Kollegiallıq

1) dövlət idarəetməsinin təşkili forması; bu forma onda ifadə edilir ki, idarəetmə orqanı kollegiyadan (yəni müəssisələri birgə müzakirə edən, yaxud müzakirə və həll edən şəxslər qrupundan) ibarətdir, yaxud onun tərkibində kolleksiya var. Kollegiyalar məşvərətçi instansiya kimi, qərar qəbul edən instansiya kimi (həmin qərara sonradan müvafiq orqanın, yaxud vəzifəli şəxsin iradəsi ilə məcburi hüquqi qüvvə verilir) və məcburi hüquqi qüvvəsi olan qərarlar qəbul etmək səlahiyyətli instansiya kimi fəaliyyət göstərir; 2) bir qrup şəxs, kollegiya tərəfindən bütün iştirakçıların rəyini nəzərə almaqla idarəetmə qərarlarının müzakirəsi və qəbulu.
Kollec
Kollegiya
OBASTAN VİKİ
Kollegiallıq
Kollegiallıq (lat. collegium – birlik, yoldaşlıq) — ümumi əhəmiyyətli işlərin bir qrup şəxslər tərəfindən ümumi (kollegiya) müzakirəsi və həlli; kollegial orqanın həyata keçirdiyi rəhbərlik metodu; təkbaşına idarəetmənin alternativi. Kollegiallıq tapşırılan iş üçün kollegiya (büro, komitə, məclis və s.) üzvünün ümumi və şəxsi məsuliyyətinin uzlaşdırılmasını tələb edir. Onun məqsədi atılan addımın, fəaliyyətinin mütarazlığını təmin etməkdən ibarətdir. Kollegiallıq məsələyə dərin və hərtərəfli düşünərək yanaşmağı təmin edir. Bir sıra orqanlar (partiyalar) məhkəmələr (o cümlədən: beynəlxalq məhkəmələr), parlamentlər (o cümlədən, beynəlxalq parlamentlər) və s. məhz kollegiallıq prinsipi üzərində fəaliyyət göstərirlər. == Mənbə == B.S.Atakişiyev, İnzibati hüquq və terminlər, Bakı-2008, s. 194.

Digər lüğətlərdə