İlandağ (Haçadağ) kitabəsi
İlandağ (Haçadağ) kitabəsi — Müasir Naxçıvan Muxtar Respublikası ərazisində Urartuların iki mixi yazısı, biri yaşayış yerindən 75 km cənub-şərqdə, İlandağda, digəri Fərhad evi adlanan Orta əsr karvansarasının yaxınlığında tapılmışdır. Fərhad evi kitabəsi tamamilə dağılmışdır. İlandağ kitabəsi adlana kitabə Culfa rayonunun Xoşkeşin kəndi yaxınlığında aşkar edilmiş və mixi kitabənin mətni S.Qaşqay tərəfindən tərcümə edilmişdir.
İlandağ kitabəsi İşpuini və Menuanın adını xatırlayır, e.ə. 820 və 810-cu illərdə onların hərbi hücumları və qələbələrinndən bəhs edir. Bir metr uzunluğunda kitabənin mətnindən ayıdn olur ki, Işpuini və Menua Arsinie ve Ania torpaqlarını tutmuş, Pluadidə İlahə Haldinin şərəfinə kitabə qoymuş və qurban kəsmişlər. AMEA-nın müxbir üzvü, arxeoloq Vəli Baxşəliyevin fikrinəcə kitabənin təntənəli şəkildə yazılmasına baxmayaraq Urartular heç vaxt bu ərazini işğal etməmişlər. Tədqiqatçı fikrini Naxçıvan ərazisində Urartu qalalarının tikilməsi haqqında heç bir epiqrafik və arxeoloji dəlilin tapılmaması ilə izah etmişdir.
Kitabədən aydın olur ki, Urartu çarları İşpuini və onun oğlu Meniua bu ərazilərə yürüşlər təşkil etmişlər. Kitabədə onların zəbt etdikləri ölkələr arasında üç şəhər dövlətinin adı çəkilmişdir – Arsine, Arsikua, Ayanianu.