Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kompensasiya
Kompensasiya (lat. compensatio, compensare - tarazlaşdırmaq, ödəmək) — bərpa etmək, haqqını ödəmək, ödəniş və s. mənalarda işlədilir. Şəxsiyyətə, əmlaka və ya vətəndaşın nüfuzuna dəymiş zərərin, eləcə də hüquqi şəxsin əmlakına və nüfuzuna dəymiş zərərin ödənilməsi. == İcra kompensasiyası == Qanunla kompensasiya ödənişinin alınması bilavasitə zərər çəkməyən şəxsə də təyin edilə bilər (məsələn, azyaşlı uşaqlara dəymiş zərərin kompensasiyası onların valideynlərinə və qəyyumlarına verilə bilər; hüquqi şəxsə, yaxud vətəndaşa əmək vəzifələrinin icrası zamanı işçi tərəfindən dəymiş zərər idarə tərəfindən ödənilir). Birgə zərər vurmuş şəxslər zərərçəkən qarşısında birlikdə cavabdehdirlər. Digər şəxs tərəfindən dəymiş zərəri ödəməyi öhdəsinə götürən şəxs zərərvurana əks tələb qoymaq hüququna (reqress) malikdir. Birgə dəymiş zərəri ödəyən zərəri vurmuş şəxs, bu zərəri vurmuş şəxsin günahının müvafiq dərəcəsi ölçüsündə kompensasiyanın zərərçəkmişə ödənilən hissəsini zərəri vurmuş digər şəxsdən tələb etmək hüququna malikdir. Günahın dərəcəsinin müəyyən edilməsinin qeyri-mümkünlüyü zamanı paylar bərabər qəbul edilir. Kompensasiya təkcə şəxsə və əmlaka dəymiş zərərə yox, həm də mənəvi zərərə aiddir.
Nasizm rejiminin qurbanları üçün ikitərəfli kompensasiya sazişləri
Nasizm rejiminin qurbanları üçün ikitərəfli kompensasiya sazişləri (alm. Globalabkommen‎) — Nasizm rejiminin təqibinə məruz qalmış şəxslərə kompensasiya ödənilməsi məqsədilə 1959-1964-cü illərdə Qərbi Almaniya (indiki Almaniya Federativ Respublikası) ilə on iki Qərbi Avropa ölkəsi (Avstriya, Belçika, Danimarka, Fransa, Yunanıstan, İtaliya, Lüksemburq, Niderland, Norveç, İsveç, İsveçrə və Birləşmiş Krallıq) arasında bağlanmış sazişlər toplusu. İkitərəfli sazişlərlə Almaniya hər hansı hüquqi öhdəlik olmadan, könüllü şəkildə ümumilikdə 876 milyon alman markı ödəyəcəyini müəyyən etmişdir. Soyuq müharibə dövründə hökm sürən siyasi vəziyyətə görə, Nasizm rejiminin işğalından əziyyət çəkmiş heç bir Şərqi Avropa dövləti ilə bu cür müqavilələr bağlanmamışdır. Özünü Alman Reyxinin varisi hesab etməyən Şərqi Almaniya isə bu ikitərəfli sazişlərin heç birində iştirak etməsə də, 1980-ci illərdə Avstriya, Finlandiya və İsveçlə barışıq sazişləri bağlamışdır. Almaniya aşağıdakı dövlətlərlə müqavilələr bağlamışdır: Bu sazişlərə görə Almaniya sonrakı məhkəmə işlərində müharibə cinayətinin qurbanları və onların ailə üzvləri tərəfindən irəli sürülən növbəti kompensasiya iddialarına münasibətdə hər hansı maddi məsuliyyətini inkar etmişdi. Bununla yanaşı, Almaniya müharibə cinayətkarlarının İtaliya kimi ölkələrə ekstradisiya edilməsi ilə bağlı qanuni öhdəliyini aradan qaldırdı. İtaliya məhkəmələrinin Almaniya hökumətinin üzərinə kompensasiya ödəmək öhdəliyini qoyan çoxsaylı təkrarlanan qərarlarından sonra, Almaniya immunitet tələbi ilə işi Beynəlxalq Ədalət Məhkəməsinə təqdim etmişdi. 2012-ci ildə Məhkəmə Almaniyanın lehinə qərar vermişdi. 1990-cı ildə birləşmiş Almaniya oxşar məzmunda sazişi ABŞ dövləti ilə də bağlamışdı.
Kondensasiya
Kondensasiya — qaz halında olan bir maddədin kimyəvi tərkibini saxlamaqla maye damcıları şəklində şəkil dəyişdirməsidir. Kondensasiya molekulların hərəkət intensivliklərinin azalması nəticəsində qarşılıqlı olaraq digər molekullarla cazibə nəticəsində bir araya yığılıb nisbətən sıx molekulyar qəfəs formalaşdırması ilə izah olunur. Kondensasiya prosesində buxardan enerji ayrılır. Kondensasiya buxarın mayeyə toxunmadığı halda da baş verə bilir. Buna misal buludların əmələ gəlməsidir: Yer səthindən qalxan su buxarının molekulları atmosferin nisbətən soyuq təbəqələrində qruplaşaraq kiçik su damcıları yaradır. Bu damcılar isə səmada “süzən” buludları əmələ gətirir. == Sublimasiya və desublimasiya == Bərk cisimlərin buxarlanma prosesi sublimasiya, əks proses isə desublimasiya adlanır. Sublimasiya — maddənin bərk haldan birbaşa qaz halına keçmə prosesidir. Məsələn, “quru buz ” (CO2 bərk halda) mayeləşmədən buxarlanır. Bəzi bərk cisimlər, məsələn, naftalin sublimasiya etdiyinə görə biz onun iyini hiss edirik.
Atmosferdə kondensasiya
== Kondensasiya == Qaz halında olan bir maddədin kimyəvi tərkibini saxlamaqla maye damcıları şəklində keçməsidir. Kondensasiya malekulların hərəkət intensivliklərinin azalması nəticəsində qarşılıqlı olaraq digər malekullarla cazibə nəticəsində bir araya yığılıb nisbətən sıx molekulyar qəfəs formalaşdırması ilə izah olunur. == Atmosferdə kondensasiya == Atmosferdə həmişə müəyyən miqdarda su buxarı mövcuddur. Bununla belə atmosferdə su üç halda ola bilər: qazvari (su buxarı), maye (su), və bərk (buz). Atmosferdəki su buxarı bərk və maye halına keçə bilər. Atmosferdə suyun qazvari haldan maye halına keçməsinə atmosferdə kondensasiya deyilir.
Atmosferdə kondensasiya nüvəsi
== Kondensasiya == Qaz halında olan bir maddədin kimyəvi tərkibini saxlamaqla maye damcıları şəklində keçməsidir. Kondensasiya malekulların hərəkət intensivliklərinin azalması nəticəsində qarşılıqlı olaraq digər malekullarla cazibə nəticəsində bir araya yığılıb nisbətən sıx molekulyar qəfəs formalaşdırması ilə izah olunur. == Atmosferdə kondensasiya nüvəsi == Su buxarının kondensasiyası üçün havada toz hissəcikləri və aerozollar olmalıdır və bu zərrəciklər də kondensasiya nüvələri adlanırlar. Atmosferdə kondensasiya nüvələri olmasa, təmiz havada su buxarının kondensasiyası üçün 4–8 qat artıq doyma şəraiti olmalıdır. Ancaq real atmosferdə bu şəraitin əmələ gəlməsi mümkün deyil. Kondensasiya nüvələri əriyən və əriməyən olmaqla, radiusu 5•10–7-2•10–5sm olan kiçik hissəciklərdən ibarətdir. Kondensasiya nüvələri rolunu oynayan hissəciklər atmosferə yanacağın yanması, dağ süxurlarının sovrulması, dəniz suyunun buxarlanması və vulkan püskürməsi nəticəsində daxil olurlar. Kondensasiya nüvələri ən çox atmosferin aşağı təbəqələrində olmaqla, hündürlük artdıqca tədricən azalırlar.