KNYAZ

tayfa başçısı, qəbilə başçısı; fəxri titul. (Zənnimizcə, xan və az sözlərindən yaranmışdır).
KİTAY
KOLATAN
OBASTAN VİKİ
Knyaz
Knyaz (rus. князь) — qədimdə slavyanlarda monarx titulu. Daha sonralar feodal monarx dövlətinin başçısı. Knyaz titulu qərbi avropada geniş yayılmış olan hersoq, qraf, fürst kimi titullarla eyni məna daşıyır. Qədim germanların dilində knyaz — kuningaz (kral) anlamını verir. Bəzi mənbələrdə knyaz IX əsrdə slavyanlaşdırılmış qədim germanların, anqlo-saksonların və skandinavların könig sözü sayılır. Qadınlar isə "knyagina" titulu daşıyıblar. Knyaz titulu müxtəif dövrlərdə müxtəif mənalar kəsb etmişdir. Erkən olaraq slavyanlarda zadəgan, əsli-nəcabətli insanlara verilən bu titul get-gedə dərəcəsini artıraraq hökmdar rütbəsini əvəz etmişdir. Daha sonralar Böyük knyaz — orta əsrlərdə Rusiyada ən yüksək titul sayılırdı və yalnız çarlara verilirdi.
Knyaz-Yepiskop
Knyaz-yepiskop (ing. Prince-bishop, alm. Fürstbischof‎, fr. Prince-évêque), eyni zamanda bir knyazlığın suvereni olan bir yepiskopdur. Qərbdə IV əsrdən etibarən barbar istilaları qarşısında Roma imperiyasının gücünün azalması ilə bəzən Roma sərkərdələrinin yerini şəhərlərin xristian yepiskopları tutur, şəhər üçün dünyəvi qərarlar verir və lazım gəldikdə öz qoşunlarına başçılıq edirdi. Lakin knyaz-yepiskopla burjuaziya arasında münasibətlər həmişə səmimi deyildi. Şəhərlər imperatorlardan, krallardan və ya onların knyaz-yepiskoplarından qayda-qanunlar tələb etdikcə və özlərini feodallardan müstəqil elan etdikcə, burjuaziya yepiskoplar arasında sürtüşmə gücləndi. Knyaz-yepiskop tərəfindən siyasi olaraq idarə olunan knyazlıq və ya knyaz-yepiskopluq (alm. Hochstift‎) onun yeparxiya yurisdiksiyası ilə tamamilə və ya böyük ölçüdə üst-üstə düşə bilərdi, lakin onun yeparxiyasının bəzi hissələri, hətta yaşadığı şəhər Azad İmperiya şəhəri statususu alarsa onun mülki idarəçiliyindən azad ola bilərdi. Əgər yepiskop arxiyepiskop idisə, düzgün termin knyaz-arxiyepiskop idi; nizami (monastır) ruhanilərdə ekvivalenti knyaz-abbat idi.
Knyaz (dəqiqləşdirmə)
Knyaz — qədimdə slavyanlarda monarx titulu. Knyaz (pyes) — Hüseyn Cavidin 1929-cu ildə yazdığı beş pərdəli faciə.
Knyaz (pyes)
Knyaz yə yaxud Dəli Knyaz — Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 1929-cu ildə yazdığı beş pərdəli faciə. Əsər nəzmdə melodram kimi yazılıb. Əsər Gürcüstanda baş verən inqilabdan və mühacirətin süqutundan bəhs edir. Tamaşa 1929/30 mövsümündə rejissor Aleksandr Tuqanov, 1930/31 mövsümündə isə rejissor Yusif Yulduz tərəfindən Türk (Azərbaycan) bədii teatrının səhnəsində tamaşaya qoyulub. Hər iki tamaşada "Knyaz" baş rolunu Abbas Mirzə Şərifzadə, Rza Darablı ("Knyaz" rolunun ilk ifaçısı), Rza Təhmasib, Ülvi Rəcəb, Mərziyyə Davudova, Eva Olenskaya, İsmayıl Hidayətzadə, Pamfiliya Tanailidi və s. kimi sənətkarlar ifa ediblər. "Knyaz" dramı ilk dəfə 1963-cü ildə Bakıda "Azərnəşr" nəşriyyatında çap olunub. "Knyaz" pyesi həmçinin 1930-cu ildə Gürcüstanda Tiflis Dövlət Qırmızı Ordu Teatrında və Türkiyədə Türk Bədaye Teatrında tamaşaya qoyulub. Əsər elmi ədəbiyyatda və Akademik Milli Dram Teatrının bəzi afişa və proqramlarında "Dəli knyaz" adı ilə də verilib. "Knyaz" pyesi ilk dəfə ədibin qızı Turan Cavidin tərtibi ilə 1968–1971-ci illərdə "Azərbaycan Dövlət Nəşriyyatı"nda nəşr olunan üç cildliyə daxil edilib.
Knyaz Aslan
Aslan Knyaz İlyas oğlu (25 dekabr 1960, Hamamlı, Dmanisi rayonu) — Azərbaycan şairi, publisisti, alimi. Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilmişdir. Knyaz İlyas oğlu Aslan 1960-cı il dekabrın 25-də Gürcüstan Respublikası Başkeçid rayonunun Hamamlı kəndində anadan olub. 1968–1979-cu illərdə Hamamlı kənd orta məktəbində təhsil alıb. Orta məktəbi Qızıl medalla bitirib. 1979–1981-ci illərdə Hamamlı kənd orta məktəbində katib-kargüzar vəzifəsində işləyib. 1981–1983-cü illərdə Bakı Mədəni-Maarif Texnikumunda (indiki Bakı Humanitar Kollecində), 1983–1988-ci illərdə Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsində, 1985–1987-ci illərdə Bakı Dövlət Universitetinin İctimai peşələr fakültəsinin jurnalistika bölməsində, 1987–1989-cu illərdə Azərbaycan Jurnalistlər Birliyi nəzdində Jurnalist Sənətkarlığı İnstitutunda, 1994–1998-ci illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb və bu təhsil müəssisələrini fərqlənmə diplomu ilə bitirib. 1990–1993-cü illərdə Bakı Dövlət Universitetinin aspiranturasında təhsil alib. 1992–1995-ci illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyi sistemində "Azərbaycan Ordusu" qəzetinin müxbiri, Məxsusi müxbirlər şöbəsinin redaktoru və "Hərbi Nəşriyyat"ın redaktoru işləyib. Ermənistan-Azərbaycan müharibəsi zamanı döyüş tapşırıqlarını yerinə yetirmək üçün dəfələrlə ön cəbhə xəttinə göndərilib, operativ hərbi informasiyalar hazırlayıb.
Knyaz Hacıyev
Hacıyev Knyaz Mehdi oğlu (10 oktyabr 1953, Yeni Daşkənd, Bərdə rayonu – 25 aprel 2021, Türkiyə) — "Bakıenerjitikinti" Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri, Azərbaycan Respublikasının əməkdar mühəndisi Hacıyev Knyaz Mehdi oğlu 10 oktyabr 1953-cü ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində ziyalı ailəsində anadan olmuşdur (Yeni-Daşkənd kəndi 1953-cü ilin may ayının 18-də Ermənsitanın Basarkeçər rayonunun Daşkənd kəndinin əhalisinin erməni daşnakların təsiri ilə dövlət səviyyəsində məcburi köçürülməsi nəticəsində yaranmışdır). Kəndin yeni yaranmasına baxmayaraq Yeni Daşkənd kənd orta məktəbi kənd ziyalılarının köməyi ilə qısa müddətdə bölgədə aparıcı məktəblərin birinə çevrilmişdir. Knyaz Hacıyev 1960–1969-cu illərdə kənd orta məktəbində oxuduğu dövrdə Tanrıverdi Hacıyevdən fizika və riyaziyyatı, atası Mehdi müəllimdən dil, ədəbiyyat və tarix fənlərindən mükəmməl dərs alaraq ali məktəbə müvəffəqiyyətlə daxil olmuşdur. O, 1970–1975-ci illərdə Azərbaycan Politexnik İnstitutunda təhsil almış, 1975-ci ildə həmin institutun tam kursunu bitirərək inşaatçı-mühəndis peşəsinə yiyələnmişdir. 1972–1975-ci illərdə hər il 3 ay müddətində Kuybışev adına Moskva Dövlət İnşaat Mühəndisləri İnstitutunda ixtisası üzrə təcrübə kursları keçən Knyaz Hacıyev 1976-cı ildən başlayaraq Azərbaycanın energetika tikintisi sahəsində fəaliyyətə başlamışdır. Artıq 40 ildir ki, o, tikintinin çox çətin və spesifik sahəsində çalışmaqdadır. Sərsəng Su Elektrik stansiyasının tikintisi üzrə iş icraçısı kimi fəaliyyətə başlayan Knyaz müəllim "Şəmkir" SES-də sahə rəisi, "Yenikənd" SES-də baş mühəndis, "Bakıenerjitikinti" TQI-də baş mühəndis, Yeni Bakı istilik elektrik mərkəzinin tikintisində baş mühəndis kimi fəaliyyətini davam etdirmişdir. O, 1982–1985-ci illərdə Yəmən Xalq Demokratik Respublikasında tikilən "Ədən" istilik elektrik stansiyasının tikintisində mexanikləşdirmə və hidrotexniki qurğuların tikintisinə rəhbərlik etmişdir; 1985–1992-ci illərdə "Bakıenerjitikinti" Tikinti Trestinin Baş mühəndisi, 1992–1996-cı illərdə "Azərenerjitikintimexanizasiya" trestinin, sonradan isə "Bakıenerjitikinti" TQİ-nin rəisi işləmişdir. 1997-ci ildən "Azərenerjitikintiquraşdırma" Dövlət Şirkətinin vitse-prezidenti işləmişdir; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 sentyabr 1998-ci il tarixli 191 saylı qərarı ilə Hacıyev Knyaz Mehdi oğlu "Azərenerjitikintiquraşdırma" Səhmdar Cəmiyyətinin İdarə Heyətinin üzvü təyin edilmişdir; 1998–2008-ci illərdə isə "Azərenerjitikintiquraşdırma" Səhmdar Cəmiyyətinin sədr müavini, l-ci müavin, sədr əvəzi vəzifələrində çalışmışdır. 2003–2007-ci illər arasında "Azərenerjitikintiquraşdırma" Səhmdar Cəmiyyətinin sədrinin xəstəliyi ilə əlaqədar K. M. Hacıyev fasilələrlə uzun müddət sədr vəzifəsini icra etmişdir.
Knyaz Həsənov
Knyaz Həsənov (17 yanvar 1945, Kotayk mərzi) — Ermənistan parlamentinin kürd əsilli deputatı. 2019-cu ilin yanvar ayında keçirilən Ermənistanın parlamentinin yeni tərkibdə ilk iclasına ənənəyə görə ən yaşlı deputat olduğu üçün kürd icmasını təmsil edən 74 yaşlı Knyaz Həsənov rəhbərlik etmişdir.
Knyaz Məmmədov
Knyaz Şiraslan oğlu Məmmədov (16 fevral 1950, Laçın rayonu, Alxaslı) — Fizika-riyaziyyat elmləri doktoru, professor. Knyaz Şiraslan oğlu Məmmədov 1950-ci ildə Laçın rayonunun Alxaslı kəndində müəllim ailəsində anadan olmuşdur. 1967-ci ildə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olub,1972-ci ildə oranı bitirmişdir. Daha sonra Azərbaycan texniki universitetinə göndərilmiş,daha sonra böyük uğurlara addım atmışdır.Bundan sonra təyinatla Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutuna göndərilmiş, -cı illərdə orada əyani aspiranturada oxumuşdur. 1981-ci ildə Belarus Respublikasının Minsk şəhərində dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi elmi adını almışdır. 1976-1993-cü illərdə AMEA-nın Kibernetika İnstitutunda kiçik elmi işçi, baş elmi işçi və laboratoriya müdiri vəzifələrində işləmişdir. 2007-ci ildən fizika-riyaziyyat elmləri doktorudur.1994-cü ildən etibarən indiyədək Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat və Kibernetika fakültəsində professor vəzifəsində işləyir. O, eyni zamanda Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunda da "Diskret Optimallaşdırma Modelləri və Üsulları" şöbəsinin müdiridir və həmin institutda riyaziyyat, texnika və iqtisadiyyat üzrə doktorluq müdafiə şurasının elmi katibidir. 2004-cü ildən ABŞ riyaziyyatçılar cəmiyyətinin "Əməliyyatlar tədqiqi" bölməsinin üzvüdür. Bununla yanaşı, professor K.Ş.Məmmədov ABŞ-də nəşr olunan bir neçə nüfuzlu elmi jurnalın ekspertidir.
Knyaz Çobanoğlu
Hüseynov Knyaz Çoban oğlu — azərbaycanlı şair, Qızıl qələm mükafatı, "Xalqın nüfuzlu ziyaslısı" fəxri diplomu ilə təltif edilib. 1954-cü il fevralın 20-də Qərbi Azərbaycanda, Göyçə mahalının Aşağı Şorca kəndində anadan olub. S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsini bitirib. 1978-ci ildən ixtisası üzrə müəllim, 1988-ci ildən isə məktəb direktoru işləyir. 1973-cü ildən – orta məktəbi bitirdiyi gündən mətbuatda çıxış etmişdir. "Vardenis" rayon və "Sovet Ermənistanı" respublika qəzetlərində məqalələri, habelə şeirləri dərc olunub. 1988-ci il deportasiyasınadək Göyçə mahalının Aşağı Şorca kəndində ədəbiyyat müəllimi işləmişdir. "Vardenis" rayon qəzetinin müxbiri vəzifəsində çalışıb. Qəzetdəki fəaliyyətinə görə 1976-cı ildə Vardenis Rayon İcraiyyə Komitəsinin, 1977-ci ildə isə Vardenis Rayon Komsomol Komitəsinin "Fəxri Fərman"ları ilə mükafatlandırılmışdır. 1988-ci ildən Şəmkir rayonunda yaşayır.
Knyaz Əliyev
Knyaz Ələsgər oğlu Əliyev (21 mart 1940, Güllübulaq, Amasiya rayonu – 8 dekabr 2016, Bakı) — Azərbaycan Memarlıq və İnşaat Universitetinin Nəzəri mexanika kafedrasının müdiri, texnika elmləri doktoru, professor. Knyaz Ələsgər oğlu Əliyev 1940-cı il martın 21-də Qərbi Azərbaycanın Amasiya rayonunda anadan olub. Hələ uşaqlıq illərindən öz savadı, səriştəsi ilə digərlərindən fərqlənib, 1957-ci ildə Amasiyanın Güllübulaq kənd orta məktəbini qızıl medalla bitirib, elə həmin il Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) Mexanika fakültəsinə daxil olub. 1962-ci ildə AzPİ-ni Maşınqayırma texnologiyası, metalkəsən dəzgahlar və alətlər ixtisası üzrə fərqlənmə diplomu ilə bitirərək, mühəndis-mexanik sənətinə yiyələnib. Savadı və yüksək mədəniyyəti ilə müəllimlərinin rəğbətini qazanan K.Əliyev ali təhsilini başa vurduqdan sonra Nəzəri mexanika kafedrasında müəllim-assistent vəzifəsində saxlanılıb. İllər sonra o, dəfələrlə bu etimadı doğruldub, çoxsaylı gənclərin elm sahəsində inkişafına təkan verib. 1969-cu ildə professor İ.Bəxtiyarovun rəhbərliyi altında namizədlik, 1986-cı ildə Leninqrad (indiki Sankt-Peterburq) Politexnik İnstitutunda "Çoxrabitəli bircins və qarışıq mühitlər üçün elastiklik" mövzusunda doktorluq dissertasiyasını müdafiə edən K.Əliyevin elmi işi keçmiş SSRİ-nin görkəmli alimləri, professorlar D.İ.Şerman, G.R.Çerepanov, V.A.Palmov və digərləri tərəfindən yüksək qiymətləndirilib. XX əsrin 70-80-ci illərində mexanika elminə verdiyi əsaslı töhfələr Knyaz müəllimin adını elmin bu sahədə qabaqcıl nümayəndələri siyahısına daxil edib. O, Təhsil Nazirliyinin Elmi-Metodik Şurasının "Mexanika" bölməsinin sədri, namizədlik (fəlsəfə doktoru) və doktorluq (elmlər doktoru) dissertasiyalarının müdafiəsi üzrə Elmi Şuranın üzvü, Elmi Şuranın nəzdindəki elmi seminarın sədri olduğu dövrdə də həmişə öz nümunəvi fəaliyyəti ilə fərqlənib. Professor Knyaz Əliyev ölkəmizin hüdudlarından kənarda, beynəlxalq konfrans və simpoziumlardakı çıxışları ilə elmimizi yüksək səviyyədə təmsil edib.
Knyaz Dəmir Bulat (1916)
Knyaz Dəmir Bulat (film, 1916)
Knyaz Dəmir Bulat — 1916-cı ildə çəkilmiş tammetrajlı bədii film. Film mürəkkəb insani münasibətlər, məişət şərtilikləri, onun mövcud olan və illərdən bəri müqəddəs sayılan adi qaydaları haqqındadır. Bu qaydaların pozulması faciəli nəticələrə gətirib çıxarır. Kinoroman Xəzər dənizçilərinin həyatından bəhs edir. Film Abbas Mirzə Şərifzadənin kinoda ilk işidir. Ssenari müəllifi: Yevgeni Muromski Quruluşçu rejissor: Boris Svetlov Quruluşçu operator: Qriqori Lemberq Abbas Mirzə Şərifzadə Regina Lazareva V. Lenin A. Polonski Yevgeni Muromski A. Morozovski L. Zakom Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər.
Böyük knyaz
Böyük knyaz — Orta əsrlərdə Rusiyada ən yüksək dövlət titulu Yalnız çarlara verilirdi.
Nərmin Knyaz
Aleksandr Baryatinski (knyaz)
Aleksandr Petroviç Baryatinski (rus. Александр Петрович Барятинский; 1799–1844) — rus əsilli dekabrist, knyaz. Aleksandr Baryatinski 18 yanvar 1799-cu ildə doğulmuşdu. Qusar alayında xidmət etmişdi. Dekabristlərə qoşulmuşdu. Aleksandr Baryatinski 31 avqust 1844-cü ildə Tobolskda vəfat etmişdi.
Xaçın knyaz sarayı
Xaçın knyaz sarayı — Kəlbəcər rayonunun Vəngli kəndində yerləşən XIII əsrə aid tarix-memarlıq abidəsi. Saray, Xanabert qalasından şimalda, Gəncəsər monastırı yaxınlığında yerləşir. Saray, Həsən-Cəlalyanlar sülaləsindən olan Aşağı Xaçın knyazlarının iqamətgahı olmuşdur. XIII əsrdə inşa edilmiş Xaçın knyaz sarayı dövrümüzə yarıdağınıq vəziyyətdə çatmışdır. Vaxtilə yaxşı müdafiə olunmuş qəsr tipli saraydan qalan hissələr dörd ədəd yarımdairəvi künc qüllələri, giriş qapısı, divarların binə hissəsinin qalıqları, iki zalın divarları və saray otaqlarının əsas divarlarıdır. Xalq memarlığı ənənələrindən istifadə ilə yaradılmış Xaçın sarayı, sonrakı dövrlərdə yaxın ərazilərdə inşa edilən digər knyaz və məlik saraylarının memarlığına ciddi təsir etmişdir. Sarayın qismən yaxşı qorunmuş künc qüllələrinin inşasında qonulmamış kvars daşlarından istifadə olunmuşdur. Divarların qalınlığı 1.6-1.8 metrdir. Hazırda dağılıq vəziyyətinə görə qüllələrin neçə mərtbəli olduğunu demək çətin olsa da, daha kiçik ölçülü qüllənin daha qədim olduğu dəqiqdir. Sarayı qismən daha yaxşı vəziyyətdə görmüş M. Barxudaryants yazır ki, “...çoxlu sayda otaqlardan təşkil olunmuş sadə tikili, əhəng məhlulu ilə tikilmiş qala divarları ilə əhatə olunub.
Knyaz Dəmir Bulat
Knyaz Dəmir Bulat — 1916-cı ildə çəkilmiş tammetrajlı bədii film. Film mürəkkəb insani münasibətlər, məişət şərtilikləri, onun mövcud olan və illərdən bəri müqəddəs sayılan adi qaydaları haqqındadır. Bu qaydaların pozulması faciəli nəticələrə gətirib çıxarır. Kinoroman Xəzər dənizçilərinin həyatından bəhs edir. Film Abbas Mirzə Şərifzadənin kinoda ilk işidir. Ssenari müəllifi: Yevgeni Muromski Quruluşçu rejissor: Boris Svetlov Quruluşçu operator: Qriqori Lemberq Abbas Mirzə Şərifzadə Regina Lazareva V. Lenin A. Polonski Yevgeni Muromski A. Morozovski L. Zakom Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər.
Drakula: Qaranlıqlar knyazı (film, 1966)
Drakula: Qaranlıqlar knyazı (ing. Dracula: Prince of Darkness) — 1966-cı ildə istehsal olunmuş Böyük Britaniya filmidir. Drakula: Qaranlıqlar knyazı — Internet Movie Database saytında.
Dunay knyazlıqları
Dunay knyazlıqları (rum. Principatele Dunărene (Молдо-Валахия, yun. Μολδοβλαχία) — XIV—XIX əsrlərdə mövcud olmuş Moldavia knyazlığı və Valaxiya knyazlığı dövlətlərini adlandırmaq üçün istifadə edilən termin. Knyazlıqların mövcudluğu dövründə istifadə edilməyib. 1774-cü ildə Kiçik Qaynarca sülh müqaviləsi imzalanandan sonra Avstriya imperiyasında işlədilib. Dunay knyazlıqları bir çox tarixi hadisələrə şahidlik edib.1774-cü ildə Osmanlı dövləti ilə Rusiya arasında Bolqarıstanın Kiçik Qaynarca kəndində sülh bağlandı. Buq və Dnepr arasındakı ərazilər, Krımdakı Kerc, Yeniqala, Kubana qədər olan torpaqlar Rusiyaya keçdi.Krım xanlığı Osmanlı asılılığından çıxaraq müstəqil oldu.(sonralar 1783-cü ildə Rusiya tərəfindən işğal olundu. Kiçik Qaynarca sülhü Krım xanlığının işğalını asanlaşdırdı. Kırım xanlığı xeyli zəiflədiyindən Osmanlı da ona hərbi yardım edə bilmədi). Rusiya Azov qalasını möhkəmləndirmək hüququ aldı.
Dunay knyazlığı
Dunay knyazlıqları (rum. Principatele Dunărene (Молдо-Валахия, yun. Μολδοβλαχία) — XIV—XIX əsrlərdə mövcud olmuş Moldavia knyazlığı və Valaxiya knyazlığı dövlətlərini adlandırmaq üçün istifadə edilən termin. Knyazlıqların mövcudluğu dövründə istifadə edilməyib. 1774-cü ildə Kiçik Qaynarca sülh müqaviləsi imzalanandan sonra Avstriya imperiyasında işlədilib. Dunay knyazlıqları bir çox tarixi hadisələrə şahidlik edib.1774-cü ildə Osmanlı dövləti ilə Rusiya arasında Bolqarıstanın Kiçik Qaynarca kəndində sülh bağlandı. Buq və Dnepr arasındakı ərazilər, Krımdakı Kerc, Yeniqala, Kubana qədər olan torpaqlar Rusiyaya keçdi.Krım xanlığı Osmanlı asılılığından çıxaraq müstəqil oldu.(sonralar 1783-cü ildə Rusiya tərəfindən işğal olundu. Kiçik Qaynarca sülhü Krım xanlığının işğalını asanlaşdırdı. Kırım xanlığı xeyli zəiflədiyindən Osmanlı da ona hərbi yardım edə bilmədi). Rusiya Azov qalasını möhkəmləndirmək hüququ aldı.
Finlandiya knyazlığı
Finlandiya knyazlığı (fin Suomen suuriruhtinaskunta; isv. Storfurstendömet Finland ; rus. Великое княжество Финляндское) - Finlandiya ərazisində 1809-1917-ci illər aralığında mövcud olmuş knyazlıq. Finlandiya knyazlığı Rusiya imperiyasının nəzarəti altında fəaliyyət göstərmişdir. Çar I Aleksandrdan sonuncu Çar II Nikolaya qədər olan Rusiya imperiyasının imperatorları Finlandiya knyazı fəxri titulunu daşıyırıdılar.
Girdiman knyazlığı
Girdiman knyazlığı — Qafqaz Albaniyasının Girdman vilayətində knyazlıq. VII əsrin əvvəllərində Albaniyanın Girdiman vilayətində Girdiman knyazlığı yaranmışdır. 591-ci il Sasani-Bizans müqaviləsinə görə Albaniyanın Girdiman vilayəti, eyni zamanda, Tiflis və Dvinə qədərki ərazisi Sasanilərin hakimiyyəti altında qalmışdı. Bu ərazidə əsas üstünlüyü Azərbaycan türkləri təşkil edirdilər. Lakin hələ çox qədimlərdən Girdman vilayətində Azərbaycan türklərinə soy-kök cəhətdən yaxın, daha doğrusu, qohum olan sabir tayfaları yaşayırdılar. Sabir tayfaları cəsur və döyüşkən olduğundan Sasanilər və Bizans dəfələrlə onların hərbi qüvvəsindən istifadə etmişdi. Dörd əsrlik tarixə malik Sasani imperiyası artıq öz ömrünü başa vurmaqda idi. Sasanilərin hakimiyyəti altındakı əksər ölkələrdə yerli feodallar güclənərək, mərkəzi hakimiyyətlə hesablaşmaq istəmirdilər. Məhz belə bir qarışıq dövrdə — IV əsrin sonu – VII əsrin əvvəllərində əsasını Mehranilər sülaləsinin qoyduğu Girdman knyazlığı meydana gəldi. Əvvəlcədən onu qeyd edək ki, Mehranilər sülaləsinin soy-kökünü farslarla əlaqələndirməyə cəhd göstərilsə də, bu ideyanın müəllifləri, uğur qazanmamışlar.
Hatt-River Knyazlığı
Hatt-River Knyazlığı (ing. Principality of Hutt River) — 21 aprel 1970-ci ildə Leonard Corc Kasli adlı fermer tərəfindən Avstraliyada 75 km2 sahədə, yaradılan virtual dövlət. Qərbi Avstraliyada, Pert şəhərinin 517 km şimalında yerləşən bu dövlətin sahəsi Honq Konq qədərdir. Knyazlığın yaxınlığında Kalbarri Milli Parkı yerləşir. Paytaxtı və yeganə şəhəri Naindir. Qərbi Avstraliya əyalət hökumətinin 1970-ci ildə çıxardığı qərara görə 4.000 hektar ərazisi olsa da, 40 hektarlık bir sahədə vergi vermədən əkinçiliklə məşğul ola biləcək Leonard Kasli adlı fermer endirim üçün əyalətə müraciət etdi. Rədd cavabı aldıqda kraliçaya sadiq qalmaq şərti ilə ölkədən ayrılmaq və yeni dövlət yaratmaq qanunu göstərərək tarlasının Avstraliyadan müstəqilliyini elan etdi və ailəsi tərəfindən ölkənin lideri seçildi. Ölkəsini Hatt-River Vilayəti Knyazlığı adlandırdı. Millətlər Birliyi tərəfindən toxunmazlıq əldə edən Kasli 1971-ci ildə özünü I Leonard adlandırdı. Həyat yoldaşı Şirli (ö.
III Vamek (Meqreliya knyazı)
III Vamek (gürc. ვამეყ III დადიანი) — Dadianilər sülaləsinin nümayəndəsi. 1658-1661-ci illərdə Meqreliya knyazı, 1661-ci ildə isə qısa müddətlik İmereti çarı kimi hakimiyyətdə olmuşdur. III Vamek Dadianilər sülaləsinin Lipartiani qoluna mənsub idi. Lipartianilər irsi olaraq Meqreliya knyazlığının Salipartiano bölgəsində hakimiyyətdə olublar. III Vamek çox güman ki, Meqreliya knyazı III Georginin qızı Annanın və Lipartianilər sülaləsindən Georgi Lipartianinin oğlu olmuşdur. Onun Salipartiano bölgəsindəki hakimiyəti 1618-ci ildən başlamışdır. O, Meqreliya knyazı II Levan Dadianinin 1657-ci ildə ölümündən sonra III Liparit Dadianinin Meqreliya hakimiyyətinə gəlməsinə qarşı çıxmışdır. III Vamek İmereti çarı III Aleksandrın dəstəyini alaraq 1658-ci ildə Meqreliya taxtını ələ keçirmişdir. Bu dəstəyin qarşılığı olaraq II Levan Dadianinin xəzinəsinin çox hissəsini və İmereti çarlığı ilə sərhəddəki bölgəni III Aleksandra vermişdir.
II Həsən (Xaçın knyazı)
II Həsən (doğum tarixi bilinmir – 1287) – Xaçın knyazı. Hakimiyyəti Yuxarı Xaçın (Zar) ərazisini əhatə etmişdir. I Qriqor Dopun oğludur. Ağin hakimləri Vaçutyanlar nəslindən Mamkan xatunla evli olmuşdur. II Həsən haqqında olan əsas tarixi mənbələr kilsə kitabələridir. Mənbələrdə qeyd edilir ki, onun hakimiyyətinə tabe olan ərazilər Göyçə gölünün şərq sahillərinə qədər uzanırdı. Xronologiyalardan birinə görə II Həsən Həsən Cəlalın oğlu I İvane Atabəylə bir yerdə 1287-ci ildə vəfat etmişdir. Xaçatur Keçareçinin “Nalə” əsərində də II Həsən xatırlanır. Ölümündən sonra taxta oğlu II Qriqor keçmişdir. Digər oğlu Atanas isə 1260—1270 Xudavəng monastırına rəhbərlik etmişdir.
IV Mamiya (Meqreliya knyazı)
IV Mamiya (gürc. მამია IV დადიანი) — Dadianilər sülaləsindən olan Meqreliya knyazı. 1573-1578-ci illərdə və 1582-1590-cı illərdə hakimiyyətdə olmuşdur. IV Mamiya Meqreliya knyazı I Levanın oğludur. Quriya knyazı Rüstəm Quriyelinin qızı ilə evlənmişdir. Atasının ölümündən sonra taxta böyük qardaşı III Georgi çıxsa da, IV Mamiya qardaşının hakimiyətini qəbul etməmişdir. Qardaşının düşməni olan Quriya knyazı II Georginin yardımı ilə 1573-1574-cü illərdə qardaşını hakimiyyətdən salmış və Meqreliya taxtına çıxmışdır. Qardaşı III Georgi isə Abxaziyaya qaçmışdır. III Georgi abxaz-çərkəz qüvvələrinin dəstəyi ilə taxtını geri almağa çalışsa da, buna müvəffəq ola bilmədi. Əlaçsız qalan III Georgi İmereti çarı II Georgidən vasitəçilik etməsini xahiş etmişdir.
I Alfonso (Kapua knyazı)
I Alfonso (təq. 1120, güm. Siciliya qraflığı – 10 oktyabr 1144) — II Rocerin oğlu, Kapua knyazı və Neapol hersoqu. Norman ailələrindən biri olan Drenqot sülaləsinin son üzvü II Robertin devrilməsindən sonra atası tərəfindən Kapua hakimi elan olunmuşdu. 1137-ci ildə VII Serjiusun ölümündən sonra Neapollular onu hersoq seçmişdi. Roma yaxınlarında III Rocerlə birlikdə yürüşdə olarkən vəfat etmişdi.
I Firuz (Girdiman knyazı)
I Firuz — İberiya çarı III Mirianın kürəkəni və Quqark knyazlığının və Girdiman knyazlığının ilk knyazı. Adsız bir oğlu ondan sonra yerinə keçmişdi. Bu oğuldan olan qız nəvəsi İberiya kralı II Aspakur ilə evlənmişdir, oğlan nəvəsi isə I Arşuşa adı ilə Quqark knyazı olmuşdur.
I Manuçar (Meqreliya knyazı)
I Manuçar (gürc. მანუჩარ I დადიანი ; XVI əsr – 1611) — Dadianilər sülaləsindən olan Meqreliya knyazı. 1590-1611-ci illərdə hakimiyyətdə olmuşdur. Atası Meqreliya knyazı I Levandır. 1590-cı ildə böyük qardaşı IV Mamianın ölümündən sonra Meqreliya taxtına çıxmışdır. Meqreliya knyazlığı İmereti çarlığının tərkibindəki inzibati-ərazi vahidlərindən biri olmuşdur. I Manuçarın dövründə Gürcüstanda siyasi olaraq qarışıqlıq hökm sürürdü. Bu dövrdə I Manuçar xələfləri kimi İmereti çarlığı üzərində Dadianilərin təsirini artırmağa çalışırdı. Həmçinin Gürcüstanı bütünlüklə hakimiyyəti altına almaq istəyən Kartli çarı I Simona qarşı mübarizə aparmış və ona qarşı İmereti çarı Rüstəmə dəstək vermişdir. I Manuçarın taxta çıxdığı 1590-cı ildə Şərqi Gürcüstanda hökm sürən Kartli çarı I Simon İmeretidəki hakimiyyət dəyişikliyindən istifadə edərək bölgəni öz hakimiyyəti altına salmağa çalışdı.
Kiyev Knyazlığı
Kiyev Rus dövləti, Kiyev knyazlığı və ya Qədim Rus — Qədim şərqi slavyanların 882-ci ildə knyaz Oleq Veşiy tərəfindən əsası qoyulmuş dövləti. Şərqi slavyanlar üç qola bölünür: ruslar, beloruslar və ukrainlər. Artıq VI–VIII əsrlərdə Şərq slavyanlarında əmlak bərabərsizliyi yaranda, ilk tayfa ittifaqları meydana çıxdı. Hələ VII əsrdə Dnepr çayı boyunda yaşayan Şərq slavyanları Xəzər xaqanlığından asılı idi və ona xərac ödəyirdi. IX əsrdə Şərq slavyanlarının erkən feodal dövləti olan Kiyev dövləti yarandı. Şərq slavyanlarının erkən feodal dövləti halında birləşməsinə onlarən arasında inkişaf etməkdə olan ticarət əlaqələri də çox kömək edirdi. Məsələn, şərq slavyanlarının torpaqlarını və vilayətlərini öz ətrafında birləşdirən Kiyev dövlətinin nəinki xarici, eləcə də daxili ticarətinin ən mühüm yolu varyaqlardan yunanlara gedən böyük yol idi. Kiyevlə Novqorodun birləşməsi ilə Kiyev dövlətinin yaranması başa çatdı. 862-ci ildə Oleqin başçılıq etdiyi drujinaların Novqoroddan Kiyevə yürüşü nəticəsində varyaqlardan yunanlara gedən yol boyu dövlətin bu iki mühüm mərkəzi birləşdirildi. Kiyev knyazı şərq slavyanlarının torpaqlarında dayaq məntəqələri yaratmağa, onlardan xərac toplamağa və yürüşlərdə onların iştirakını tələb etməyə başladı, lakin şərq slavyanlarının çoxu hələ Kiyevə bağlı deyildi.
Əlahəzrət Buxara əmirinin "Veliki knyaz Aleksey" paroxodunda yolasalma mərasimi (film, 1898)
Əlahəzrət Buxara əmirinin "Veliki knyaz Aleksey" paroxodunda yolasalma mərasimi — 1898-ci ildə çəkilmiş qısametrajlı sənədli film. İyulun 24-də əlahəzrət Buxara əmiri Seyid Mir Əbdül Əhəd xan sürət qatarı ilə Bakıya gəlir və milyonçu Hacı Zeynalabdin Tağıyevin qonağı olur. O, iyulun 27-də paroxodda Krasnovodska gedir. Hörmətli qonağı yola salmaq üçün "Qafqaz və Merkuri" limanına çoxlu adam, o cümlədən şəhərin müxtəlif idarələrinin başçıları toplaşmışdı. Limanda qonağın şərəfinə orkestr çalırdı. Kinosüjet təntənəli yolasalma mərasiminə həsr olunmuşdur. Xronikal film protokol informasiyanın xəbər janrında çəkilmişdir. Kinosüjet Bakıda V.İ. Vasilyev-Vyatskinin teatr-sirkində avqustun 2-də axşam saat 21.00-da ayrıca proqramla nümayiş etdirilmişdir. Kinosüjet "Canlı fotoşəkillər" kolleksiyası adı altında 1900-cü ildə Parisdə Ümumdünya sərgisində böyük uğurla nümayiş etdirilmişdir. Nümayiş etdirilən süjetlər arasında "Qafqaz rəqsi", "İlişdin", "1898-ci il avqustun 4-də Balaxanıda neft fontanı" kinosüjetləri də var idi.

Значение слова в других словарях