KONTRASİQNATURA

(kontrassiqnasiya) (son latın contrasignatura, kontr əks və siqnare – imzalamaq) bir sıra dövlətlərdə: 1) Baş nazirin, yaxud onun müvəkkilinin, dövlət başçısı və ya Parlamentin qəbul etdiyi normativ aktın hüquqi qüvvəyə minməsi üçün imzalanması; 2) Hökumət başçısı (Baş nazir) tərəfindən verilən akt üzərində əlaqədar Nazirin imzası. K. – o deməkdir ki, aktın hüquqi və siyasi məsuliyyətini onu imzalayan Naizr daşıyır. Bir sıra dövlətlərin Konstitusiyasında (ABŞ, Almaniya, Fransa, Yaponiya və s.) – K. prinsipi bərkidilmişdir. K. qaydalır tarixdə ilk dəfə 1701-ci ildə Böyük Britaniyanın “Quruluş haqqında Akta” və 1711-ci ildə Lordlar Palatasının qərarında ərsəyə gətirilmişdir. Ratifikasiya – K.-nın özünəməxsus bir növüdür.
KONTİNENTAL ŞELF
KOOPTASİYA

Digər lüğətlərdə