HƏBƏŞİ

HƏBƏŞ(İ)

ə. 1) Həbəşistanın əsas yerli əhalisindən olan; efiopiyalı; 2) m. qara, qaradərili (adam haqqında).

HƏBƏŞ
HƏBİB
OBASTAN VİKİ
Bilal Həbəşi
Bilal ibn Rubah əl-Həbəşi (ərəb. بلال بن رباح‎ Bilal ibn Rabah al-Habaşi) — Məhəmməd peyğəmbərin səhabəsi. İlk müəzzin. == Həyatı == Bilal əslən Afrika həbəşlərindən olan Rəbbahın oğlu idi. Bilalın Fil ilindən on il ötmüş dünyaya gəldiyi bildirilir. Bilalın ata-anası qul olmuşdur. Bilalın fitri paklığı qul olmasına baxmayaraq, onu nəzərə çarpdırırdı. Ona ehtiram göstərir, böyük işlər tapşırırdılar. Bilal məhrumluq və təhqir nəzərincə başqa qullardan fərqlənməsə də, yaxşı xüsusiyyətlərinə görə seçilirdi. Onun qəlbində müşriklərə, zalım ağalara qarşı daim qəzəb alovlanırdı.
Həbəşi (Salmas)
Həbəşi (fars. حبشي‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1.044 nəfər yaşayır (249 ailə).
Bilal ibn Rubah əl-Həbəşi
Bilal ibn Rubah əl-Həbəşi (ərəb. بلال بن رباح‎ Bilal ibn Rabah al-Habaşi) — Məhəmməd peyğəmbərin səhabəsi. İlk müəzzin. == Həyatı == Bilal əslən Afrika həbəşlərindən olan Rəbbahın oğlu idi. Bilalın Fil ilindən on il ötmüş dünyaya gəldiyi bildirilir. Bilalın ata-anası qul olmuşdur. Bilalın fitri paklığı qul olmasına baxmayaraq, onu nəzərə çarpdırırdı. Ona ehtiram göstərir, böyük işlər tapşırırdılar. Bilal məhrumluq və təhqir nəzərincə başqa qullardan fərqlənməsə də, yaxşı xüsusiyyətlərinə görə seçilirdi. Onun qəlbində müşriklərə, zalım ağalara qarşı daim qəzəb alovlanırdı.
Həbəşistan
Efiopiya (amh. ኢትዮጵያ — ʾĪtyōṗṗyā) və ya rəsmi adı ilə Efiopiya Federativ Demokratik Respublikası — Şərqi Afrikada dövlət. Efiopiya dənizə çıxışı olmayan ölkələrdən biridir. Şimaldan Eritreya, şimal-şərqdən Cibuti və tanınmayan Somalilend, şərqdən Somali, cənubdan Keniya, qərbdən Cənubi Sudan, şimal-qərbdən isə Sudanla həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Əddis-Əbəbə, ümumi sahəsi 1,100,100 kvadrat kilometr, əhalisinin sayı 109 milyon nəfərdən çoxdur. Efiopiya qədim islam mənbələrində Həbəşistan, qərbdə isə Abissiniya adları ilə tanınmışdır. Bu ölkə Afrikanın ən qədim dövlətlərindən biri və XX əsrin əvvəllərinə kimi Liberiya ilə yanaşı Afrikadakı iki müstəqil dövlətdən biri olmuşdur. == Ümumi məlumat == Şərqi Afrikada dövlət. Qərbi Sudan və Cənubi Sudanla, c.-da Keniya, c.-ş. və ş.-də Somali, şm.-ş.-də Cibuti, şm.-da Eritreya ilə həmsərhəddir.
Həbəşistan Futbol Federasiyası
Efiopiya Futbol Federasiyası — Efiopiyada futbola nəzarət edən rəsmi qurum. 2008-ci ilin iyulundan diskvalifikasiya olunan Efiopiya federasiyasında keçən seçkilərin nəticəsi ləğv olunmuşdu. Baş verənlərə görə bu ölkənin milli komandası 2010-cu il dünya çempionatının seçmə mərhələ oyunlarından çıxarılıb. Efiopiya Futbol Federasiyası bir illik fasilədən sonra 2009-cu ildə yenidən FİFA-nın üzvlüyünə qaytarılıb. Bu, yerli federasiyada rəhbər dəyişikliyindən sonra baş verib. Ali futbol qurumu bununla bağlı rəsmi bəyanat yayıb: "FİFA Həbəşistan federasiyasında seçkilərin gedişindən razıdır. Bu, ötən həftəsonu FİFA-nın nümayəndələrinin müşahidəsi ilə keçirilib. İndi Həbəşistan yenidən dünya ali futbol qurumunun üzvü kimi bütün üstünlüklərdən istifadə edə bilər".
Həbəşistan Hicrətləri
Həbəşistan Hicrətləri — İslam tarixində ilk müsəlman səfərləridir. == Birinci hicrətin səbəbləri == Müsəlmanların sayının və nüfuzunun artdığını görən Qureyş, artıq yalnız tənqidlə kifayətlənmir, təzyiq və zülmə də əl atırdı. Qəbiləsinin aman hüququndan məhrum etdiyi müsəlmanları müdafiə etməyə gücü çatmayan Məhəmməd peyğəmbər onların sığınması üçün ərəb qəbilələri arasında yer tapmadığı üçün Həbəşistana (Efiopiya) getmələrinə icazə verdi. Sual yaranır ki, bəs nə üçün Həbəşistan?! Qeyd edək ki, Həbəşistanı "Nəccaşi" tutullu xristianlığı qəbul etmiş Kral Əshəmə adlı şəxs idarə edirdi. Bundan əlavə İslama qədərki dövürdə Kral Əshəmənin məkkəli tacirlərlə ticarət münasibətlərində ədaləti ilə tanınması, bölgəyə Məkkə yaxınlığındakı Şüybə limanından asanlıqla gedilə bilməsi kimi səbəbləri də qeyd edə bilərik. == Birinci hicrət == Müşriklərin tənqidinə tab gətirə bilməyən müsəlmanlar hicrət etmək üçün Məhəmməd peyğəmbərə müraciət etdikdə Allah rəsulu vəhy gəlmədiyi üçün hicrətə icazə vermirdi. Lakin aşağıdakı ayə nazil olduqdan sonra icazə verdi. Ayədə belə buyurur: "Ey mömin qullarım! Şübhəsiz ki, Mənim bu yerim genişdir.
Həbəşistan böhranı
Həbəşistan böhranı — 23 noyabr və 5 dekabr 1934-cü il tarixlərində İtaliya krallığının Efiopiyaya, Ual-Ual vahasına hücumu və ekspansionist istəkləri nəticəsində yaranmış beynəlxalq böhran. Bu, 1933–1939-cu illərdə Britaniya imperiyası və Üçüncü Fransa Respublikası hökumətləri tərəfindən aparılan sakitləşdirmə siyasətinin mərhələsi idi. Avropanın silahlanma yarışı kontekstində böhran Millətlər İttifaqının beynəlxalq münasibətlərin tənzimlənməsi aləti kimi uğursuzluğunu nümayiş etdirmişdi. Böhranın apogey nöqtəsi İkinci İtaliya–Efiopiya müharibəsinin başlanğıcı olmuşdur. Böhran Hitlerə vaxtından bir il əvvəl Reyn vilayətini remilitarizasiya etməyə imkan vermişdir. İtaliyanın izolyasiya olunması onun Almaniyaya yaxınlaşmağına təkan vermiş, bunun nəticəsində 1936-cı ilin oktyabrında Berlin-Roma oxu qurulmuşdur. Beləliklə, Benito Mussolini hökuməti bufer dövlət olan Avstriyanın müstəqilliyinə marağını tamamilə itirmiş və bu, 1938-ci ilin martında onun Anşlussuna səbəb olmuşdur. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Корунова Е. В. Деятельность Швеции в Лиге Наций в 30-е годы // Вестник Московского университета. Серия 8. История (rus).
Həbəşistan dağları
Efiopiya dağları və ya Həbəşistan dağları — Afrikanın şimal-şərqində Efiopiya, Eritreya və Somalinin şimalında dağ sistemi. Yüksək dağlıqlar qitənin ən böyük davamlı dağını təşkil edir, səthi 1,500 metrdən aşağı enir. Zirvələri 4,550 metr yüksəkliyə çatır. Hündürlüyünə və geniş ərazisinə görə dağlıq əraziləri bəzən Afrikanın damı adlandırırlar. == Tarixi == Efiopiya dağlarının cənub hissələri bir vaxtlar Ərəbistan yarımadasına qəhvə ixrac edilən orta əsr dövləti olan Kaffa krallığına ev sahibliyi edirdi. Krallığın ərazisi meşəlik və dağlıq ərazilərdən ibarət idi, torpağı çox münbit idi və ildə üç məhsul götürməyə qadir idi. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Украинская советская энциклопедия: в 12 томах = Українська радянська енциклопедія (укр.) / За ред. М. Бажана. — 2-ге вид. — К.: Гол.
Həbəşistan pişiyi
Həbəşistan pişiyi — qısa tüklü ev pişiyi cinsi. Tarixən digərləri ilə müqayisədə bir cins olaraq nisbətən müəmmalı hesab edilsə də, Həbəşistan pişiyi 2016-cı ildə "The Cat Fancier Association" və "The International Cat Association" tərəfindən ən populyar beş cins arasında qeyd edilmişdir. == Tarixi == Həbəşistan pişiyinin əcdadı Həbəşistan (indiki Efiopiya) ərazisində yaşayan vəhşi Afrika pişiyi hesab olunur. 1860-cı illərdə Britaniya hərbi ekspedisiyası bu pişiyin Efiopiyadan Birləşmiş Krallıq ərazisinə gətirilməsinə səbəb olmuş, burada onun yetişdirilmə işləri davam etmişdir. == Xüsusiyyətləri == Həbəşistan pişiyi orta boylu, bədəni incədir. Kürkü qısa və incədir, dəriyə yaxındır. Rəngi ​​müxtəlifdir, lakin daha çox qara və ya tünd qəhvəyi ucları olan qırmızı-qəhvəyi, tünd qırmızı, mavidir. Başı kiçikdir, güclü çənəsi var. Qulaqları nisbətən böyükdür, şaquli şəkildə qurulur, geniş bazası var və yuvarlaq ucları tüklüdür. Gözləri iri, badam şəklindədir və adətən yaşıl, sarı və ya qəhvəyi rəngdə olur.
Həbəşistan çaqqalı
Həbəşistan çaqqalı (lat. Canis simensis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin i̇tlər fəsiləsinin canavar cinsinə aid heyvan növü.
Həbəşistan əyaləti
Həbəşistan əyaləti — Osmanlı imperiyasının Afrika qitəsindəki əyalətlərindən biri.
Britaniyanın Həbəşistan ekspedisiyası
== Müharibəyə səbəb == XIX əsrin ikinci yarısında Efiopiya Afrikada öz müstəqilliyini qoruyan cox azsaylı dövlətlərindən biri idi. Bir necə Avropa ölkəsi onu öz koloniyası kimi görmək istəyirdi. 1860-cı illərdə Efiopiya Böyük Britaniya imperiyasının maraqina düşdü. O dövrdə Efiopiya imperator Teodros II tərəfindən idarə olunurdu. O, ölkəni gücləndirmə və birləşdirmə siyasətini həyata keçirdi. Oktyabr ayında 1862-cı ildə . Böyük Britaniya ilə müharibənin yaxınlaşdığını hiss edən Teodros II kraliça Viktoriyaya ittifaq təklifi ilə məktub göndərdi. Efiopiya imperatoru 2 il cavab gözlədi, amma cavab gəlmədi. İngiltərə hökuməti Efiopiya hökumətinə qarşı qəsdən həyasız və təxribatçı davranırdı. imperator Teodros II 1864-cü ildə kraliçadan cavab mektubu gözləmədən qəzəblə ingilislər daxil olmaqla bir neçə avropalıları həbs etdi (xüsusən missioner Henri Aaron Stern).

Значение слова в других словарях