KONFLİKTOLOGİYA

сущ. конфликтология (научная дисциплина, изучающая причины возникновения социальных, психологических конфликтов, методы их преодоления)
KONFLİKTLİLİK
KONFLİKTSİZ
OBASTAN VİKİ
Konfliktologiya
Konfliktologiya — münaqişələrin yaranması və inkişafı mexanizmləri və qanunauyğunluqları haqqında biliklər sistemidir. Buraya həm də münaqişələrin idarəolunması prinsipləri və texnologiyaları da daxildir. Konfliktologiyanın obyektinə münaqişənin bütün formaları, predmetinə isə –hər hansı bir münaqişənin yaranması, inkişafı və bitməsini xarakterizə edən ən ümumi biliklər daxildir. == Etimoloji mənası == Konfliktologiyanın predmeti haqqında ən ümumi təsəvvürü "konfliktologiya" sözünün etimoloji mənası verir, yəni "münaqişələr haqqında elm" olması. Müasir konfliktologiya – kifayət qədər inkişaf etmiş çoxsahəli bir fənndir. Onun əsasını fəlsəfə, sosiologiya və psixologiya kimi elmlər formalaşdırıb. Lakin yeni elmi fənn olan konfliktologiyanın meydana gəlməsində bir sıra digər elmlər də müəyyən rol oynayıb: tarix, politologiya, iqtisadiyyat, sənətşünaslıq, hüquqşünaslıq, idarəetmə nəzəriyyəsi və s. == Konfliktologiyaya klassiklərin yanaşmaları == Konfliktologiya elminin əsası, sosiologiyanın banisi sayılan Oqüst Kont (1798-1857-ci illər), Herbert Spenser (1890-1903-cü illər), Karl Marks (1818-1883-cü illər) və s. iştirakı ilə yaradılmışdır. Onların əsərləri həm konfliktologiyanın ümum-nəzəri bazası, həm də sosial münaqişələrin təhlili, qiymətləndirilməsi və həlli üçün işlədilən vasitələrin yaradılmasında metodoloji əsas rolunu oynayır.

Digər lüğətlərdə