Kolagirən qalası

Teyşeba qalasıGöyçə mahalının Aşağı Qaranlıq (09.09.1930-dan Martuni) rayonunun Kolagirən (03.01.1935-dən Tsavinar) kəndi kənarında e.ə.VIII əsrin ikinci yarısına aid qədim qaladır. Göyçə gölünün sahilində təpə üstündə yerləşən bu qala həmin bölgədə Urartu çarı Sardurinin oğlu Rusanın tikdirdiyi iki qədim qaladan biridir (digəri Göyçə mahalının Kəvər rayonundadır). Qalanın xarabalıqlarının yerində qaya üstündə mixi yazılar aşkar edilib. İri qaya daşlarından hörülmüş divar və künc qüllələrinin qalıqları qalmaqdadır. Ərazidən çoxlu gil qablar, daş, sümük, metaldan bəzək əşyaları və s. tapılıb. Kolagirən ərazisinə ilk ermənilər (23 təsərrüfatda 151 nəfər) 1830-cu ildə Türkiyədən köçürülmüşdür.[1]

Teyşeba qalası
Qala divarlarının dövrümüzə çatmış qalıqları
Xəritə
40°09′10″ şm. e. 45°29′42″ ş. u.HGYO
Ölkə  Ermənistan
Yerləşir Kolagirən, Geğarkunik mərzi
Aidiyyatı Urartu
Sifarişçi I Rusa
Tikilmə tarixi ilk qala e.ə. 735–713
ikinci qala I Rusanın hakimiyyəti dövrü
Üslubu Urartu memarlığı
Material daş (özül və aşağı hissə)
çiy kərpic (yuxarı hissə)
Vəziyyəti xarabalıqları qalıb
İstinad nöm.5.52/1
KateqoriyaKompleks
Teyşeba qalası (Ermənistan)
Teyşeba qalası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
  1. "Əziz Ələkbərli. Qərbi Azərbaycan abidələri, 2-ci nəşri (Azərbaycan dilində), Bakı, Nurlan. 2007". 2015-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-05.
  • И.Шопен. Исторический памятник состояния армянской области к эпоху ее присоеденения к Российской империи, С-П., 1852,
  • Ə.Ələkbərli. Qədim Türk-Oğuz yurdu. "Ermənistan", В.1994,