Dənizə çıxışı olmayan dövlətlər
Dənizə çıxışı olmayan dövlətlər — coğrafi vəziyyətinə görə dünya okeanına birbaşa çıxışı olmayan ölkələr qrupu. Dünyada hazırda 44 belə dövlət vardır. Onlardan 16-sı Afrikada, 14-ü Avropada, 12-si Asiyada, 2-si Cənubi Amerikada yerləşir. Azərbaycanın da dünya okeanına birbaşa çıxışı yoxdur. Dənizə çıxışı olmayan Özbəkistan və Lixtenşteyn dənizə çıxışı olmayan ölkələrlə əhatə olunublar. Dənizə çıxışı olmayan ölkələr arasında ərazisinə görə ən böyük Qazaxıstan, ən kiçik isə Vatikandır.
1990-cı ildə dünyada dənizə çıxışı olmayan cəmi 30 ölkə var idi. Yuqoslaviyanın parçalanması; Sovet İttifaqı və Çexoslovakiyanın dağılması; Cənubi Osetiya, Eritreya, Monteneqro, Cənubi Sudan və Luqansk Xalq Respublikasının müstəqillik referendumları; və Kosovonun birtərəfli müstəqillik elanı 15 yeni dənizə çıxışı olmayan ölkə və 5 qismən tanınan dənizə çıxışı olmayan dövlət yaratdı, keçmiş dənizə çıxışı olmayan Çexoslovakiya isə 1 yanvar 1993-cü ildə mövcudluğunu dayandırdı.
Azərbaycan
Butan
Ermənistan
Əfqanıstan
Qazaxıstan
Qırğızıstan
Laos
Monqolustan
Nepal
Özbəkistan
Tacikistan
Türkmənistan[1]
Bu dövlətlərin birbaşa okeana çıxışı yoxdur.