Kokain
Kokain — geniş yayılmış narkotik, tropan sırası üzrə alkaloid, çətin Metil Benzoilekqonin. Yerli anesteziya effektinə və insanın mərkəzi sinir sisteminə güclü stimilasiya təsirinə malikdir,bununlada insanda güclü eyforiya hissi yaradır. Başqa alkaloid vasitələri ilə eyni sırada Cənubi Amerikanın tropik zonalarında yayılmış Eritroksilum bitkisinin (Erythroxylum), ən əsası isə kokain kollarının (Erythroxylum coca) tərkibində var. Bu bitkilər yarpaqların yeyilməsinin qarşısını alaraq insektisid funksiyasnı yerinə yetirir.
Kokainin istifadəsi beş min ildən çox tarixi əhatə edir. "Koka" sözünün özü "boliviya tayfalarının" dillərinin birindən yaranıb. Qədim əfsanəyə əsasən, yerli qadınlardan biri əxlaqsız həyat yaşayırdı, elə buna görə də onu öldürdülər, bədənini isə iki hissəyə böldülər. Bu bədəndən isə kol bitməyə başladı. Bu kolu da "Koka Ana" adlandırdılar.
Psixosimulyator kimi koka yarpaqları ispanlıların gəlişindən əvvəl cənubi amerikalı hindlilər, Şimali Andın yerli sakinləri tərəfindən tibbi və dini məqsədlər üçün, həm də yorğunluğu aradan qaldırıcı kimi, aclığı, susuzluğu yatırtmaq üçün istifadə olunub, bəzən isə əhval-ruhiyyəni qaldırmaq üçün.