Konsyumerizm

istehlakçının istehsalçı, mal göndərən və xidmət sferası ilə olan qarşılıqlı əlaqələrinin toplusudur.
Konsorsium
Kontanqo
OBASTAN VİKİ
Konsyumerizm
Konsumerizm (ing. consumerism — istehlakçı) — daim artan miqdarda mal və xidmətlərin əldə edilməsini təşviq edən sosial və iqtisadi nizam. Sənaye inqilabı zamanı, xüsusən də XX əsrdə kütləvi istehsal həddindən israflı istehsala gətirib çıxardı və beləcə malların təklifi istehlak tələbini üstələdi, buna görə də istehsalçılar istehlak xərclərini manipulyasiya etmək üçün planlaşdırılmış köhnəlmənin tətbiqinə və reklamların istifadəsinə başladılar. 1899-cu ildə Torsteyn Veblenin nəşr etdiyi "Tənbəl sinif nəzəriyyəsi" adlı konsumerizmə aid kitabda XX əsrin əvvəllərində geniş yayılmış "asudə vaxt" ilə birlikdə ortaya çıxan geniş yayılmış dəyərlər və iqtisadi institutlar araşdırılır. Orada Veblen "bu asudə vaxt sinfinin fəaliyyətlərini və xərcləmə vərdişlərini açıq və dolayı istehlak və israf nöqtəti-nəzərindən araşdırır. Hər ikisi funksionallıq və ya yararlılıq ilə deyil status nümayişi ilə bağlıdır". İqtisadiyyatda konsumerizm istehlaka cəmlənən iqtisadi siyasətə istinad edə bilər.