Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Smile
Smile — 1936-cı ildə çəkilmiş "Müasir dövr" (Modern Times) filminin saundtreki kimi Çarli Çaplin tərəfindən bəstələnmiş mahnı. Sözləri 1954-cü ildə Con Törner və Ceffri Parsons tərəfindən yazılmışdır. Mahnı bir sıra müğənnilər tərəfindən ifa edilmişdir. Həmçinin, 1995-ci ildə Maykl Cekson tərəfindən ifa edilmiş və onun həmin il yayımlanan HIStory: Past, Present and Future, Book I albomuna daxil edilmişdir. == Mahnının sözləri == Mahnı ilk dəfə Net Kinq Koul tərəfindən 1954-cü ildə ifa edilmişdir. Həmçinin, 1991-ci ildə onun qızı Natali özünün "Unforgettable...With Love" adlı albomunda bu mahnıya yer vermişdir. Smile, though your heart is aching, Smile, even though it's breaking. When there are clouds in the sky- You'll get by.If you smile through your fear and sorrow, Smile and maybe tomorrow You'll see the sun come shining through For you.Light up your face with gladness, Hide every trace of sadness. Although a tear may be ever so near, That's the time you must keep on trying, Smile, what's the use of crying? You'll find that life is still worthwhile, If you just smile.
Smile (albom)
Smile — L'Arc~en~Ciel qrupunun albomudur.
Don't Smile at Me
Don't Smile at Me — amerikalı müğənni Billi Aylişin ilk mini-albomu. 11 avqust 2017-ci ildə Darkroom və Interscope Records tərəfindən buraxılıb. Mini-albomdakı treklər Ayliş və prodüserlik edən qardaşı Finneas O'Konnell tərəfindən yazılmışdır. Albom R&B və caz elementlərini özündə birləşdirən elektropop və bedrum pop rekordudur. Mini-albom 2016-cı ildən 2018-ci ilə qədər yeddi sinqlın buraxılması ilə dəstəkləndi. 2016-cı ildə buraxılmış "Ocean Eyes" və 2017-ci ildə yayımlanmış "Idontwannabeyouanymore" sinqlları ABŞ Billboard Hot 100 və Birləşmiş Krallıq sinqllar hit-paradına daxil olub. "Bellyache" Billboard Bubbling Under Hot 100-də ilk beşliyə daxil oldu, "Copycat" isə hit-paradda 12-ci yerə yüksəldi. Ayliş mini-albomu daha da tanıtmaq üçün 2017 və 2018-ci illərdə Don't Smile at Me Tour və Where's My Mind konsert turlarına çıxmışdır. Mini-albom musiqi tənqidçilərindən ümumiyyətlə müsbət rəylər aldı, bir çoxu Aylişin musiqisini və ifalarını təriflədi. "Hostage" mahnısı 2019 MTV Video Musiqi Mükafatlarında Ən Yaxşı Kinematoqrafiya nominasiyasına namizəd oldu.
Smilets burnu
Smilets burnu (bolq. нос Смилец, ‘Nos Smilets’ \'nos smi-'lets\) — Antarktidanın Cənubi Şetland adalarının Nelson adası sahillərindən 500 m şimal-qərbdə yerləşən qayalardan ibarət burundur. Burun Holl buxtasından cənub-qərbdə yerləşmişdir. Ada 19-cu əsrdə ağ sənayeçilər tərəfindən kəşf olunmuşdur.Burun 1292-1298-ci illərdə Bolqarıstan çarı olan Smiletsin adını daşıyır. == Yerləşməsi == Harmoni burnundan 5.24 km şimal-şərqdə, Retamales burnundan isə 2.85 km cənub-qəbdə yerləşmişdir. Britaniya xəritəsinə 1968-ci ildə daxil edilmişdir. == Xəritə == Livingston Island to King George Island. Arxivləşdirilib 2014-02-04 at the Wayback Machine Scale 1:200000. Admiralty Nautical Chart 1776. Taunton: UK Hydrographic Office, 1968.
Bulbophyllum simile
Bulbophyllum simile (lat. Bulbophyllum simile) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Emile Loubet
Emile Loubet (31 dekabr, 1838 – 20 dekabr, 1929) — Fransa prezidenti. 1899-cu ildə bu vəzifəyə seçilmişdir.
Emile Ounei
Emile Ounei (30 noyabr 1996-cı ildə anadan olub) — Yeni Kaledoniya təmsilçələrindən olan Tiqa Sport klubunda hücumçu kimi çıxış edən peşəkar Yeni Kaledoniya futbolçusudur. == Milli karyerası == Ounei Yeni Kaledoniya milli futbol komandasında debütünü 11 iyun 2017-ci ildə Fici millisinə qarşı oyunda etmiş və penalti qolu ilə yadda qalmışdır. Həmin görüşdə Yeni Kaledoniya rəqibinə 2-1 hesabı ilə qalib gəlmişdir. == Karyera statistikası == === Milli komanda === 14 İyun 2017 tarixində yenilənib === Milli komanda qolları === Nəticələr və qollar Yeni Kaledoniya hesablamasının birinci siyahısındadır.
Emile Oustalet
Oustalet Emile (fr. Jean-Frédéric Émile Oustalet; 24 avqust 1844-23 oktyabr 1905) — fransız zooloqu.
Oustalet Emile
Oustalet Emile (fr. Jean-Frédéric Émile Oustalet; 24 avqust 1844-23 oktyabr 1905) — fransız zooloqu.
Trillium simile
Trillium simile (lat. Trillium simile) — melantkimilər fəsiləsinin trillium cinsinə aid bitki növü.
Mile Nedelkoski
Mile Nedelkoski (mak. Миле Неделкоски; 25 iyul 1935, Pirlepe – 21 iyun 2020, Skopye, Skopye), Makedoniyalı şair, yazıçı, hekayə və dramaturq.
SMILES
SMILES (ing. Simplified Molecular Input Line Entry Specification - Molekulyar girişi sadələşdirən xəttin giriş spesifikasiyası) - ASCII sxemi ilə kimyəvi maddənin birbaşa stukturunu izah edən sistemdir. Digər "smiles" (azərb. gülüşlər‎) adlı ingilis sözünün omonimidir.
Şilə
Şilə (türk. Şile) — İstanbul ilinin ilçəsi. Mərmərə regionunun şimal-şərqində, Qara dəniz sahilində yerləşir. Şərqdə Kandıra, cənub-şərqdə Dərincə və Körfəz, cənubda Pendik və Qəbzə, cənub-qərbdə Çəkməköy, qərbdə isə Beykoz ilçələri ilə həmsərhəddir.
Əhməd Şmide
Əhməd Şmide (7 dekabr 1935-10 oktyabr 2010)—ədəbiyyatşünas. == Həyatı == Əhməd Şmide 1935-ci ilin 7 dekabrında Berlində dünyaya gəlmişdir. 19 yaşında islam dinini qəbul etmiş Əhməd bəy gənc yaşlarından türk xalqlarının, o cümlədən Azərbaycan türklərinin tarixinə, mədəniyyətinə böyük maraq göstərmiş, ömrü boyu ədəbi abidələrimizi tədqiq etmişdir. Əhməd Şmide uzun illər Azərbaycan ədəbiyyatının incilərini, şifahi xalq ədəbiyyatı nümunələrini alman dilinə tərcümə etmiş, tariximizi, ədəbiyyatımızı, mədəniyyətimizi Almaniyada təbliğ etmişdir. O Almaniyada "Daşa dönmüş şəhər", "Xoruz ilə padşah" adlı Azərbaycan nağılları toplularını, "Kitabi-Dədə Qorqud" boylarını, Bəxtiyar Vahabzadənin "Azərbaycan oğluyam", "Musiqim Qarabağdır", "İkinci səs" adlı kitablarını tərcümə edərək çap etdirmişdir. Xüsusilə onun tərcüməsində Almaniyada nəşr edilmiş "Kitabi-Dədə Qorqud" gözəl bədii tərtibatı ilə diqqəti cəlb edir. Əhməd Şmide Türkiyədə də ədəbiyyatımızı təbliğ etmiş, Molla Pənah Vaqifin, Aşıq Ələsgərin şeirlərini Türkiyə türkcəsində çapa hazırlamış, Azərbaycan mətbuatında ədəbiyyatımıza, tariximizə dair məqalələri ilə çıxış etmişdir. Əhməd Şmide son illərdə Qarabağ həqiqətlərinin alman ictimaiyyətinə çatdırılmasında böyük işlər görmüş, ermənilərin torpaq iddialarına, işğalçılıq siyasəitinə qarşı kəsərli cavablar vermişdir. Görkəmli alim AMEA M.füzuli adına Əlyazmalar İnstitutu ilə də əlaqələr saxlayır, araşdırmaları zamanı tapdığı maraqlı əlyazmalar barədə xəbər verirdi. O, Şərq əlyazmaları kitabxanalarından birində tapdığı "Oğuznamə" adlı yazılı abidənin surətini əldə edərək Əlyazmalar İnstitutuna göndərmiş, əsər Bakıda nəşr edilmişdir.
Eqon Şile
Eqon Şile (alm. Egon Schiele‎; 12 iyun 1890[…] – 31 oktyabr 1918[…], Vyana, Avstriya-Macarıstan) — Avstriya rəssamı. == Həyatı == Eqon Şile 12 iyun 1890-cı ildə anadan olmuşdu. Ekspressionist Eqon Şile XX əsrin məşhur rəssamı olub. O da seksual təsvirlərlə xeyli məşhurluq qazanıb. Bildirilir ki, o, 17 yaşlı modellə birlikdə həbs olunub. Şile erotikaya baş vuran ilk rəssamlardan biri olub. Eqon Şile 31 oktyabr 1918-ci ildə Vyanada vəfat edib.
Şilə mayakı
Şilə mayakı (türk. Şile Feneri) — İstanbulun Şilə ilçəsində Bosfor və Qara dənizə xidmət edən bir mayak. Qara dənizdə sahil təhlükəsizliyini təmin edən iki mayakdan biri olan Şilə mayakı, digər mayak evləri kimi 1859-cu ildə Osmanlı İmperiyası dövründə inşa edilmişdir. Mayak dəniz səviyyəsindən 60 metr yüksəklikdəki qayalarda 110 sm yüksəklikdədir. Səkkizguşəli qüllə şəklində inşa edilmişdir. Görüş məsafəsi 20 dəniz milini təşkil edən sarım sistemi olan fənər ilk dövrlərdə 3 qaz lampası ilə işləyərkən 1968-ci ildə elektriklə işləməyə başladı. Bu gün muzeyə çevrilən Şilə mayakı, 150 illik bir tarixə sahibdir. == Tarixçə == Şilə mayakı, Krım müharibəsində gəmilərin Qara dənizdən Bosfora girməsini təmin etmək üçün qurulan mayaklardan biridir. Bu məqsədlə, 1856-1859-cu illərdə Bosfor ətrafında qurulan Anadolu mayakından sonra Sultan Əbdüləziz tərəfindən inşa edilmişdir. Türk memarları daş hissəsini dizayn edərkən, metal hissələri və linza büllur sistemi Parisdəki bir fabrikdən idxal edilmişdir.Mayak bu gün orijinal formasını saxlaya bilmişdir.
Amili
Amili (sanskr. ომალო; trans. Omalo) - Tioneti rayonunda kənd adı. == Toponimkası == Amili- Tioneti rayonunda kənd adı. Gürcücə yazılışı Omalo. Qədim türkmənşəli Kaymak tayfasının İmi qolunun adını əks etdirir. Azərbaycanda Böyük Əmili və Kiçik Əmili (Qəbələ rayonu) kənd adları ilə mənşəcə eynidir. IX əsrdə İrtış çayının yuxarı axını sahillərində yaşamış kaymaklar ondan sonra qıpçaqlarla birgə Cənub-şərqi Avropaya gəlmişlər. Kaymakların mənbələrdə İmi (eymür), İmək, Tatar, Bayandur və Qıpçaq qollarından ibarət olması göstərilir. Ehtimal ki, Cənubi Qafqaza gəlib məskunlaşmış kaymakların içərisində İmi (eymür) tayfası da vardı.
Gemile
Gemile (türk. Gemile) — Türkiyənin sahilində, Fəthiyə şəhəri yaxınlığında yerləşən adadır. Adada IV və VI əsrlər arasında tikilmiş kilsələrin və tikililərin bir neçə xarabalığı yerləşir. Arxeoloqlar güman edirlər ki, ada müqəddəs Nikolay Çudotvoreçin ilkin basdırılma yeri ola bilər. == Coğrafiyası == Kiçik ada təxminən Fəthiyə şəhərindən 9 kilometr cənubda yerləşmişdir. Türkiyə sahilindən 200 metr məsafədə yerləşir. Gemile adası insan yaşamayan qayalıq adadır. Adanın şimal sahili boyunca kiçik liman yerləşir. Qalan sahil xətti qayalıqdır və sıldırımlıdır. == Görməli yerləri == Adada IV və VI əsrlər aralığında Bizans İmperiyası dövründə tikilmiş beş kilsənin xarabalıqları yerləşir.
Milet
Milet (yun. Μίλητος) - Kiçik Asiyanın (Anadolu) qərb sahillərində, Böyük Menderes çayının cənubunda yerləşən qədim Yunan şəhəri. Hal-hazırda Türkiyənin cənub-qərbində Egey bölgəsində Balat kəndi yaxınlığında dağıntıları qalmışdır. == Tarixi == İlk məskunlaşma e.ə.IV minilliyin ikinci yarısına aid edilir . Əfsanəyə görə şəhəri Kritdən köçüb gəlmiş qəhrəman Milet salmışdır. Miletdə mina üslubunda freskalar və mixi yazılı mətnlər tapılmışdır . E.ə. XIV əsrə aid Mikena mədəniyyətinə aid dulusçuluq məmulatları tapılmışdır . Şəhərin yunan dilindəki adı xet dilindəki Milavanda (bir başqa məlumata görə Milavanda - Miliadadır) ilə üst-üstə düşür . "-vanda" ilə bitən təxminən 50 xet adları məlumdur.
Msila
Msila (ərəb. المسيلة‎) — Əlcəzairin şimalında şəhər, eyniadlı vilayətin inzibati mərkəzi. == Coğrafi mövqe == Şəhər vilayətin şimal hissəsində, Atlas dağlarının ətəklərində, dəniz səviyyəsindən 467 metr yüksəklikdə yerləşir.Msila ölkənin paytaxtı Əlcəzairdən təxminən 175 kilometr cənub-şərqdə yerləşir. == Əhalisi == 2008-ci ilin siyahıyaalınmasına əsasən, əhalinin sayı 156,647 nəfər idi. İllər üzrə şəhər əhalisinin dinamikası: == Nəqliyyat == Ən yaxın hava limanı Bu-Sadə şəhərində yerləşir. == İqtisadiyyat == Msila əhəmiyyətli regional kənd təsərrüfatı, eləcə də ticarət mərkəzidir.
Shine
Shine — (Azərbaycanca: Parla) Avstriyanın 2013 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.
Small
Con Kunkel Smol (ing. John Kunkel Small) (31 yanvar 1869, Harrisburq, Pensilvaniya — 20 yanvar 1938, Manhetten, ABŞ) — botanik. ABŞ florası (xüsusilə də Florida ştatı) taksonu üzrə ixtisaslaşmışdır..
Smilax
Mərəvcə (lat. Smilax) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin mərəvcəkimilər fəsiləsinə aid bitki cinsi.
Spike
Spayk İsrail istehsalı 4-cü nəsil daşına bilən, atəş aç-unut prinsipi ilə işləyən tank əleyhinə idarəolunan raket kompleksidir (TƏİR). İsrailin "Rafael Advanced Defence Systems" şirkəti tərəfindən istehsal olunur. 2016-cı il məlumatlarına əsasən, Spayk ailəsinə aid təqribən 25,600 raket 25 ölkəyə satılıb ki, bu ölkələrdən biri də Azərbaycandır. Raket hədəfi avtonom şəkildə və ya operatorun nişan alması ilə də vura bilir. İkinci halda raketin operator pultuna göndərdiyi videosiqnal əsasında qərar qəbul edilir. Operator artıq havada olan raketin uçuşu korrektə edə bilər. Görünməyən hədəflərə zərbə endirmək üçün raketə əlavə informasiya daxil olmalıdır (məsələn peyk və ya dronlardan). == Variantları == Spayk-SR "Spayk" ailəsinin ən kiçik nümayəndəsi daşınan "Spayk-SR" (Short range- kiçik məsafə) kompleksidir. Raketin buraxılışı tank əleyhinə qumbaraatanlar kimi çiyin üstündən edilir. Silahın qısa məsafəli versiyası 2012-ci ildə təqdim olunub.
Sufle
Sufle (fr. Soufflé) —18-ci əsrə aid fransız şirniyyat növü.Sufle sözü fransızca "üfürmək", "şişirmək" mənalarını ifadə edən "souffler" feilindən yaranmışdır. Tərkibindən asılı olaraq əsas yemək, yaxud desert olaraq təqdim oluna bilər. Suflenin bir çox növü vardır.
Emili du Şatle
Emili dü Şatle(fr. Gabrielle Émilie Le Tonnelier de Breteuil, marquise du Châtelet, 17 dekabr 1706, Paris — 10 sentyabr 1749) — fransız riyaziyyatçısı və fiziki. == Həyatı == Şatle Markizi Qabrielle Emili 1706-cı ildə Fransada anadan olub. Kral XIV Lüdovikin birinci katibəsi Louis Nikolas le Tonnelier de Breteuilin qızı idi. Atasının mövqeyı həm ailəsinə hörmət qazandırmış, həm də Emilinin həyatı boyunca fransız kübar cəmiyyəti, intellektual şəxslərlə əlaqə qura bilməsinə şərait yaratmışdı. Emilinin daha kiçik yaşlarından parlaqlığını fərq edən atası qızına təhsillə yanaşı, həmin dövrdə geniş yayılmış atçılıq və qılınc oynatma kimi fiziki fəaliyyətlərlə məşğul olmasına imkan yaratmışdı. Emili bir az daha böyüdükdən sonra ədəbiyyat və riyaziyyat təhsili alması üçün xüsusi müəllimlər tutulur. 12 yaşına qədər yunan, latın, italyan, alman dillərini mükəmməl öyrənir. Emili sadəcə elm və ədəbiyyat oxumaqla kifayətlənmir, eyni zamanda rəqslə məşğul olur, opera musiqiləri oxuyur və piano çalırdı. Emili 1725-ci ildə Şatle Markizi Florent-Klaude ilə ailə qurur.
Göz yaşımı yar silə (albom)
Göz yaşımı yar silə və ya digər adıyla Göz yaşımı yar silə (Eldar Mansurovun mahnıları 1999)– Azərbaycan müğənnisi Aygün Kazımovanın studiya albomu. Alboma 10 mahnı daxildir. == Hazırlanması == Aygün Kazımovanın 1998-ci ildə "Şahin-R" şirkətinin logosu ilə satışa çıxardığı audio-kaset formatındakı albomudur.
Adam stili
Adam stili (və ya Adamesk və "Adam qardaşlarının üslubu") — 18-ci əsrə aid neoklassik interyer dizaynı və memarlıq stili. Şotlandiyalı üç qardaş, Con Adam (1721-1792), Robert Adam (1728-1792) və Ceyms Adam (1732-1794) tərəfindən tətbiq olunmuşdur. Onlardan son ikisi bu sahədə daha məşhur idilər. Adam qardaşları, ilk dəfə olaraq memarlıq və interyer üçün kompleks stil təklif etmişdilər: divarlar, tavanlar, kaminlər, mebellər, çilçıraqlar və xalçalar Adam qardaşları tərəfindən vahid ortaq sxem əsasında hazırlanırdı. Əksər hallarda, səhvən "Adams stili" adı ilə tanınsa da, bu memarlıq və mebel stili üçün düzgün termin "Adam qardaşlarının üslubu"dur (ing. Style of the Adam Brothers). Adam stili 1760-cı illərin sonlarından etibarən 18-ci əsr İngiltərə, Şotlandiya və Rusiyasında ali və orta təbəqəyə aid iqamətgahlarda və İstiqlal müharibəsindən sonra ABŞ-də özünə yer tapdı. Rusiyada bu stil şotland memarı Çarlz Kameron tərəfindən təqdim edilmişdi, ABŞ-də isə Federal stil adı ilə tanınmağa başladı və fərqli xüsusiyyətlər qazandı. 1795-ci ildən etibarən Adam stili Regent stili və fransız ampir stili ilə əvəz olundu. == Təsirlənib == Adam stili əsasən aşağıdakılardan təsirlənmişdir: Qazıntılar zamanı yenicə tapılan Qədim Roma dövrünə aid Pompeya və Herkulanum şəhərlərindəki freskalar və divar rəsmləri; Qazıntılar zamanı tapılan çoxsaylı qara və qırmızı etrusk yunan vazaları; Britaniyada Ceyms Stüart və Nikolas Revetin 1762-ci ildə nəşr olunan "Afina qədimlikləri" kitabından və digər bu kimi nəşrlərdən məlum olan klassik yunan memarlığı.
Adile Naşit
Adile Naşit (əsl adı: Adela; 17 iyun 1930, İstanbul – 11 dekabr 1987, İstanbul) — Türkiyə kinoaktrisası. 300-dən artıq filmdə rol almışdır. == Həyatı == Adile Naşit 1930-cu ildə İstanbulda anadan olub. Adile Naşitin həyatı uşaqlıqdan teatrla bağlıdır. Çünki mənşəcə türk atası Naşit Özcan teatr rejissoru, erməni anası Amaliya isə teatr aktrisası idi. 1944-cü ildən İstanbul Uşaq Teatrında çalışmağa başlayan Adile Naşit 1948-ci ildə "Lüks Həyat" komediya filmi ilə kino karyerasının əsasını qoyur. Onun aktyor karyerasının zirvəsi 1975-ci ildə "Hababam sinfi" filmindəki Hafizə Ana rolu hesab olunur. Populyar filmin davamı olaraq çəkilən 1976-cı ildə "Hababam sinfi oyanır"‚ 1977-ci ildə "Hababam sinfi tətildə" və 1978-ci ildə "Hababam sinfi doqquz doğur" onun uğurunu möhkəmləndirir. Məhsuldar yaradıcıllığı boyu Adile Naşit bir çox komediya filmlərində oynamaqla yanaşı, teatrdakı çıxışlarını da davam etdirib.. 11 dekabr 1987-ci ildə doğulduğu şəhər İstanbulda uzun müddətdir tutulduğu bağırsaq xərçəngindən vəfat etmişdir.
Arxitektura stili
Memarlıq üslubu — memarlıq xüsusiyyətlərin və əlamətlərinin məcmusudur. Memarlıq üslubunu, müəyyən dövrün və yerin xarakterik xüsusiyyətləri, funksional, konstruktiv və incəsənət tərəflərinin fərqliliyi formalaşdırır və onun ikişafı iqlim, dini və mədəni amillərdən asılıdır. Memarlığın inkişafı zamandan birbaşa asılı olmasına baxmayaraq, həmişə üslublar ardıcıllıqla dəyişmir. Müəyyən dövrlərdə, fərqli üslubların eyni zamanda mövcudluğu tarixdə müşahidə olunmuşdur (məsələn, barokko və klassisizm, modern və eklektika, funksionalizm, konstruktivizm və ar-deko).
Bulbophyllum exile
Bulbophyllum exile (lat. Bulbophyllum exile) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Bulbophyllum humile
Bulbophyllum humile (lat. Bulbophyllum humile) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Cəmilə
Cəmilə (ərəb. جميلة‎; gözəl, göyçək, cəzbedici) — qadın adı, ərəb mənşəli düzəltmə söz. Ərəbcə sözün kökü "cəmil" şəklindədir.
Hamilə
Hamiləlik kişidən gələn sperma ilə qadının yumurtalıqlarından atılmış olan yumurtanın döllənməsindən doğuma qədər keçən 40 həftəlik (280 gün) dövrə verilən addır. Döllənmənin meydana gəldiyi andan 8 həftənin sonuna qədər keçən dövrə embrionduq dövr deyilərkən bundan sonrasına və doğuma qədər olan dövrə də fetal dövr deyilir. == Necə hamilə qalmalı == Mütəxəssislər spermanın vagina içərisində ən uzun müddət qala bildiyi pozanı hamilə qalmaq üçün ən uyğun poza olduğunu bildirirlər. Ayrıca cinsi əlaqədən sonra qadının görəcəyi tədbirlər hamilə qalmaq şansını artırır. Misyoner pozada (kişinin üstdə olduğu) münasibət zamanı və münasibət sonrasında 1saat belin altına yastıq qoyaraq uzanmaq spermlərın daha rahat və uzun müddət vaginada qalmasını təmin edir. Ancaq yastıq çox qalın olmamalıdır. Diz dirsək pozasında olan bərabərlik hamilə qalmaq üçün ən uyğun şəkildir. Belə pozada bərabərlikdən sonra arxası üstə uzanmaq və belin altına yastıq qoymaq lazımdır. Ayaq üstə, oturan formada və ya qadının üstdə olduğu pozalarda spermanın vaginadan kənara axdığı üçün hamilə qalmağa uyğun poza deyil. Geniş yayılmış poza: kişinin üstdə, qadınla üz-üzə olduğu pozadır.
Nailə
Nailə — Azərbaycan adı. Nailə Bağırova — Azərbaycan iqtisadçısı və dövlət xadimi Nailə Vəlixanlı — tarix üzrə elmlər doktoru, professor Nailə Sultan (II Əbdülhəmidin qızı) — 34. Osmanlı sultanı II Əbdülhəmidin qızı. Nailə Əsgərzadə — Azərbaycan əsilli Rusiya jurnalisti Nailə Mehdibəyova — Azərbaycan televiziyasının ilk diktorlarından Nailə Mirməmmədli — bəstəkar, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Nailə Dadaşova — kino montajçısı, Azərbaycanın əməkdar mədəniyyət işçisi (2019). Nailə İslamzadə — televiziya aparıcısı, Azərbaycanın əməkdar artisti (1998). Nailə Rəhimbəyli — AMEA Folklor İnstitutunun “Musiqi Folkloru” şöbəsinin müdürü, sənətşünaslıq üzrə elmlər doktoru, professor Nailə Mirzəyeva — AMEA Zoologiya İnstitutu, biologiya elmləri doktoru. Nailə İsayeva — pedaqoq, Xəzər Universiteti nəzdindəki Dünya məktəbinin həmtəsisçisi, qurucu direktoru Nailə Allahverdiyeva — Rusiya art-meneceri, rəssam Nailə Musayeva — Azərbaycan Memarlıq və İnşaat Universitetində alim.
Samilər
Samilər — İkiçayarasında, Mesopotomiyada yaşayan qədim xalq. == Tarixi == İkiçayarası əraziləri ən qədim insan məskənlərindən olub, insan sivilizasiyasının mərkəzi sayılır. Ərazinin cənub hissəsi bataqlıqlardan ibarət olmuş, neolit dövründə - bataqlıqlar quruduqdan sonra əhali bu yerlərə köçmüşdür. Şimal ərazilərdə məskunlaşma daha əvvəllər baş vermişdir. İkiçayarasına şərqdən və şimal-şərqdən şumerlər gəlib, qərbdən və şimal-qərbdən samilər gəlib. Qədimdə şərqdə və şimal-şərqdə türklər yaşayıb, qərbdə və şimal-qərbdə samilər. Bu vəziyyət olduğu kimi indi də davam etməkdədir. Lakin qədim akkadların samilər olduğunu hamı qəbul edir, qədim şumerlərin türk olduğuna şübhə edirlər. == Dilləri == Samilər Sami dil ailəsinə mənsub idilər.
Samirə
Samərra (ərəb. سَامَرَّاء‎ Sāmarrāʾ) — İraqda şəhər, Səlahəddin mühafəzasıın inzibati mərkəzi. Dəclə çayının sahilində yerləşir. Keçmişdə Abbasilər xilafətinin paytaxtı olmuşdur. Samərra şəhəri şiələr arasında məzhəbi əhəmiyyəti var. Bunun səbəbidə onların iki imamı Həsən Əskəri və Əliyyə-Nəqi türbələrinin orada olmasıdır. == Tarixi == Abbasilər dövründə, 892-ci ildə Bağdaddan 120 km Şimalda xəlifə üçün iqamətgah hazırlandı və bu iqamətgah Samərra (kim görsə heyrətlənər) adlandı. Bu şəhər qədim mədəniyyət mərkəzidir ki, Übeyd mədəniyyətinin kökü sayılır. Azərbaycan xalqının qəhrəman oğlu Babək bu şəhərdə edam olundu.
Şamble
Şamble (fr. Chamblet) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Monmaro kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03052. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 1066 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 685 nəfər (15-64 yaş) arasında 494 nəfər iqtisadi cəhətdən, 191 hərəkətsiz (fəaliyyət göstərici 72.1%, 1999-cu ildə 70.4%) idi. Fəal olan 494 nəfərdən 451 nəfər (241 kişi və 210 qadın), 43 nəfər işsiz (20 kişi və 23 qadın) idi. 191 fəaliyyətsiz şəxsin 33 nəfəri şagird və ya tələbə, 85 nəfər təqaüdçü, 73 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.