KİTEL

[ alm. Kittel] Hərbi biçimdə pencək, dikyaxalı kurtka. Pristav və yoldaşları əyləşdilər.
Onlar kitellərinin yaxasını açdılar. İ.Şıxlı.
Hələ əynində olan və onun mütənasib bədəninə, dikbaxışlı qumral gözlərinə … çox yaraşan poqonsuz bir kitel vardı. M.Rzaquluzadə.
Pristav kitelinin dal cibindən yekə ağ dəsmal çıxarıb pazı kimi qırmızı peysərinin tərini sildi. Ə.Abasov.

KİTABŞÜNASLIQ
KİTRƏ
OBASTAN VİKİ
Emil Kitelman
Emil İosifoviç Kitelman (1 noyabr 1983, Bakı) — yarımmüdafiəçi mövqeyində çıxış etmiş Azərbaycan futbolçusu. Azərbaycanın 19 yaşlılardan ibarət milli komandasının keçmiş üzvü. == Klub karyerası == Emil Kitelman 1 noyabr 1983-cü ildə Bakı şəhərində anadan olub. Atası milliyətcə yəhudi, anası isə rus əsillidir. 8 yaşında ikən "Neftçi" klubunun Uşaq-Gənclər İdman Məktəbində futbolla məşğul olmağa başlayıb. Peşəkar futbolçu karyerasına 1999-cu ildə, Azərbaycan Yüksək Liqasında çıxış edən "Xəzər Universiteti" klubunda start verib. 2001–2002 mövsümündə "Şəfa"nın heyətində çempionat oyunlarında 20 oyun keçirib, 1 qol vurub. Yeganə qolunu 1:1 hesablı bərabərliklə yekunlaşan görüşdə "Neftçi"nin qapısından keçirib. 2002-ci ildə ailəsi ilə İsrailə köçməli olan Kitelman, futbolçu karyerasına bu ölkədə davam edib. O, İsraildə yaşadığı 4 il müddətində ölkənin aşağı liqa təmsilçiləri — "Makkabi Herzliya", "Sektsiya Nes-Siona" və "Makkabi İroni Kfar-Yona" kimi klublarında çıxış edib.

Значение слова в других словарях