Sd.Kfz. 251
Sd.Kfz. 251 (Sonderkraftfahrzeug 251, Schützenpanzerwagen ) İkinci Dünya Müharibəsi zamanı nasist Almaniyasının ordusu Wehrmacht tərəfindən İkinci Dünya müharibəsi zamanı istifadə edilmış olan yarımtırtıllı zirehli personal daşıyıcısıdır (ZPT).
Bu maşın birinci dəfə İkinci Dünya Müharibəsi zamanı Nasist Almaniyasının Hanomag şirkəti tərəfindən hazırlanmış və istehsal edilmiş zirehli döyüş maşınıdır. Bu maşınlardan müharibə zamanı 15 mindən çox istehsal edilmişdir.
Bu avtomobilin ilkin istehsal olunmuş olan modelləri 1939-cu ildə 1-ci Panzer Diviziyasına verilmişdir. Avtomobilin bir çox variantı olan dörd əsas modeli (A - D) mövcud idi. Bu avtomobilin istehsalında olan əsas məqsəd piyada dəstəsini düşmənin bəzi atıcı silahlarının və artilleriya atəşinin təsirlərindən mühafizə edərək döyüş meydanına çatdırmaq idi. Maşının üstünün açıq vəziyyətdə olması personalın hələ də havada partlayan sursatlara qarşı xüsusilə həssas olduğundan xəbər verirdi.
İlk iki modeldən az sayda istehsal edilmiədir. C modeli daha çox sayda istehsal edilmiş olsa da, yüngül silahların təsirindən effektiv müdafiəni təmin etmək üçün hazırlanmış çoxbucaqlı örtüklər bu modeli istehsal olunması üçün olduqca mürəkkəb bir vəziyyətə gətirmişdir.