KOMEDİYAÇILIQ
KOMİSSAR
OBASTAN VİKİ
Komik
Komediyaçı — insanları mimika, hərəkətlərlə və danışıqla güldürən şəxslərdir. O bunu müxtəlif zarafatlarla, komik hallar və "axmaqlıqlarla" əldə edir. Buna oxşar olan yumorist anlayışı da mövcuddur. İkincisi daha çox ədəbiyyat janrına və yumoristik esselərə aid eidlir. Komediyaçı isə bundan fərqli olaraq kino janrına, filmlərə, televiziyaya və dramaturgiyaya aiddir.
Komik maska
Komik maska – eybəcərliyin müxtəlif zahiri səciyyəvi şəkillərini özündə cəmləşdirən üzlüklər. Qədim dövrün bir çox tamaşalarında aktyorlar belə maskalarda, üzlüklərdə çıxış edirdilər. Deyilənə görə, Esxilin əsərlərinin tamaşalarında 28 maska (üzlük) var imiş. Bu kimi üzlüklər, məsələn, sifətin yastılığını, alnın qısalığını, ağzın yekəliyini, dodağın qalınlığını və s. bu kimi fiziki naqislikləri ifadə edirdi. Lakin bu naqisliklər, Aristotelin dediyi kimi, insanda mərhəmət duyğusu oyatmır. Belə qədim maskalara, üzlüklərə Azərbaycan xalq teatrının inkişaf tarixində də təsadüf etmək olar, məsələn, keçəl və kosa maskaları. Əli Sultanlıya görə Azərbaycan xalq teatrında “kosa müəyyən bir üzlükdür (maskadır), hətta oyunda üzlüklə çıxış edir" . Belə tamaşalar səhnə adlana biləcək bir yerdə yox, küçə və meydanlarda səyyari şəkildə nümayiş etdirilib. Bu mərasimlərdə təkcə oyunbazlar, təlxəklər, hoqqabazlar yox, bu və уa digər dərəcədə hamı deyib-gülür, zarafatlaşır və "oynayır".
Komik maskalar
Komik maska – eybəcərliyin müxtəlif zahiri səciyyəvi şəkillərini özündə cəmləşdirən üzlüklər. Qədim dövrün bir çox tamaşalarında aktyorlar belə maskalarda, üzlüklərdə çıxış edirdilər. Deyilənə görə, Esxilin əsərlərinin tamaşalarında 28 maska (üzlük) var imiş. Bu kimi üzlüklər, məsələn, sifətin yastılığını, alnın qısalığını, ağzın yekəliyini, dodağın qalınlığını və s. bu kimi fiziki naqislikləri ifadə edirdi. Lakin bu naqisliklər, Aristotelin dediyi kimi, insanda mərhəmət duyğusu oyatmır. Belə qədim maskalara, üzlüklərə Azərbaycan xalq teatrının inkişaf tarixində də təsadüf etmək olar, məsələn, keçəl və kosa maskaları. Əli Sultanlıya görə Azərbaycan xalq teatrında “kosa müəyyən bir üzlükdür (maskadır), hətta oyunda üzlüklə çıxış edir" . Belə tamaşalar səhnə adlana biləcək bir yerdə yox, küçə və meydanlarda səyyari şəkildə nümayiş etdirilib. Bu mərasimlərdə təkcə oyunbazlar, təlxəklər, hoqqabazlar yox, bu və уa digər dərəcədə hamı deyib-gülür, zarafatlaşır və "oynayır".
Arı (komiks)
Arı (ing. Wasp) — Marvel Comics tərəfindən yaradılmış super qəhrəman personajı. Sten Li və Cek Körbi tərəfindən yaradılmış və ilk dəfə "Heyranedici hekayələr" komiksinin 1963-cü ilin iyununda çıxan sayında yer almışdır. "Şirin" ləqəbli bu personajın əsas gücləri böcək qanadları vasitəsilə uçmaq, əlindən bioelektrik iynələr göndərmək və böyüdüb-kiçilməkdir. Arı Qisasçıların qurucu üzvlərindəndir və uzun illər komandanın üzvü olmuşdur. Partneri və həyat yoldaşı Henk Pim olmuşdur. 2011-ci ilin martında IGN "Ən yaxşı komik super qəhrəmanları" siyahısında Arını 99-cu yerdə göstərmişdir. "Comics Buyer's Guide" jurnalının "Ən cazibədar qadın komiks super qəhrəmanları" siyahısında 94-cü yeri tutmuşdur. 2013-cü ildə isə Marvel.com saytı tərəfindən ən yaxşı 5-ci Qisasçı seçilmişdir. == Bioqrafiya == Canet van Din zəngin alim Vernon van Dinin qızı kimi Nyu Cersinin Kriskill şəhərində anadan olur.
Avatar: Aanq haqqında əfsanə (komikslər)
Avatar: Aanq haqqında əfsanə komiksləri eyni adlı cizgi serialı və Sonuncu hava maqı filmi ilə əlaqəli olan komiksdilər.
Avatar: Korra haqqında əfsanə (komikslər)
Korra əfsanəsi — eyni adlı cizgi serialın ilə əlaqəli olan komikslər.
Betmen (komiks)
Betmen (ing. Batman), başlanğıcda Bet-men (ing. Bat-man "Yarasa - adam") — DC Comics nəşriyyat evində buraxılmış ən məşhur komiks personajlarından biri. Bu superqəhrəman personaj rəssam Bob Keyn və yazıçı Bill Fingerin birgə müəllifliyi ilə yaradılmışdır. İlk dəfə 1939-cu ilin may ayında "Detektiv komiksləri" (ing. Detective Comics) buraxılışının 27 nömrəli sayında dərc edilmişdir. Yaxın vaxtlara qədər Bob Keyn personajın əsas yaradıcısı hesab edilirdi, lakin aparılmış bir çox tədqiqatlardan sonra, 2015-ci ildə müəlliflik hüququ Bill Fingerə təqdim edilmişdir, çünki qəhrəmanın yaradılmasında Keynin töhfəsi olduqca əhəmiyyətsiz idi. Betmenin orijinal tərcümeyi-hal versiyasında — baş qəhrəman, müvəffəqiyyətli sənaye sahibi, filantrop və qadınların sevimlisi olmuş milyarder Bryus Ueynın gizli alter-eqosudur. Uşaqlıqda, öz valideynlərinin qətlinin şahidi olmuş, Bryus öz həyatını ədalət uğrunda cinayətin aradan qaldırılmasına və mübarizəyə həsr etməyə and içir. Özünü fiziki və mənəvi şəkildə hazırlayaraq, o, yarasanın stilizə edilmiş kostyumunu geyinərək və cinayətkarlarla qarşı durma üçün şəhərin küçələrinə çıxır.
Civə (komiks)
Civə (ing. Quicksilver) — ABŞ nəşriyyatı Marvel Comics tərəfindən uydurulmuş mutant super qəhrəman. İlk dəfə 1964-cü ildə "İks-adamlar" komiksinin 4-cü sayında görünmüşdür. Əsl adı Pietro Maksimovdur və bacısı Vanda Maksimov da mutant olub Qırmızı cadugər kimi tanınır. "Əsrarəngiz Qisasçılar" komiksinin 4-cü sayına (2015) qədər atalarının Maqnito olduğu zənn edirdilər. == Həyatı == === İlk illəri === Anaları Maqda Maqnitodan qaçırdı və uşaqları Transiyada yerli qaraçı Bovaya əmanət etmişdir. Bova uşaqları Mariya və Canqa Maksimov ailəsinə verməli olmuşdur. Mariya və Canqa uşaqlara öz uşaqları kimi baxdılar. Burada o, bacısı Vanda ilə birlikdə ilk dəfə super güclərini kəşf etmişdir. Bir dəfə Canqo oğurluq etmiş və buna görə insanlar qaraçı düşərgəsinə hücum etmişlər.
Cubili (komiks)
Cubili (ing. Jubilee) — Marvel Comics tərəfindən yaradılan mutant superqəhrəman. Əsl adı Cubileyşın Lidir. == Gücləri == Cubili bir mutant olub müxtəlif gücdə enerji plazmaları yarada bilməkdədir. O, bu plazmaları idarə edə bilər, müxtəlif şəkillərə soxa, hətta istəsə partlada bilər. Bu plazmalar kürə formasında olub partladıqda müxtəlif rəngdə çox parlaq işıq saçdığından baxan insanı müvəqqəti kor edir. Cubilinin bədəni zərər görmədən bu plazmaları uda bilir. == Həyatı == İki zəngin çinlinin qızı olan Cubili Beverly Hillsdə əziyyətsiz böyüdü. Amma daha sonra onların işlərinin pisləşməsi və muzdlu qatillərin valideynlərini qonşuları ilə səhv salıb öldürməsi həyatını tamamilə dəyişdirmişdir. Yetim qalan Cubili Los-Anceles şəhərində yetimxanaya göndərildi.
Eşşək arısı (komiks)
Arı (ing. Wasp) — Marvel Comics tərəfindən yaradılmış super qəhrəman personajı. Sten Li və Cek Körbi tərəfindən yaradılmış və ilk dəfə "Heyranedici hekayələr" komiksinin 1963-cü ilin iyununda çıxan sayında yer almışdır. "Şirin" ləqəbli bu personajın əsas gücləri böcək qanadları vasitəsilə uçmaq, əlindən bioelektrik iynələr göndərmək və böyüdüb-kiçilməkdir. Arı Qisasçıların qurucu üzvlərindəndir və uzun illər komandanın üzvü olmuşdur. Partneri və həyat yoldaşı Henk Pim olmuşdur. 2011-ci ilin martında IGN "Ən yaxşı komik super qəhrəmanları" siyahısında Arını 99-cu yerdə göstərmişdir. "Comics Buyer's Guide" jurnalının "Ən cazibədar qadın komiks super qəhrəmanları" siyahısında 94-cü yeri tutmuşdur. 2013-cü ildə isə Marvel.com saytı tərəfindən ən yaxşı 5-ci Qisasçı seçilmişdir. == Bioqrafiya == Canet van Din zəngin alim Vernon van Dinin qızı kimi Nyu Cersinin Kriskill şəhərində anadan olur.
Halk (komiks)
Halk (ing. Hulk) — Marvel Comics nəşriyyatı tərəfindən yaradılmış xəyalı super qəhrəman. 1962-ci ildə Sten Li və Cek Kyorbi tərəfindən yaradılmış və həmin ilin mayında "İnanılmaz Halk" komiksinin ilk sayında peyda olmuşdur. "Qisasçılar" komiksinin ilk sayında komandanın qurucu üzvləri arasında da yer almışdır. Ən məşhur ifadəsi "Halk əzər!!!" (ing. Hulk Smash!!!) ifadəsidir. == Bioqrafiya == === İlk illəri === Brayan və həyat yoldaşı Rebekka Bennerin yeganə övladı kimi Ohayo ştatının Dayton şəhərində anadan olmuşdur. Brüs tez-tez içki qəbul edərək sərxoş olan atası tərəfindən döyülərək pis uşaqlıq keçirmişdir. Atası yenə onu döymək istəyərkən anası onu qorumaq istəmiş, amma Brayan onu öldürmüşdür. Atası müalicə üçün bir instituta yerləşdirilmişdir və Brüsə xalası baxmışdır.
Hela (komiks)
Hela – Marvel Comics nəşriyyatı tərəfindən 1964-cü ildə yaradılmış komiks personajı. Yaradıcıları Sten Li və Cek Körbidir. Hela Asqardda Ölüm ilahəsi kimi tanınır. Personaj German-skandinav mifologiyasındakı Hel personajı əsasında yaradılmışdır. Komikslərin Gümüş dövründə debüt edən Hela ilk dəfə "Journey into Mystery" komiksinin 102-ci buraxılışında (mart 1964) görünmüşdür. Hela personajı Marvel Kinematoqrafiya Kainatında Keyt Blanşett tərəfindən canlandırılmışdır: "Tor: Raqnarök" (2017). == Nəşrolunma tarixi == Hela personajı German-skandinav mifologiyasındakı Hel personajı əsasında yaradılmışdır. Yaradıcıları Sten Li və Cek Körbidir. "Journey into Mystery" komiksinin 102-ci buraxılışında (mart 1964) debüt etmişdir. == Bioqrafiya == Hela buz nəhənglərinin ölkəsi olan Yotunhaymda Anqrboda və Lokinin qızı kimi anadan olur (buradakı Loki Torun qardaşı olan Loki deyil, onun başqa bir reinkarnasiyasıdır).
Heymdall (komiks)
Heymdall (ing. Heimdall) – Marvel Comics nəşriyyatı tərəfindən 1962-cü ildə yaradılmış komiks personajı. Yaradıcıları Sten Li, Larri Liber və Cek Körbidir.
Patriot (komiks)
Patriot- Amerikan komiks kitablarında "Marvel Comics" tərəfindən 3 fərqli personajın adı. Bunlar Qızıl era personajı Cefri Meys və müasir dövr qəhrəmanları Eli Bredli, Reyşaun Lukasdır.
Polyaris (komiks)
Polyaris (ing. Polaris) — Marvel Comics personajı. İlk dəfə 1968-ci ilin oktyabrında "İks-adamlar" komiksinin 49-cu sayında peyda olmuşdur. Yaradıcısı Arnold Dreyk və Don Hekdir. Hekayədə atası Maqnitodur. == Haqqında == Əsil adı Lorna Deyndir. Maqnitonun nigahdan olmayan qızı kimi anadan olmuşdur. Həyatı boyunca insanlarla mutantlar arasında sülhü qorumaq uğrunda vuruşmuşdur. Bacarıqları maqnit qalxan və manipulyasiyadır. Lorna atası qədər güclüdür, amma müxtəlif qüvvələr onun güclərindən sui-istifadə etmişlər.
Qambit (komiks)
Qambit (ing. Gambit) — ABŞ-nin Marvel Comics nəşriyyatı tərəfindən yaradılan İks-adamlar personajı. Kris Klermont və Cim Li tərəfindən yaradılmış və ilk dəfə "Əsrarəngiz İks-adamlar"nin 266-cı sayında (avqust, 1990) görünmüşüdür. IGN Qambiti "Bütün dövrlərin ən yaxşı komiks personajları" siyahısında 64-cü yerdə göstərmişdir. 2013-cü ildə isə ComicsAlliance-nin "50 ən cazibədar kişi komiks personajı" siyahısında 4-cü yeri tutmuşdur. == Nəşr olunma tarixi == Qambit ilk dəfə "Əsrarəngiz İks-adamlar" komiksinin 266-cı sayında (avqust, 1990) görünmüş və Mayk Kollins tərəfindən təsvir edilmişdir. Amma bundan əvvəl "İllik Əsrarəngiz İks-adamlar" komiksinin 14-cü sayında (iyul, 1990) kameo görüntüsü peyda olmuşdu. Qambit "Əsrarəngiz İks-adamlar" komiksində komandanın 281-ci sayda dağılmasına qədər bir çox dəfə yer almışdır. Bundan sonra Qambit İks-adamlar komandasına qoşulmuşdur. "X-treme İks-adamlar" komiksinin 5-ci buraxılışında da peyda olmuşdur.
Qara pantera (komiks)
Qara pantera (ing. Black Panther) – Marvel Comics nəşriyyatı tərəfindən 1966-cı ildə yaradılmış komiks personajı. Sten Li və Cek Körbi tərəfindən yaradılmış və ilk dəfə "Fantastic Four" komiksinin 52-ci sayında peyda olmuşdur. Qara panteranın əsl adı T'Çalladır, Afrikada yerləşən uydurma dövlət Vakandanın kralı və qoruyucusudur. Qədim Vakanda ritualları sayəsində güclər əldə etməklə yanaşı güclü elmi biliklərə və döyüş sənəti bacarığına malikdir. Döyüşərkən Vakandanın üstün texnologiyasından da istifadə edir. Qara pantera ABŞ komikslərində peyda olmuş ilk Afrika əsilli personajdır. O, Şahin (1969), Lük Keyc (1972), Bleyd (1972) və Con Stüart (1971) personajlarından da öncə yaradılmışdır. Bir komiksdə Qara pantera kostyumu Nyu-York polisi Kasper Kolun əlinə düşür və Kasper Kol Ağ pələng adı ilə Qara panteranın müttəfiqi olur. Qara pantera bir müddətliyinə onun bacısı Şuriyə də verilmişdi.
Qara pişik (komiks)
Qara pişik (ing. Black Cat) və ya əsl adı ilə Felisiya Hardi (ing. Felicia Hardy) – Marvel Comics tərəfindən nəşr olunan komikslərdə peyda olan uydurma personaj. Marv Volfman və Deyv Kokrum tərəfindən yaradılmış, ilk dəfə "The Amazing Spider-Man" komiksinin 194-cü sayında (iyul 1979) peyda olmuşdur. Qara pişik Hörümçək-adamın bir müddətlik sevgilisi, həm düşməni, həm də müttəfiqidir. Qara pişik "Wizard" jurnalının ən böyük komiks personajları siyahısında 152-ci yerdə göstərilmişdir. IGN personajı "Top-25 Hörümçək-adam" düşməni siyahısında 24-cü yerdə vermişdir. Comics Buyer's Guide "Komikslərdə 100 ən seksual qadın" siyahısında onu 27-ci yerdə göstərmişdir. Qara pişik bir neçə videooyun, animasiya serialı və məhsulda görünmüşdür. "Hörümçək-adam 4" filmində görünməsi planlaşdırılsa da, film ləğv olunmuşdur.
Qisasçılar (komiks)
Qisasçılar (ing. Avengers) – Marvel Comics nəşriyyatı tərəfindən 1963-cü ildə yaradılmış superqəhrəman komandası. Komanda Sten Li və Cek Körbi tərəfindən yaradılmış və ilk dəfə "The Avengers" komiksinin 1-ci sayında (sentyabr 1963) peyda olmuşdur. Qisasçılar komandası Sten Li və Cek Körbi tərəfindən Timely Comics-in (Marvel Comics-in sələfi) Bütün qaliblər heyəti superqəhrəman komandasının bərpa edilmiş forması kimi yaradılmışdır. "Yerin ən qüdrətli qəhrəmanları" ləqəbi ilə də tanınan Qisasçılar komandasının orijinal üzvləri Qarışqa-adam, Eşşək arısı, Dəmir adam, Halk və Tordur. 2-ci sayda Qarışqa-adam Nəhəng-adam olmuşdur. 4-cü sayda Kapitan Amerika buzda donmuş halda tapılır və o da komandaya qoşulur. Komandanın üzvləri tez-tez dəyişsə də, komandanın ideyası heç vaxt dəyişməmişdir: "Qisasçılar bir qəhrəmanın təkbaşına döyüşə bilməyəcəyi düşmənlərlə döyüşür". Komanda həmçinin "Qisasçılar, birləşin!" şüarı ilə tanınır. Müxtəlif vaxtlarda Qeyri-insanlar, mutantlar, insanlar, yadplanetlilər, androidlər, fövqəltəbii varlıqlar, hətta keçmiş supercinayətkarlar bu komandanın üzvü olub.
Secret Wars (komiks, 2015)
"Secret Wars" (azərb. Gizli müharibələr‎) — 2015-ci ilin 6 mayında Marvel Comics tərəfindən nəşr olunan və hazırda da yayınlanan komiks. Gizli müharibələr Marvel dünyasında baş verən ən böyük hadisədir. == Arxa plan == 2015-ci ildə nəşr olunan bu komiksdən əvvəl 1984-1985-ci illərdə "Secret Wars" və davamı olan "Secret Wars II", 2004-cü ildə "Nik Furinin Gizli müharibələri" adlı eyniadlı komikslər də nəşr olunmuşdur. Marvel Comics 1985-ci ildə nəşr olunan "Secret Wars" komiksinin 30 illiyi münasibətilə yenə eyniadlı komiks nəşr etmək qərarı almışdır. == Hekayə == Hekəyə üç hissədən ibarətdir: Son günlər (ing. Last Days) Battleworld Müharibə zonaları (ing. War Zones) === Məzmun === Hər şey Qara Panteranın İlluminati komandasını yenidən toplaması ilə başlamışdır. Qrup sonsuz sayda dünyaların tək-tək məhv olduğunu kəşf etmişdir. Bu hadisələrə İşğal (ing.
Taskmaster (komiks)
Taskmaster — Marvel Comics nəşriyyatının uydurduğu anti-qəhrəman. İlk dəfə 1980-ci ilin mayında "Qisasçılar" komiksinin 195-ci buraxılışında görünmüşdür. İndiyə qədər heç bir filmdə Taskmaster görünməsə də, 2014-cü ildə "Qisasçılar Məxfi: Cəzalandıran və Qara dul" və "Qəhrəmanlar birliyi: Dəmir adam və Kapitan Amerika" animasiyalarında yer almışdır. == Bioqrafiya == Əsl adı bilinmir. Qəribə bacarığını uşaq yaşlarında ikən kəşf etmişdir. Anasının çağırdığı psixoloqlar onun digərlərinin hərəkətlərini təqlid edə bildiyini söyləmişdilər. Gənclik illərində bacarığından öz ehtiyacları üçün istifadə etmişdir. Məktəbdən məzun olduqdan sonra cinayətlə mübarizə aparmağa başladı, amma daha sonra cinayətkar olmağın daha əlverişli olduğu qərarına gəlmişdir. Televizorda döyüş proqramlarını izləyərək hərəkətlərini əzbərləməyə başlamışdır. Öyrəndiyi döyüş texnikaları ilə adi cinayətkarları peşəkar cinayətkarlara çevirən bir akademiya qurmuşdur.
Tintin Tibetdə (komiks)
Tintin Tibetdə (fr. Tintin au Tibet) — belçikalı Erjenin komiksi Tintin macəralarının 20-ci hissəsi. 1958-ci ilin sentyabrından 1959-cu ilin noyabrına qədər Tintin jurnalında həftəlik seriyası çıxmışdır. 1960-cı ildə isə kitabı çap olunmuşdur. Erje bu seriyanı Tintinin macəralarının ən sevdiyi hissəsi hesab edir. Çünki bu hissəni travmatik kabuslardan və arvadını başqa qadın üçün tərk etdiyində yaranan konfliktdən əziyyət çəkdiyi vaxt yazmışdır. Seriyanın mövzusuna görə gənc reportyor Tintin təyyarə qəzasında öldüyü bildirilən dostu Çanq Çonq-Çeni axtarır. Çanqın yaşadığına inanan Tintin Himalay dağları boyunca Tibetə qədər Yeti ilə belə qarşılaşaraq axtarışlarını aparır. Anbardaki kömür və onun çox sayda obrazlarını izləyən Tintin Tibetdə yalnız bir neçə tanınan obrazı işlətməklə və Tintinin mənfi personajlara qarşı mübarizəsinin mövzu olmadığı tək Erje macərası olmaqla Anbardaki kömürdən fərqlənir. Erjenin hekayəsinin temalarına telepatiya, Tibet buddizmi və dostluğu daxildir.
Veb-komiks
Veb-komiks və ya onlayn-komikslər (ing. Webcomic) – İnternetdə yayımlanan komikslərdir. Bir çox veb-komikslər yalnız onlayn rejimində çap olunurlar, kommersiya və ya bədii istifadə üçün şəbəkə arxivinə malikdirlər. Praktiki olaraq hər kəs şəxsi veb-komiksini yaradaraq İnternetdə çap edə bilər. Hal-hazırda İnternetdə minlərlə komikslər mövcuddur.
Vətəndaş müharibəsi (komiks)
Vətəndaş müharibəsi (ing. Civil War) — Marvel Comics tərəfindən 2006-cı ilin iyulundan 2007-ci ilin yanvarına qədər yayınlanan hekayə. Hekayə Mark Miller tərəfindən yazılmışdır. Marvel dünyasında ən əhəmiyyətli hadisələrdən biridir. Hekayə "Sənin tərəfin hansıdır?" şüarı ilə nəşr olunmuşdur. == Məzmun == === Səbəb === Hadisələr "Yeni Döyüşçülər" adlı super komandanın bir TV şou çəkməsi ilə başlayır. Super cinayətkarlarla canlı yayında döyüşərkən Nitro adlı super cinayətkar yerli ibtidai məktəbi partladır. Yaşanan tragediyanın şokundan sonra ABŞ hökuməti super qəhrəmanların qeydiyyata alınması haqqında qanun hazırlayır. Bu qanuna görə super qəhrəmanlar artıq gizli kimliklərlə fəaliyyət göstərməyəcək, dövlət üçün işləyəcəklər. ABŞ hökuməti hər ştat üçün super qəhrəman təyin edəcəkdir.
İpək (komiks)
İpək (ing. Silk) və ya əsl adı ilə Sindi Mun (ing. Cindy Moon) – Marvel Comics tərəfindən nəşr olunan komikslərdə peyda olan uydurma personaj. Den Slott və Umberto Ramos tərəfindən yaradılmış, ilk dəfə "The Amazing Spider-Man" komiksinin 1-ci sayında (aprel 2014) peyda olmuşdur. Koreyalı-amerikalı mənşəyə malik olan İpək Hörümçək-adam personajlarından biridir. İpək bir neçə video oyunda və filmdə görünmüşdür. "Hörümçək-adam: Evə qayıdış" filmində Sindi Mun rolunu Tiffani Espensen canlandırmışdır. "Qisasçılar: Sonsuzluq savaşı" filmində isə çox qısa səhnədə görünmüşdür. Sony 22 iyun 2018-ci ildə "İpək" filmi üzərində işlədiklərini bildirmişdir. == Nəşrolunma tarixi == İpək Den Slott və Umberto Ramos tərəfindən yaradılmış, ilk dəfə "The Amazing Spider-Man" komiksinin 1-ci sayında (aprel 2014) üzsüz şəkildə kameo etmişdir.
Şahin (komiks)
Şahin (ing. Falcon) və ya əsl adı ilə Samuel Tomas "Sem" Uilson (ing. Samuel Thomas "Sam" Wilson) – Marvel Comics nəşriyyatı tərəfindən 1969-cu ildə yaradılmış komiks personajı. Sten Li və Cim Koland tərəfindən yaradılmış və ilk dəfə "Captain America" komiksinin 117-ci sayında peyda olmuşdur. "Şahin" ləqəbindən istifadə edən Sem Uilson mexaniki qanadları ilə sərbəst uçmaq və quşlarla telepatiya qurmaq bacarıqlarına malikdir. Stiv Rocersin yaxın köməkçisi olan Sem Uilson onun superqəhrəmanlıq karyerasını bitirməsindən sonra yeni Kapitan Amerika və Qisasçıların lideri olmuşdur. Sem Uilsonun dayısı oğlu Cim Uilson Halkın yaxın köməkçisi olmuşdur. Cimin atası Qideon Uilson Qamma korpusuna qoşulmuşdur. Semin Pol və Derleyn Uilson adlı valideynləri və Sara Kasper adlı bacısı var. Şahin Marvel Kinematoqrafiya Kainatının personajlarından biridir.
Şahingöz (komiks)
Şahingöz (ing. Hawkeye) — ABŞ komiks nəşriyyatı Marvel Comics tərəfindən 1964-cü ildə yaradılan komiks personajı. Sten Li və Don Hek tərəfindən uydurulmuşdur. İndiyə qədər 4 filmdə görsənmişdir. Qisasçılar komandasının sabiq üzvüdür. Əsas bacarığı yüksək dəqiqliklə ox atmasıdır. IGN-nin "Ən yaxşı 100 komiks super qəhrəmanı" siyahısında 44-cü yeri tutmuşdur. == Bioqrafiya == === İlk illəri === Əsl adı Klint Bartondur. Karyerasına bir sirkdə işləməklə başlamışdır. Qılınc-adam və Trik Şot kimi Marvel dünyasının ən sərrast personajları tərəfindən öyrədilən Klint həyatını sirkdə ox atmaqla qazanmışdır.
Şokçu (komiks)
Şokçu (ing. Shocker) — Marvel Comics tərəfindən yaradılan supercinayətkar personaj. Baş düşməni Hörümçək-adamdır. 2017-ci ildə MKK-ya daxil olan "Hörümçək-adam: Evə qayıdış" filmində Bukem Vudbayn tərəfindən canlandırılmışdır. == Nəşr olunma tarixi == Şokçu ilk dəfə 1967-ci ilin martında "The Amazing Spider-Man" komiksinin 46-cı buraxılışında peyda olmuşdur. Personajın yaradıcıları Sten Li və Con Romitadır. "Thunderbolts" komiksinin 157-162 saylarında komandanı tərk edənədək görünmüşdür. == Bioqrafiya == Əsl adı German Şultsdur. Nyu York şəhərində anadan olur. Orta məktəb təhsili alır və bununla yanaşı əla mühəndis və ixtiraçı bacarıqlarına yiyələnir.

Digər lüğətlərdə