KONTRİBUSİYA

[ lat. ] Müharibədən sonra qalib dövlətin məğlub dövlətdən məcburi surətdə almalı olduğu pul; təzminat.
// Müharibə zamanı tutulmuş yerlərin əhalisindən düşmən tərəfindən alınan məcburi vergi və ya pul.
KONTRAPÚNKT
KONTRÓL
OBASTAN VİKİ
Kontribusiya
Kontribusiya (lat. contributio — "ümumi töhfə, ictimai vəsaitlərin toplanması") — düşmənə verilən xərac; qalib dövlətin xeyrinə məğlub dövlətin etdiyi ödənişlər. Bu, müharibənin sonunda işğal olunmuş ərazinin əhalisi və məğlub olmuş ölkənin hökuməti tərəfindən ödənilir. Ədəbiyyatlarda bəzən müharibə təzminatı da adlandırılır. == Yaranması == Kontribusiya anlayışının yaranması qədim dövrlərə gedib çıxır. Bu anlayış müharibələrin aparıldığı dövrdən başlayaraq əsrlər boyu mövcud olmuşdur. Belə ki, qalib gələn tərəf qələbə faktından irəli gələn qeyd-şərtsiz hüquqa əsaslanaraq zəbt etdiyi torpaqları öz sərəncamına götürürdü. Yaşayış məntəqələrini xarabalığa çevrilməkdən qorumaq üçün sakinlər pul, qiymətli əşyalar və qullarla ödəniş edirdilər. İşğalçılar ödənişlərin miqdarını, forma və şərtlərini özləri müəyyən edir, eyni zamanda hərbi xərcləri ödəməklə yanaşı, həm də bunun üzərinə xeyli miqdarda pul almağa çalışırdılar. 1872-ci ildə ABŞ və İtaliya arasında bağlanmış müqavilədə öz əksini tapan və 1874-cü ildə Brüssel konfransına daxil edilmiş maddəyə əsasən müəyyən edilmişdir ki, kontribusiya dinc dövrdə əhalinin dövlətə ödədiyi vergilər əvəzinə; ordunun tələb etdiyi malların natura şəklində çatdırılması şəklində; digər cinayət məsuliyyətini əvəz edən cərimə kimi (xüsusilə cinayət törətmiş şəxsin aşkar edilmədiyi və ya qaçdığı hallarda) ödənilə bilər.

Значение слова в других словарях