KOMİK

I. i. 1. (aktyor) comic actor; 2. d.d. funny / comic fellow; comic

II. s. comic, comical; funny; ~ aktyor comic actor; ~ aktrisa comic actress

KOMETA
KOMİNTERN
OBASTAN VİKİ
Komik
Komediyaçı — insanları mimika, hərəkətlərlə və danışıqla güldürən şəxslərdir. O bunu müxtəlif zarafatlarla, komik hallar və "axmaqlıqlarla" əldə edir. Buna oxşar olan yumorist anlayışı da mövcuddur. İkincisi daha çox ədəbiyyat janrına və yumoristik esselərə aid eidlir. Komediyaçı isə bundan fərqli olaraq kino janrına, filmlərə, televiziyaya və dramaturgiyaya aiddir.
Komik maska
Komik maska – eybəcərliyin müxtəlif zahiri səciyyəvi şəkillərini özündə cəmləşdirən üzlüklər. Qədim dövrün bir çox tamaşalarında aktyorlar belə maskalarda, üzlüklərdə çıxış edirdilər. Deyilənə görə, Esxilin əsərlərinin tamaşalarında 28 maska (üzlük) var imiş. Bu kimi üzlüklər, məsələn, sifətin yastılığını, alnın qısalığını, ağzın yekəliyini, dodağın qalınlığını və s. bu kimi fiziki naqislikləri ifadə edirdi. Lakin bu naqisliklər, Aristotelin dediyi kimi, insanda mərhəmət duyğusu oyatmır. Belə qədim maskalara, üzlüklərə Azərbaycan xalq teatrının inkişaf tarixində də təsadüf etmək olar, məsələn, keçəl və kosa maskaları. Əli Sultanlıya görə Azərbaycan xalq teatrında “kosa müəyyən bir üzlükdür (maskadır), hətta oyunda üzlüklə çıxış edir" . Belə tamaşalar səhnə adlana biləcək bir yerdə yox, küçə və meydanlarda səyyari şəkildə nümayiş etdirilib. Bu mərasimlərdə təkcə oyunbazlar, təlxəklər, hoqqabazlar yox, bu və уa digər dərəcədə hamı deyib-gülür, zarafatlaşır və "oynayır".
Komik maskalar
Komik maska – eybəcərliyin müxtəlif zahiri səciyyəvi şəkillərini özündə cəmləşdirən üzlüklər. Qədim dövrün bir çox tamaşalarında aktyorlar belə maskalarda, üzlüklərdə çıxış edirdilər. Deyilənə görə, Esxilin əsərlərinin tamaşalarında 28 maska (üzlük) var imiş. Bu kimi üzlüklər, məsələn, sifətin yastılığını, alnın qısalığını, ağzın yekəliyini, dodağın qalınlığını və s. bu kimi fiziki naqislikləri ifadə edirdi. Lakin bu naqisliklər, Aristotelin dediyi kimi, insanda mərhəmət duyğusu oyatmır. Belə qədim maskalara, üzlüklərə Azərbaycan xalq teatrının inkişaf tarixində də təsadüf etmək olar, məsələn, keçəl və kosa maskaları. Əli Sultanlıya görə Azərbaycan xalq teatrında “kosa müəyyən bir üzlükdür (maskadır), hətta oyunda üzlüklə çıxış edir" . Belə tamaşalar səhnə adlana biləcək bir yerdə yox, küçə və meydanlarda səyyari şəkildə nümayiş etdirilib. Bu mərasimlərdə təkcə oyunbazlar, təlxəklər, hoqqabazlar yox, bu və уa digər dərəcədə hamı deyib-gülür, zarafatlaşır və "oynayır".
Komiklər xoru
Komiklər xoru — qədim dövrlərdə xüsusi mənsəb sahibləri tərəfindən təşkil edilən və geniş nüfuz qazanan xor. == Haqqında == Komiklər xoru dramatik tamaşada o qədər müstəqil əhəmiyyətə malik olmuşdur ki, onun təşkili və maddi cəhətdən təminatı, mühüm ictimai bir vəzifə olmaq etibarilə, yüksək səlahiyyətli şəxs olan dioqquz arxontdan birinə tapşırılırdı. İbtidai xoru təşkil etmək ictimai vəzifəsi "Liturgiya" adlanırdı ki, buraya da təşkilatçı və varlı haminin öz eli və əhalisinin qonaqlıq xərclərini ödəmək və s. daxil idi. Xoreqik liturgiyanın təşkili tapşırılan müəyyən yüksək şəxsiyyətlərlə yanaşı, ikinci bir şəxs də diqqəti cəlb edir ki, bu da dramatik yarışın keçirilməsinə cavabdeh olan Arxont — Arxont şahdır. Yarışda antaqonist müəllif və xoreqləri də müəyyən edən və seçən odur. Xorun hamisinə - onu seçən, ona pul verən, "xoreqə" gəlincə - o lirik aqona (difiramb), ya dramatik aqona (faciə, komediya, satira, dram) rəhbərlik etməli idi. Birinci halda, yarış üçün xoreq də, xorun bütün üzvləri də filalar (əyalət, nəsil, qəbilə, tayfalar) üzrə seçilir və onların qələbəsi filanın qələbəsi hesab olunurdu. Burada xorun qəbiləvi səciyyəsi hələ də özünü mühafizə edib saxlayırdı. "Xoreq" kəlməsinə gəlincə, sözün özü də göstərir ki, əvvələn, "xoreq" xorun idarəçisi - aparıcısı olmuş, yalnız müəyyən dövrdən sonra onun təminatçısına çevrilmişdir.
Komiks
Komiks (ing. comic — gülməli) — hər hansı hekayənin şəkillər vasitəsilə təsviridir. Komiks özündə eyni zamanda ədəbi və təsviri sənətləri daşıyır. == Tarix == Komikslərin erkən nümunələri Avropa, Amerika və Yaponiya komikslərin ənənələri müxtəlif yollarla qetmişlər. == Formatların növləri == Vaxtaşırı komikslər müxtəlif mədəniyyətlərdə çox fərqlənirlər. Amerikan formatda çıxan komikslər nazik vaxtaşırı və əsasən rəngli şəkildə çıxırlar. Yaponiya (manqa) və Avropa komiksləri əsasən həftəlik və ya aylıq jurnallarda seriallar şəkildə çıxırlar; Yaponiyada bunlar adətən ağ-qara olurlar. Yaponiya komiks jurnalları yüzlərlə səhifələrdən ibarət ola bilərlər. == Həmçinin bax == Veb-komiks == İstinadlar == === Kitablar === Collins, Rachel. Weiner, Robert G. (redaktor ).
Korra əfsanəsi (komikslər)
Korra əfsanəsi — eyni adlı cizgi serialın ilə əlaqəli olan komikslər.
Kripton (komiks)
Kriptoniyalılar — | Kripton) planetində yaranan DC Komiks Kainatı içərisində humanoid lərin uydurma xaricdən gələn irqi. Termin DC Comics super qəhrəmanının hekayələrindən yaranmışdır, Superman. Hekayələr "Kripton" dan planetin özü və ya onun üzərində mövcud olan mədəniyyətlər tərəfindən yaradılan və ya əlaqəli bir şeyə aid bir sifət kimi istifadə edir. Krypton planetinin dominant növlərinin üzvləri görünüşü baxımından insan dan ayrılmazdır; onların fiziologiyası və genetikası; lakin, onlar tamamilə fərqlidirlər. Bəzi davamlılıqlarda Kriptoniklərin klonlaşdırılması çətindir, çünki DNTləri o qədər mürəkkəbdir ki, insan elmi onu deşifrə edə bilmir. Kriptoniklərin hüceyrə quruluşu günəş enerjisinin son dərəcə yüksək səviyyədə udulmasına imkan verir. Krypton planetində | Ana ulduzu olan) tez-tez nisbətən aşağı enerji çıxışı ilə qədim qırmızı supergigant kimi təsvir olunurdu, təbii qabiliyyətləri insanlarla eyni idi. Günəşlərindən daha kiçik və çox yüksək enerji çıxışı olan Earth 'nin Günəş kimi bir gənc sarı ulduza məruz qaldıqda, bədənləri o qədər enerjini mənimsəyə və emal edə bilir nəticədə geniş fövqəltəbii güclər (fövqəlinsan gücü, fövqəlinsan sürəti, toxunulmazlıq, uçuş, rentgen görmə, istilik görmə və fövqəladə hisslər kimi) özünü göstərir. Planet körpənin Kal-El dünyaya göndərilməsindən qısa müddət sonra partladığı zaman demək olar ki, bütün Kriptonilər öldürüldü. Bəzi davamlılıqlarda o, planetin yeganə sağ qalmasıdır.
Kərgədan (komiks)
Kərgədan (ing. Rhino) və ya əsl adı ilə Aleksey Sitseviç (ing. Aleksei Sytsevich) – Marvel Comics tərəfindən nəşr olunan komikslərdə peyda olan supercinayətkar personaj. Sten Li və Con Romita tərəfindən yaradılmış, ilk dəfə "The Amazing Spider-Man" komiksinin 41-ci sayında (oktyabr 1966) peyda olmuşdur. Əsasən Hörümçək-adamın düşmənlərindən biridir. Kərgədanın güclü döyüş zirehi ilə təchiz olunmuş versiyası 2014-cü il istehsalı "Yeni Hörümçək-adam: Yüksək gərginlik" filminin axırında görünmüş və Paul Qiamatti tərəfindən canlandırılmışdır. == Nəşrolunma tarixi == Yazışı Mayk Konroy tərəfindən "Hörümçək-adamın ən ağılsız düşməni" kimi təsvir olunmuş Kərgədan ilk dəfə "The Amazing Spider-Man" komiksinin 41-43-cü saylarında (oktyabr-dekabr 1966) saylarında debüt etmişdir. Bu saylarda Şərqi Avropa bloku üçün işləyən cinayətkar kimi göstərilmişdir. Daha sonra bir təcrübədə iştirak etmiş, bədəni supergüclü polimer ilə örtülmüş və supergüclü olmuşdur. Kərgədan "Hulk" komiksinin 104-cü sayında (iyun 1968) yenidən qayıtmışdır.
Kərtənkələ (komiks)
Kərtənkələ (ing. Lizard) və ya əsl adı ilə Kurt Konnors (ing. Curt Connors) – Marvel Comics tərəfindən yaradılmış personaj. Sten Li və Stiv Ditko tərəfindən yaradılmış, ilk dəfə "Amazing Spider-Man" komiksinin 6-cı sayında (noyabr 1963) görünmüşdür. Hörümçək-adamın düşmənlərindən biridir. Kərtənkələ çox vaxt Konnorsun bədxah alternativ şəxsiyyəti kimi təsvir edilir: Konnors hər dəfə ona çevriləndə onun zehnini ələ keçirir. Buna baxmayaraq, Kərtənkələ antiqəhrəman və Hörümçək-adamın müttəfiqi kimi də təsvir olunmuşdur. Marta Konnorsun əri və Billi Konnorsun atasıdır. Komikslərdə Kurt Konnors sürünənlərin regenerasiya qabiliyyətini araşdırıb insanların itirdikləri üzvlərini qaytarmağa çalışan genetikaçıdır. Araşdırmaları zamanı kərtənkələ DNT-si əsasında vaksin hazırlamışdır.
Loki (komiks)
Loki – Marvel Comics nəşriyyatı tərəfindən 1962-cü ildə yaradılmış komiks personajı. Yaradıcıları Sten Li, Larri Liber və Cek Körbidir. Personajın ilkin versiyası 1949-cu ildə "Venus" komiksində görünmüşdür. Müasir versiyası isə 1962-ci ildə "Journey into Mystery" komiksinin 85-ci sayında peyda olmuşdur. Loki ögey qardaşı və superqəhrəman olan Torun əsas düşmənlərindən biridir. Personaj Skandinaviya mifologiyasında eyniadlı personaj əsasında yaradılmışdır və antiqəhrəman kimi təsvir olunur. Loki IGN tərəfindən "Bütün dövrlərin ən böyük supercinayətkarları" siyahısında 2009-cu 8-ci yerdə, 2014-cü ildə 4-cü yerdə göstərilmişdir. Loki personajı Marvel Kinematoqrafiya Kainatında Tom Hiddlston tərəfindən canlandırılmışdır: "Tor" (2011), "Qisasçılar" (2012), "Tor 2: Zülmət aləmi" (2013), "Tor: Raqnarök" (2017), "Qisasçılar: Sonsuzluq savaşı" (2018) və başlıqsız Qisasçılar filmi. == Nəşrolunma tarixi == Loki ilk dəfə "Venus" komiksinin 6-cı buraxılışında (avqust 1949) görünmüşdür. Loki Yeraltı dünyaya sürgün edilmiş yunan tanrılarından biri kimi təsvir olunmuş və şeytanı təcəssüm etmişdir.
Ləkə (Azərbaycan komiksi)
Ləkə – Fuad İsayevin yazdığı və çəkdiyi, Rəsul Həsənovun isə dizayneri olduğu, 2017-ci ilin noyabr ayında nəşr edilmiş Azərbaycan komiksi. Komiks Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyindən qeydiyyatdan keçmiş ilk komiksdir. == Məzmun == "Ləkə" komiksi fövqəltəbii güclərə malik azərbaycanlı bir şəxsin macəraları haqqındadır. Qəhrəman Royal Babayevdir. Komiksdə hadisələr Bakıda cərəyan edir. Əsər 16 yaşdan yuxarı oxuyucular üçün nəzərdə tutulub. == İstehsal == Komiksin müəllifi Fuad İsayev Beynəlxalq münasibətlər fakültəsinin tələbəsidir. 3 ildir ki, "Ləkə"-nin üzərində işlədiyini deyir: Ləkə bəzi mənbələrdə Azərbaycanın "ilk komiksi" olaraq göstərilir, fəqət, bundan əvvəl 2015-ci ildə bir qrup şəxs "Külək adam" adlanan komiks hazırlayıb. Lakin ortaya çıxan maddi çətinliklər onları bu işə fasilə verməyə vadar edib.
Ləkə (komiks)
Ləkə – Fuad İsayevin yazdığı və çəkdiyi, Rəsul Həsənovun isə dizayneri olduğu, 2017-ci ilin noyabr ayında nəşr edilmiş Azərbaycan komiksi. Komiks Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyindən qeydiyyatdan keçmiş ilk komiksdir. == Məzmun == "Ləkə" komiksi fövqəltəbii güclərə malik azərbaycanlı bir şəxsin macəraları haqqındadır. Qəhrəman Royal Babayevdir. Komiksdə hadisələr Bakıda cərəyan edir. Əsər 16 yaşdan yuxarı oxuyucular üçün nəzərdə tutulub. == İstehsal == Komiksin müəllifi Fuad İsayev Beynəlxalq münasibətlər fakültəsinin tələbəsidir. 3 ildir ki, "Ləkə"-nin üzərində işlədiyini deyir: Ləkə bəzi mənbələrdə Azərbaycanın "ilk komiksi" olaraq göstərilir, fəqət, bundan əvvəl 2015-ci ildə bir qrup şəxs "Külək adam" adlanan komiks hazırlayıb. Lakin ortaya çıxan maddi çətinliklər onları bu işə fasilə verməyə vadar edib.
Maqneto (komiks)
Maqneto (ing. Magneto) — Sten Li və Cek Körbi tərəfindən yaradılmış Marvel Comicsin xəyali antiqəhramanı. Daha çox İks-adamlarla adı halanır, həm də onların düşməni olur. Maqnetonun əsas gücü maqnit sahələrinin manipulasiyasından ibarətdi. == Bioqrafiya == Maqneto Marvel Comicsin ən güclü muutantlardan hesab olunur. O, yəhudi olduğuna görə holokost keçirən nadir personajlardandı. Buna görədə o mutantları bunlardan qorumaq istiyir. Maqneto zaman-zaman həm düşmən, həm İks-adamlara dost olur. Professor İks birlikdə insanların, mutantlarla birqə yaşaması uğrunda çalışır. Maqneto — Civənin, Qırmızı cadugərin, Polyaris kimi superqəhramnların atasıdı.
Patriot (komiks)
Patriot- Amerikan komiks kitablarında "Marvel Comics" tərəfindən 3 fərqli personajın adı. Bunlar Qızıl era personajı Cefri Meys və müasir dövr qəhrəmanları Eli Bredli, Reyşaun Lukasdır.
Polyaris (komiks)
Polyaris (ing. Polaris) — Marvel Comics personajı. İlk dəfə 1968-ci ilin oktyabrında "İks-adamlar" komiksinin 49-cu sayında peyda olmuşdur. Yaradıcısı Arnold Dreyk və Don Hekdir. Hekayədə atası Maqnitodur. == Haqqında == Əsil adı Lorna Deyndir. Maqnitonun nigahdan olmayan qızı kimi anadan olmuşdur. Həyatı boyunca insanlarla mutantlar arasında sülhü qorumaq uğrunda vuruşmuşdur. Bacarıqları maqnit qalxan və manipulyasiyadır. Lorna atası qədər güclüdür, amma müxtəlif qüvvələr onun güclərindən sui-istifadə etmişlər.
Qambit (komiks)
Qambit (ing. Gambit) — ABŞ-nin Marvel Comics nəşriyyatı tərəfindən yaradılan İks-adamlar personajı. Kris Klermont və Cim Li tərəfindən yaradılmış və ilk dəfə "Əsrarəngiz İks-adamlar"nin 266-cı sayında (avqust, 1990) görünmüşüdür. IGN Qambiti "Bütün dövrlərin ən yaxşı komiks personajları" siyahısında 64-cü yerdə göstərmişdir. 2013-cü ildə isə ComicsAlliance-nin "50 ən cazibədar kişi komiks personajı" siyahısında 4-cü yeri tutmuşdur. == Nəşr olunma tarixi == Qambit ilk dəfə "Əsrarəngiz İks-adamlar" komiksinin 266-cı sayında (avqust, 1990) görünmüş və Mayk Kollins tərəfindən təsvir edilmişdir. Amma bundan əvvəl "İllik Əsrarəngiz İks-adamlar" komiksinin 14-cü sayında (iyul, 1990) kameo görüntüsü peyda olmuşdu. Qambit "Əsrarəngiz İks-adamlar" komiksində komandanın 281-ci sayda dağılmasına qədər bir çox dəfə yer almışdır. Bundan sonra Qambit İks-adamlar komandasına qoşulmuşdur. "X-treme İks-adamlar" komiksinin 5-ci buraxılışında da peyda olmuşdur.
Qara pantera (komiks)
Qara pantera (ing. Black Panther) – Marvel Comics nəşriyyatı tərəfindən 1966-cı ildə yaradılmış komiks personajı. Sten Li və Cek Körbi tərəfindən yaradılmış və ilk dəfə "Fantastic Four" komiksinin 52-ci sayında peyda olmuşdur. Qara panteranın əsl adı T'Çalladır, Afrikada yerləşən uydurma dövlət Vakandanın kralı və qoruyucusudur. Qədim Vakanda ritualları sayəsində güclər əldə etməklə yanaşı güclü elmi biliklərə və döyüş sənəti bacarığına malikdir. Döyüşərkən Vakandanın üstün texnologiyasından da istifadə edir. Qara pantera ABŞ komikslərində peyda olmuş ilk Afrika əsilli personajdır. O, Şahin (1969), Lük Keyc (1972), Bleyd (1972) və Con Stüart (1971) personajlarından da öncə yaradılmışdır. Bir komiksdə Qara pantera kostyumu Nyu-York polisi Kasper Kolun əlinə düşür və Kasper Kol Ağ pələng adı ilə Qara panteranın müttəfiqi olur. Qara pantera bir müddətliyinə onun bacısı Şuriyə də verilmişdi.
Qara pişik (komiks)
Qara pişik (ing. Black Cat) və ya əsl adı ilə Felisiya Hardi (ing. Felicia Hardy) – Marvel Comics tərəfindən nəşr olunan komikslərdə peyda olan uydurma personaj. Marv Volfman və Deyv Kokrum tərəfindən yaradılmış, ilk dəfə "The Amazing Spider-Man" komiksinin 194-cü sayında (iyul 1979) peyda olmuşdur. Qara pişik Hörümçək-adamın bir müddətlik sevgilisi, həm düşməni, həm də müttəfiqidir. Qara pişik "Wizard" jurnalının ən böyük komiks personajları siyahısında 152-ci yerdə göstərilmişdir. IGN personajı "Top-25 Hörümçək-adam" düşməni siyahısında 24-cü yerdə vermişdir. Comics Buyer's Guide "Komikslərdə 100 ən seksual qadın" siyahısında onu 27-ci yerdə göstərmişdir. Qara pişik bir neçə videooyun, animasiya serialı və məhsulda görünmüşdür. "Hörümçək-adam 4" filmində görünməsi planlaşdırılsa da, film ləğv olunmuşdur.
Qisasçılar (komiks)
Qisasçılar (ing. Avengers) – Marvel Comics nəşriyyatı tərəfindən 1963-cü ildə yaradılmış superqəhrəman komandası. Komanda Sten Li və Cek Körbi tərəfindən yaradılmış və ilk dəfə "The Avengers" komiksinin 1-ci sayında (sentyabr 1963) peyda olmuşdur. Qisasçılar komandası Sten Li və Cek Körbi tərəfindən Timely Comics-in (Marvel Comics-in sələfi) Bütün qaliblər heyəti superqəhrəman komandasının bərpa edilmiş forması kimi yaradılmışdır. "Yerin ən qüdrətli qəhrəmanları" ləqəbi ilə də tanınan Qisasçılar komandasının orijinal üzvləri Qarışqa-adam, Eşşək arısı, Dəmir adam, Halk və Tordur. 2-ci sayda Qarışqa-adam Nəhəng-adam olmuşdur. 4-cü sayda Kapitan Amerika buzda donmuş halda tapılır və o da komandaya qoşulur. Komandanın üzvləri tez-tez dəyişsə də, komandanın ideyası heç vaxt dəyişməmişdir: "Qisasçılar bir qəhrəmanın təkbaşına döyüşə bilməyəcəyi düşmənlərlə döyüşür". Komanda həmçinin "Qisasçılar, birləşin!" şüarı ilə tanınır. Müxtəlif vaxtlarda Qeyri-insanlar, mutantlar, insanlar, yadplanetlilər, androidlər, fövqəltəbii varlıqlar, hətta keçmiş supercinayətkarlar bu komandanın üzvü olub.
Secret Wars (komiks, 2015)
"Secret Wars" (azərb. Gizli müharibələr‎) — 2015-ci ilin 6 mayında Marvel Comics tərəfindən nəşr olunan və hazırda da yayınlanan komiks. Gizli müharibələr Marvel dünyasında baş verən ən böyük hadisədir. == Arxa plan == 2015-ci ildə nəşr olunan bu komiksdən əvvəl 1984-1985-ci illərdə "Secret Wars" və davamı olan "Secret Wars II", 2004-cü ildə "Nik Furinin Gizli müharibələri" adlı eyniadlı komikslər də nəşr olunmuşdur. Marvel Comics 1985-ci ildə nəşr olunan "Secret Wars" komiksinin 30 illiyi münasibətilə yenə eyniadlı komiks nəşr etmək qərarı almışdır. == Hekayə == Hekəyə üç hissədən ibarətdir: Son günlər (ing. Last Days) Battleworld Müharibə zonaları (ing. War Zones) === Məzmun === Hər şey Qara Panteranın İlluminati komandasını yenidən toplaması ilə başlamışdır. Qrup sonsuz sayda dünyaların tək-tək məhv olduğunu kəşf etmişdir. Bu hadisələrə İşğal (ing.
Taskmaster (komiks)
Taskmaster — Marvel Comics nəşriyyatının uydurduğu anti-qəhrəman. İlk dəfə 1980-ci ilin mayında "Qisasçılar" komiksinin 195-ci buraxılışında görünmüşdür. İndiyə qədər heç bir filmdə Taskmaster görünməsə də, 2014-cü ildə "Qisasçılar Məxfi: Cəzalandıran və Qara dul" və "Qəhrəmanlar birliyi: Dəmir adam və Kapitan Amerika" animasiyalarında yer almışdır. == Bioqrafiya == Əsl adı bilinmir. Qəribə bacarığını uşaq yaşlarında ikən kəşf etmişdir. Anasının çağırdığı psixoloqlar onun digərlərinin hərəkətlərini təqlid edə bildiyini söyləmişdilər. Gənclik illərində bacarığından öz ehtiyacları üçün istifadə etmişdir. Məktəbdən məzun olduqdan sonra cinayətlə mübarizə aparmağa başladı, amma daha sonra cinayətkar olmağın daha əlverişli olduğu qərarına gəlmişdir. Televizorda döyüş proqramlarını izləyərək hərəkətlərini əzbərləməyə başlamışdır. Öyrəndiyi döyüş texnikaları ilə adi cinayətkarları peşəkar cinayətkarlara çevirən bir akademiya qurmuşdur.
Tintin Tibetdə (komiks)
Tintin Tibetdə (fr. Tintin au Tibet) — belçikalı Erjenin komiksi Tintin macəralarının 20-ci hissəsi. 1958-ci ilin sentyabrından 1959-cu ilin noyabrına qədər Tintin jurnalında həftəlik seriyası çıxmışdır. 1960-cı ildə isə kitabı çap olunmuşdur. Erje bu seriyanı Tintinin macəralarının ən sevdiyi hissəsi hesab edir. Çünki bu hissəni travmatik kabuslardan və arvadını başqa qadın üçün tərk etdiyində yaranan konfliktdən əziyyət çəkdiyi vaxt yazmışdır. Seriyanın mövzusuna görə gənc reportyor Tintin təyyarə qəzasında öldüyü bildirilən dostu Çanq Çonq-Çeni axtarır. Çanqın yaşadığına inanan Tintin Himalay dağları boyunca Tibetə qədər Yeti ilə belə qarşılaşaraq axtarışlarını aparır. Anbardaki kömür və onun çox sayda obrazlarını izləyən Tintin Tibetdə yalnız bir neçə tanınan obrazı işlətməklə və Tintinin mənfi personajlara qarşı mübarizəsinin mövzu olmadığı tək Erje macərası olmaqla Anbardaki kömürdən fərqlənir. Erjenin hekayəsinin temalarına telepatiya, Tibet buddizmi və dostluğu daxildir.
Veb-komiks
Veb-komiks və ya onlayn-komikslər (ing. Webcomic) – İnternetdə yayımlanan komikslərdir. Bir çox veb-komikslər yalnız onlayn rejimində çap olunurlar, kommersiya və ya bədii istifadə üçün şəbəkə arxivinə malikdirlər. Praktiki olaraq hər kəs şəxsi veb-komiksini yaradaraq İnternetdə çap edə bilər. Hal-hazırda İnternetdə minlərlə komikslər mövcuddur.
Vətəndaş müharibəsi (komiks)
Vətəndaş müharibəsi (ing. Civil War) — Marvel Comics tərəfindən 2006-cı ilin iyulundan 2007-ci ilin yanvarına qədər yayınlanan hekayə. Hekayə Mark Miller tərəfindən yazılmışdır. Marvel dünyasında ən əhəmiyyətli hadisələrdən biridir. Hekayə "Sənin tərəfin hansıdır?" şüarı ilə nəşr olunmuşdur. == Məzmun == === Səbəb === Hadisələr "Yeni Döyüşçülər" adlı super komandanın bir TV şou çəkməsi ilə başlayır. Super cinayətkarlarla canlı yayında döyüşərkən Nitro adlı super cinayətkar yerli ibtidai məktəbi partladır. Yaşanan tragediyanın şokundan sonra ABŞ hökuməti super qəhrəmanların qeydiyyata alınması haqqında qanun hazırlayır. Bu qanuna görə super qəhrəmanlar artıq gizli kimliklərlə fəaliyyət göstərməyəcək, dövlət üçün işləyəcəklər. ABŞ hökuməti hər ştat üçün super qəhrəman təyin edəcəkdir.
İpək (komiks)
İpək (ing. Silk) və ya əsl adı ilə Sindi Mun (ing. Cindy Moon) – Marvel Comics tərəfindən nəşr olunan komikslərdə peyda olan uydurma personaj. Den Slott və Umberto Ramos tərəfindən yaradılmış, ilk dəfə "The Amazing Spider-Man" komiksinin 1-ci sayında (aprel 2014) peyda olmuşdur. Koreyalı-amerikalı mənşəyə malik olan İpək Hörümçək-adam personajlarından biridir. İpək bir neçə video oyunda və filmdə görünmüşdür. "Hörümçək-adam: Evə qayıdış" filmində Sindi Mun rolunu Tiffani Espensen canlandırmışdır. "Qisasçılar: Sonsuzluq savaşı" filmində isə çox qısa səhnədə görünmüşdür. Sony 22 iyun 2018-ci ildə "İpək" filmi üzərində işlədiklərini bildirmişdir. == Nəşrolunma tarixi == İpək Den Slott və Umberto Ramos tərəfindən yaradılmış, ilk dəfə "The Amazing Spider-Man" komiksinin 1-ci sayında (aprel 2014) üzsüz şəkildə kameo etmişdir.

Digər lüğətlərdə