Kokona Hiraki
Kokona Hiraki (yap. 開 心那; 26 avqust 2008) — Yaponiya skeytbordinqçisi, 2019-cu ildə Boysedə keçirilən X Oyunlarının gümüş medalçısıdır. 2020 Yay Olimpiya Oyunlarında Yaponiyanı təmsil edərək 12 yaşında gümüş medal qazanmışdır.
Kokona Hiraki 26 avqust 2008-ci ildə Yaponiyanın Hokkaydo şəhərində anadan olmuşdur. Tomakomayda yaşamışdır. 5 yaşında skeytbordinqçiliyə başladı və Sapporoya köçərək burada məşqlərə davam etdi. 2018-ci ildə qatıldığı Yapon Skeytbordinq Çempionatında 4-cü yeri tutdu. İlk qələbəsini 10 yanvar 2019-cu ildə eyni turnirdə əldə etdi. 2019-cu ildə Aydahonun Boyse şəhərində keçirilən X Oyunlarında iştirak etmişdir. Bu oyunlarda ilk dəfə ölkə hüdudlarından kənara çıxan Kokona gümüş medal almışdır.