KOLMATAJ
(frans. colmatage)
1) gilli və ya narın hissəciklərin təbii və ya süni yolla dağ süxurlarının məsamələrinə dolaraq onun sututumunu və sukeçirmə qabiliyyətini dəyişdirməsi. 2) allüviumun su hövzələrinin dibində sedimentasiya prosesi; bu proses hövzənin dibinin qalxmasına və hövzənin allüvium bataqlığına çevrilməsinə səbəb olur.