsi; 3. (Folge) sıra; e-e ~ von Ereignissen bir sıra olaylar; j-n an die ~ legen bir kəsi zəncirləmək
Ketchup
Kettenbrücke
OBASTAN VİKİ
Ceyms Makkin Kettell
Ceyms Makkin Kettell (25 may 1860[…], Easton[d], Pensilvaniya – 20 yanvar 1944[…], Lankaster, Pensilvaniya) — amerikalı psixoloq ve Amerika Birıəşmiş Ştatlarında psikologiya professoru adını almış ilk elm adamı. Professor adını Pensilvaniya Universitetindən alan C.M.Kettell Amerikadakı Funksionalizm cərəyanının ən əhəmiyyətli təmsilçilərindən biri olmasına baxmayaraq heç vaxt rəsmi şəkildə bu cərəyana qoşulmamışdır. Kettell reaksiya müddətindəki fərdi fərqlilikləri əhatə edən araşdırmalar aparmış, test yönümlü yanaşmaya üstünlük vermişdir. İntellekt əmsalı anlayışını təqdim edən ilk psixoloq olan Kettell, tez-tez Körpələrin İntensivliyi Ölçüsünün (CIIS) müəllifi olan Reymond Bernard Kettell ilə səhv salınır. Kettell, psixologiya elminin əsasının ölçmə və təcrübəyə əsaslanmalı olduğunu müdafiə edirdi. 1921-ci ildə məqsədi psixologiya elmini inkişaf etdirmək və psixoloji tədbiqlərin istifadəsini artırmaq olan Psixologiya Dərnəyinin əsasının qoyulmasında təsiri böyük olmuşdur. C.M.Kettell 1860-cı ildə Pensilvaniya ştatının Easton əyalətində dünyaya gəlmişdir. Ailənin ən böyük və ən çox sevilən uşağı olaraq böyümüşdür. Ceyms bakalavr dərəcəsini atası Uilyam Kassadinin onun doğulmasından qısa müddət sonra sədrliyə yüksəldiyi Lafayette Kollecində aldı. O dövrdə fəlsəfə ilə maraqlanan Kettell, fəlsəfə mövzusunda yazdığı yazı sayəsində Cons Hopkins Universitetində təqaüd qazandı.
Reymond Kettell
Reymond Bernard Kettell (20 mart 1905[…], Uest-Bromiç, Uest-Midlends[d] – 2 fevral 1998[…], Honolulu) — ingilis və amerikalı psixoloqdur. Psixologiyanın bir çox sahəsində həyata keçirdiyi kəşf və tədqiqatlar ilə tanınmaqdadır. Bunlardan ən əhəmiyyətlisi şəxsiyyət və xasiyyətin əsas ölçüləri, motivasiya və duyğunun dinamik mərhələləri, şəxsiyyətin klinik mərhələləri, qrup və sosial davranış nümunələri, psixoterapiya və tədris nəzəriyyəsi üçün şəxsiyyət tədqiqatlarının tətbiqi, eyni zamanda yaradıcılıq və müvəffəqiyyət üçün müəyyənedicilər haqqında apardığı tədqiqatlardır. Bu sahələrdə istifadə ediləcək bir neçə elmi tədqiqat metodu da hazırlamışdır. R.B.Katel 50 kitab, 500 məqalə və təxminən 30 standartlaşdırılmış test üsulu yazmışdır. XX əsrin ən çox istinad edilən və təsir edici psixoloqları siyahısında 16-cı sırada yer almaqdadır. Reymond Bernard Kettellin ən çox istinad edilən 20 əsəri. Cattell, R. B. (1966). "The Scree Test for the Number of Factors." Multivariate Behavioral Research, 1(2), 245-276. 7707 istinad edilmişdir.