KLERİKALİZM

(son latın clericalis kilsə, ruhani) cəmiyyətin siyasi və mənəvi həyatında kilsənin rolunu gücləndirməyi tələb edən ictimai-siyasi cərəyan. K. bu və ya digər dərəcədə bütün dini axınların, məzhəblərin məqsədidir. Lakin, o (K.), Katolik kilsənin aktivliyində daha qabarıq müşaiyət olunur. K. artıq dini təşkilatları, dini aparatı aşaraq, siyasi partiyalara, siyasi ideologiyaya və digər ictimai birliklərə israr edir və, hətta həmkarlar ittifaqları və birliklər yaradır. K. dini heysiyyatlarla oynamaqda təsəlli tapır.
KEÇİD REJİMLƏR, “HİBRİD” REJİMLƏR
KOALİSİON HÖKUMƏT
OBASTAN VİKİ
Klerikalizm
Klerikalizm (lat. clericalis-kilsə) — kapitalist ölkələrində ictimai həyatın müxtəlif sahələrində dinin və kilsənin mövqelərini möhkəmləndirməyə səy göstərən ictimai-siyasi cərəyan. Klerikalizm obyektiv sinfi roluna görə burjuaziyanın möhkəmləndirilməsinə xidmət göstərir. Müasir Klerikalizm kilsənin kütlələrə təsirini gücləndirmək üçün özünün partiyalarını, həmkarlar ittifaqlarını, kəndli, gənclər, qadın və digər kütləvi birliklərini yaradır. Klerikalizm İtaliyada, AFR-də, İspaniyada və bir sıra ölkələrdə nüfuza malikdir.

Digər lüğətlərdə